Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq
“Dağlıq Qarabağın müstəqilliyi heç kəs tərəfindən tanınmayıb. Onu Ermənistan belə tanımayıb”.
Rakus.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən deyib.
“Bizim ümumiyyətlə Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı fikrimiz yoxdur”, – o vurğulayıb.
“Erməni rəsmilərinin Qarabağdakı siyasiləşmiş bəyanatları gərginlik yaradır. Məncə, bundan çəkinmək daha yaxşı olardı”.
O deyib: “Biz artıq 44 günlük müharibədən öncə Qarabağdan və ya Qarabağla bağlı verilən bəyanatlara şahid olmuşuq: Yeni müharibə – yeni ərazilər” (Ermənistan keçmiş müdafiə naziri David Tonoyanın sözlərini nəzərdə tutulur). Sözlə material gücə çevrilir. Bu sözlər neqativ material gücə çevriliblər”.