Merkel: “Almaniya normal həyata payızda qayıdacaq”
Almaniya kansleri Angela Merkel 2021-ci ilin payızına qədər Almaniyanın normal həyata qayıdacağını gözlədiyini deyib.
Rakus.az xəbər verir ki, Merkel tələbələrlə virtual görüşdə deyjb: “Peyvəndlə uğur qazansaq, payız semestrinə qədər daha normal həyata qayıda biləcəyimizə böyük ümid bəsləyirik, ancaq qış nisbətən çətin keçəcək”.
2021-ci il payız semestrinin 1 oktyabrda başlaması planlaşdırılır.
Bundan əvvəl Almaniya Federativ Respublikasının Səhiyyə Nazirliyinin rəhbəri ölkədə yayın sonuna qədər vətəndaşların 60%-nin koronavirus əleyhinə peyvənd ediləcəyi barədə proqnoz vermişdi. Epidemioloqlar koronavirusun əhali arasında nəzarətsiz yayılmasının dayandırılması üçün 60-70 faiz həddini vacib hesab edirlər.
Robert Kox İnstitutunun məlumatlarına əsasən Almaniyada koronavirus infeksiyasına bir gündə yoluxma sayı 14 432 olub. Gün ərzində daha 500 nəfər ölüb.