İran Ukrayna təyyarəsi ilə bağlı hesabat verəcək
Ukraynaya məxsus təyyarənin Tehran yaxınlığında qəzasının ildönümündən əvvəl İran istintaqla bağlı hesabat təqdim edəcəyi vədini verib.
Rakus.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə brifinq zamanı bəyan edib.
O, bu istiqamətdə işlərin şəffaf şəkildə irəliləməsini təmin etmək üçün əllərindən gələni etdiklərini bildirib.
“Ancaq mövzu asan deyil, çox mürəkkəbdir. Bu mövzuda müxtəlif strukturlar məşğul olur”, – deyə XİN sözcüsü əlavə edib.
Səid Xətibzadə İranın yaxın vaxtlarda təyyarə qəzasının ildönümündən əvvəl Ukraynaya və digər tərəflərə hesabat təqdim edəcəyini bildirib:
“Bu gün və ya sabah – faciənin ildönümündən əvvəl bir texniki hesabat dərc ediləcək, Ukrayna tərəfinə, həmçinin bu hesabat haqqında bilməli olanlara təqdim ediləcək”.