Səhiyyə 23.04.2021 13:22

Xəstələrdən rüşvət tələb edən tibb işçiləri ən ağır cəzalara layiqdir – QINAQ

Koronavirusun Azərbaycanda qeydə alındığı ilk gündən dövlət tərəfindən bir sıra tədbirlərin keçirilməsinə başlanılıb. Bu istiqamətdə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində infeksiyanın geniş yayılmasının qarşısının alınmasına nail olunub. Doğrudur, virusun hökm sürdüyü bir ildən çox müddət ərzində onun acı nəticələrini də görürük. Amma hər kəs bilməlidir ki, pandemiyadan minimum itki ilə çıxmaq məhz həyata keçirilən qabaqlayıcı tədbirlərin hesabına mümkündür ki, bunu da dövlətimiz xalqımızın sağlamlığını düşünərək səhiyyəyə dəstək məqsədilə atıb”.

Rakus.az xəbər verir ki, nunu “Report”a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Nuran Abdullayev

Nuran Abdullayev

Onun sözlərinə görə, bunu artıq elm də sübut edir ki, pandemiya ilə mübarizə dövlətin, səhiyyənin və xalqın birgə səyi nəticəsində üç istiqamətdə gedir: “Belə olan təqdirdə dövlətin koronavirusla nümunəvi mübarizəsinə ölkə səhiyyəsində kölgə salanların mövcudluğu isə sadəcə təəssüf doğurur. Dövlət başçısının dəfələrlə çıxışlarında, müsahibələrində dediyi kimi, bu gün virusla mübarizə çərçivəsində həyata keçirilən bütün tədbirlərin əsasında insan faktoru, onların sağlamlığı və təhlükəsizliyi dayanır. Bütün bunların bariz nümunəsi kimi pandemiya başlanandan Azərbaycanda səhiyyə sahəsinə ayrılan diqqətin daha da artdığını göstərə bilərik. Bu müddət ərzində ölkəmizdə yeni xəstəxanaların, modul tipli səhiyyə müəssisələrinin istifadəyə verilməsi, digər tibb ocaqlarının yenidən qurulması və bərpası prosesini müşahidə etdik. Hazırda həmin səhiyyə müəssisələrində yüzlərlə vətəndaşımız müalicə olunur. Yüksək standartlara cavab verən avadanlıqlarla təmin olunan xəstəxanalarda xidmət göstəriciləri də daha yaxşıdır. Məhz dövlət başçısının xüsusi diqqəti sahəsində vətəndaşlara göstərilən keyfiyyətli tibbi xidmətin əlçatanlığı da artıb. Amma təəssüflər olsun ki, bu əlçatanlığa mane olanların mövcudluğu hər kəsi narahat etdiyi kimi biz – vətənini sevən həkimləri də narahat edir. Düşünürəm ki, xəstələrin müalicəsi üçün onlardan rüşvət tələb edən tibb işçiləri ən ağır cəzalara layiq görülməlidir. Çünki Prezident İlham Əliyev əhalinin sağlamlığı üçün ölkədə tibbi xidmətin keyfiyyətinin artırılmasına nail olduğu bir zamanda kimlərsə dövlət başçısının gördüyü işlərə, onun siyasətinə kölgə salır. Məhz dövlətin onlara yaratdığı şəraiti dərk etməyənlərə görə cəmiyyətdə Azərbaycan səhiyyəsinə inam da itir”.

Tibb elmləri doktoru bildirib ki, nəfslərinə hakim ola bilməyən bu cür acgöz və tamahkar şəxslər dövlətə və xalqa necə zərbələr vurduğunu dərk etmirlər: “Ötən gün gördüyümüz cəza tədbirləri bizə bir daha onu göstərdi ki, dövlətimiz səhiyyəyə dəstək olduğu kimi həmin dəstəyin dəyərləndirilməsinə və xalqa göstərilən xidmətin səviyyəsinə də nəzarət edir. Bu da öz növbəsində bir daha onu göstərir ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasətin əsasında Azərbaycan vətəndaşı, onun sağlamlığı, təhlükəsizliyi dayanıb”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO