Tramp prezidentliyini ən aşağı reytinqlə başa vurur – SORĞU
CNN telekanalının apardığı sorğu göstərib ki, Prezident Tramp Oval kabinetdə idarəçiliyi dövründə prezidentlik müddətini ən aşağı reytinqlə başa vurur.
Rakus.az xəbər verir ki, rəyi soruşulanların üçdəbirindən bir qədər çoxu (34 faiz) Trampın fəaliyyətini bəyəndiklərini bildiriblər. İctimai sorğunun müəllifləri qeyd ediblər ki, onların bundan əvvəlki sorğusunda Trampın reytinqi cəmi bir bənd yuxarı olmuşdu. Noyabr seçkilərindən əvvəl isə Trampı bəyənənlərin sayı 42 faiz təşkil edirdi.
Respublikaçılar arasında Trampın reytinqi yüksək olaraq qalmaqdadır – 80 faiz. Lakin sorğuya müvafiq olaraq, bu göstərici oktyabrdan bəri 14 bənd aşağı düşüb, hazırda demokratlar arasında 2 faiz təşkil edir, yəni praktik olaraq dəyişməyib.
Respondentlərin əksəriyyəti – 54 faizi bəyan ediblər ki, bu ayın əvvəlində Vaşinqtonda baş verən qarışıqlıqdan və yeni seçilən Prezident Co Baydenin qələbəsinin təsdiqlənməsinin qarşısını almaq məqsədilə Tramp tərəfdarlarının Kapitoli binasına hücumundan sonra Tramp vəzifəsindən uzaqlaşdırılmalıdır.