Hərbi 27.12.2020 12:00

MN: Dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin  və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Rakus.az xəbər verir ki,  hərbi qulluqçulara daim diqqət və qayğı göstərən Ali Baş Komandanın tapşırığına əsasən 30 ilə yaxın müddət ərzində işğal altında olarkən viran qoyulmuş, infrastrukturu tam dağıdılmış və düşmən tərəfindən minalanmış ərazilərdə xidmət edən Azərbaycan Ordusunun şəxsi heyətinin yerləşdirilməsi, qidalanması və məişət xidmətləri ilə təmin edilməsi məqsədilə ən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilmiş və səhra şəraiti üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı modul tipli komplekslər alınır.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti azad edilmiş ərazilərimizdə yerləşən bölmələr üçün alınmış səyyar obyektlərə baxış keçirib.

Məruzə edilib ki, azad edilmiş yaşayış məntəqələrimizdə, dağlıq ərazilərdə, çətin keçilən yüksəkliklərdə, sərt iqlim şəraitində xidmət edən şəxsi heyət üçün müxtəlif  ölçülü konteyner və çadırlarda yataqxanalar, yeməkxanalar, ayrıca mətbəx və qabyuma otaqları, eləcə də silah otaqları, kiçik həcmli birləşdirilmiş hamam-sanitar qovşağından ibarət mobil komplekslər quraşdırılacaq.

Məlumat verilib ki, yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin ediləcəkdir.

Bildirilib ki, şəxsi heyəti kompakt yerləşdirilən hərbi hissələr üçün isə daha böyük imkanlara malik, səyyar, modul tipli komplekslərin quraşdırılması həyata keçirilir, hamam-camaşırxana xidmətləri təşkil olunur. Azad edilmiş ərazilərimizdə yerləşən hərbi hissələrə, mövqe və postlara yeni yolların çəkilməsi, elektrik, su və qaz xətlərinin quraşdırılması, eləcə də döyüş növbətçiliyinin, qoşun xidmətinin təşkili ilə bağlı görülən müvafiq tədbirlər də planlı şəkildə davam edir.

Hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə stasionar tibb məntəqələri inşa edilənədək bir neçə istiqamətdə mobil səhra hospitalları fəaliyyət göstərir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO