Tramp bu ölkələr üçün ABŞ-a giriş məhdudiyyətlərini ləğv etdi
ABŞ-ın hazırkı prezidenti Donald Trump yanvarın 26-dan etibarən Şengen ölkələri, Böyük Britaniya, İrlandiya və Braziliya üçün pandemiya ilə əlaqədar ABŞ-a girişə qoyulan məhdudiyyətləri ləğv edib.
Rakus.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı sənəddə deyilir.
“Şengen ölkələrində, Böyük Britaniyada, İrlandiyada və Braziliyadan gələn şəxslərin Birləşmiş Ştatlara məhdudiyyətsiz girişi artıq ABŞ-ın mənafeyinə xələl gətirməyəcək. Bu baxımdan, ölkəyə girişin dayandırılması barədə sərəncamların saat 12.00-dan (Bakı vaxtilə saat 21.00 – red.) etibarən qüvvədən düşdüyünü bildirirəm”, – sərəncamda qeyd edilir.
Çin və İrana münasibətdə ABŞ-a giriş məhdudiyyətləri qüvvədə saxlanılıb. Buna səbəb olaraq bu ölkələrin səhiyyə sahəsində əməkdaşlıqdan imtina etmələri və vaxtında koronavirusun yayılması barədə məlumatları paylaşmadıqları əsas gətirilib.