Azərbaycan-Ermənistan dövlət sərhədində delimitasiya işləri çərçivəsində hərbçilərimizlə erməni hərbçisi arasında aparılan müzakirənin videosu yayılıb.
Rakus.az xəbər verir ki, Kəlbəcərdə çəkilən görüntülərdə erməni hərbçinin əsgərlərimizlə Azərbaycan dilində danışdığı müşahidə olunur.
“Hər şey keçmişdə qaldı! Bura sizin torpağınızdır, necə deyirsiniz, elə də edək”, – erməni hərbçi bildirib.