Ceyhun Bayramov Məhəmməd Əşrəf Qəni ilə görüşdü - FOTO
Əfqanistan rəhbəri Azərbaycanı böyük Qələbə münasibətilə təbrik edərək, bu zəfərin beynəlxalq hüququn qalibiyyəti olduğunu vurğulayıb.
Bu xüsusda, Məhəmməd Əşrəf Qəni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xüsusi təbriklərini çatdırıb.
Məhəmməd Əşrəf Qəni Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törədilmiş dağıntıların miqyasından xəbərdar olduğunu və bunun təəssüf doğurduğunu qeyd edib.
Nazir Ceyhun Bayramov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işlərindən bəhs edərək, yaxın gələcəkdə həyatın bu ərazilərə geri qayıdacağını vurğulayıb.
Tərəflər Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd ediblər.
ASAN xidmətin Əfqanıstanda fəaliyyətə başlaması və gələcəkdə bu xidmətin daha geniş sahələri əhatə etməsi niyyəti, ADA Universitetində gənc əfqan diplomatları üçün təlimlərin davam etdirilməsi, habelə Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.