Xankəndində Rusiya sülhməramlıları itki verdi
Xankəndinin girişində erməninin idarə etdiyi, qarşı zolağa daxil olan minik maşını Rusiya sülhməramlılarının “Ural” avtomobili ilə toqquşub.
Rakus.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“10 dekabrda Xankəndinin girişində bir mülki şəxsin idarə etdiyi minik avtomobili yol hərəkəti qaydalarını pozaraq, qarşıdakı zolağa çıxıb və Rusiya sülhməramlı kontingentinin “Ural” nəqliyyat vasitəsi ilə toqquşub, – hərbi departamentdən bildirilib.
Qəza nəticəsində hərbçilərdən heç kim xəsarət almayıb. Hazırda qəzanın səbəbləri müəyyənləşdirilir.
Bundan əvvəl, Xankəndi-Əsgəran avtomobil yolunun 4-cü km-də baş verən qəza barədə məlumat yaymışdı.
Qeyd edilir ki, “Suzuki Vitara” markalı avtomobil sülhməramlıların olduğu “Ural” markalı maşınla toqquşub. Nəticədə, “Suzuki”nin sürücüsü və sərnişini hadisə yerində ölüb.
Qəzaya qeyri-sabit hava şəraitinin səbəb olduğu bildirilib.