Mədəni 01.01.2021 11:25

Yarım əsrin bütöv ömür portreti – Rafiq Əfəndi 50 yaşında…

Nə üçün məhz bütöv?

Təbii ki, bu suala cavab tapmaq üçün bəzi fikirləri ifadə etmək yerinə düşər. Ümumiyyətlə, yubiley yazısında yubilyarın keçdiyi həyat səlnaməsində yaşam anlarını, işgüzar, mədəni, ictimai, iqtisadi fəaliyyətini və xeyirxah əməllərini tam miqyasda bir məqalə ilə əhatə etmək mümkün olmur.

İlk növbədə, peşəkar adamların fəaliyyəti haqqında fikir bildirmək, yazı qələmə almaq iddiasında olmaq üçün milli və genetik dəyərləri öyrənən, təbiət qoynunda istirahəti sevən,  faydalı bitkiləri – otları, çiçəyi adbaad tanıyan, dodaqları arasında fışqırıq zümzüməsində onları toplayaraq MƏLHƏM halına çevirən, xalq təbabətinin dərinliklərini bilən bir insanın müasir düşüncə tərzinin və məqsədinin MƏNASINI anlamaq gərəkdir…

Təbii ki, insanın BÜTÖV PORTRETİNİ yaratmaq üçün onun ömür yolunun dönüm-döngələrinə, duyumuna, təbiət sevdasına bələd olmaq, alın tərini silə-silə zəhmətkeşlik zirvəsinə necə qalxdığını bilmək, Tanrının yaratdığı bəndələrin sağlamlığı üçün dəyərli və əməli töhfələr verdiyinin şahidi olmaq, uğur nərdivanına heç də rahatlıqla dırmanmadığını və göstərdiyi mədəniyyət nümunələrini xatırlatmaq lazımdır…

“Həyat eşqini səhərə, işığa uzanan niskil” sayan RAFİQ ƏFƏNDİNİN yarım əsrlik ömür yoluna boylananda orada yurd-yuva həsrətli, yetim baxışlı, niskilli, çiskinli havaların pozitiv abu-havaya döndərə biləcək gücə sahib olduğu aydınca görünür. ONUN savadlı, məntiqli məsləhətləri ilə istənilən problemin öhdəsindən gəlmək mümkündür. Onun qəlbə, duyğulara sığal çəkən söhbətlərinin, istirahət, gəzinti, yemək, davranış mədəniyyəti etikasının canlı şahidi olmaq isə bir şansdır.

Ümumiyyətlə, bütün xeyirxah əməllər, yaxşılıqlar, düşüncə tərzi, özünəməxsus dəsti-xətt, doğruluq və düzgünlük uğrunda çarpışmaq, vəd verib yerinə yetirmək anlayışını öyrətmək ONUN həyat rəhnidir.

“Çiçəklər torpağın üstünə ona görə çıxır ki, onu anlayan olsun…”

RAFİQ ƏFƏNDİNİ səyyah adlandırsam yanılmaram. Çünki ən çətin yoldan, ən sıx meşədən, ən gur çaydan keçməyin, cığır aşmağın yollarını o çox gözəl bilir. Səyyahlığın sərrafı kimi onunla birlikdə yola çıxmaq, yol yoldaşı olmaq unudulmayacaq xatirədir. O, hər zaman yaxşılıq yolunu göstərən adamdır. Hər zaman yaxşılıq yolunu göstərən adam isə yaxşılıq edən adama bərabərdir.

O, Allahın yaratdığı bütün varlıqları dərk edən, özündən böyüklərə və kiçiklərə göstərdiyi davranış, münasibət ailə tərbiyəsindən qaynaqlanan ən böyük zənginliyə sahibdir. Onun şifahi xalq ədəbiyyatına vurğunluğu da həsəd aparılacaq qədər maraqlıdır. Qoşma, gəraylı, divani, təcnis, müxəmməs… klassik şeir janrlarını yetərincə bilib təhlil etməsi gözəldir. Bu insanın müxtəlif otlardan, bitkilərdən hazırladığı məlhəmləri içmək şəfavericidir. İqtisadi, siyasi sahədə analitik düşüncəyə sahib olması, cəmiyyətdə sağlam və dürüst yaşamaq barədə tövsiyələri bir məktəbdir. Müdriklər demişkən: “Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin! ”

RAFİQ ƏFƏNDİ bütün əməlləri ilə hansı yurdun, elin, nəslin övladı olduğunu təsdiqləyib. Yarım əsirlik ömür yolunda halal, alnıaçıq yaşayıb, mayası, qazancı halal olub, insanları düz yola çəkib. İstedadsızların istedadlılara tor hörmək kimi bədniyyətli hərəkətlərin qarşısını hər zaman alıb, necə deyərlər, ƏFƏNDİLİYİNİ daim göstərib.

Onun atdığı daş heç vaxt baş yarmaz 

O, hər zaman sözünün ağası olub. Hörməti öz əlində, malı göz qabağında olub. Məhz buna görə, hər zaman onun üzünə yox, sözünə baxmışıq. Çünki sözlərin gücünü anlamadan, insanların gücünü anlamaq olmur! O, nadir insanlardandır ki, onun düşməni yoxdur. Ən azından onu tanıdığım illərdən bəri apardığım müşahidələr bunu göstərir. O heç zaman düşmənə görə kədərlənməyib. Çünki xarizmatik xarakterə, liderlik keyfiyyətlərinə sahibdir. Şah İsmayıl Xətai deyirdi: “Düşmən mənə qarğış etdikdə kədərlənmirəm. Düşmənin qarğışı xeyir-duaya bərabərdir!”

Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir

Qazanılan sevginin, edilən yaxşılıqların təməli məhz kökə, ata-ananın övladına verdiyi xeyir-dua ilə bağlıdır. Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir. Əbəs yerə deyilmir ki, Allah-Təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadır. Bu gün geridə qalan bir yaşın xoşbəxtliyini yaşayarkən gələcək illərin də uğurlu olacağı şübhəsizdir. Çünki insan doğulduğu an ağlayır, amma hamı sevincdən gülür. O, elə ömür yaşayıb və yaşayır ki, təbəssüm, sevinc həmişə kədərə, qəm-qüssəyə qalib gəlib. Qoy həmişə onun çırpınan qəlbində, məsum üzündə ağrı və kədər olmasın, gözlərində xoşbəxtliyin ən parlaq ulduzu nur saçsın.

Həqiqi dostun olmaması yalnızlığın ən pisdir

Əlbəttə, bu sözlər YUBİLEY GÜNÜ yaxşı və pis günlərdə yanımızda olan dostu təbrik etmək, sevincini paylaşmaq üçün ən gözəl fürsət olduğu düşüncəsi ilə qələmə alınıb. Bunlar səmimiyyətdən doğan, məhz yazılması üçün insanın içində “inqilab” yaradıb. Ona görə ki, həqiqi dostun olmaması yalnızlığın ən pisdir. Ən gözəli isə milyonlarla insan arasında ONUN dostu olmaqdır. Həyat yaşamağı, xoşbəxtlik gülümsəməyi, sevgi yaşatmağı, vəfa xatırlamağı, dostluq isə paylaşmağı bilənlər üçündür. Biz dostlarımızı çiçək kimi ovcumuzda deyil, güllə yarası kimi ürəyimizdə saxlayırıq. Çünki dostsuz insan qanadsız quş kimidir…

Əsgər Əlioğlu

 

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO