Sosial 16.02.2024 20:06

“Xəstəxanada işləyirdim ermənilər məcburən ərizəmi aldılar ki, işdən azadsan”

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Xəstəxanada işləyirdim ermənilər məcburən ərizəmi aldılar ki, işdən azadsan” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Böyük Qaraqoyunlu kənd sakini Elçin Alməmmədovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərini xatırladıb, dağların ətəyində yerləşən kəndləri ilə bağlı maraqlı xatirələrindən söz açıb: “Uşaqlıq illərim çox gözəl və çox qəşəng keçib. Sinif yoldaşlarım, öz tay-tuşlarımla  dağlarımızda gəzmişik. Kəndimiz çox  səfalı yerdə yerləşib. Bizim kəndin tarixi abidəsi, tarixi yerləri çox olub, iki qəbiristanlıq, alban kilsəsi var idi”.

E.Alməmmədov kənddə müəllimlərin yaxşı təhsil verdiyini söyləyib: “A və B sinfində 60-a yaxın şagirdin 98 faizi ali və orta təhsilə yiyələnirdi. Orta məktəbi quratarandan sonra bizi o vaxt İrəvan şəhərində institutda, texnikumda oxumağa qəbul etmirdilər. 1983-cü ildə Gəncə şəhərində Tibb Texnikumunu qurtarandan sonra Qaraqoyunlu kəndinə qayıtdım və orada Zod kəndində Psixi Xəstəxanada işlədim. Mənimlə bərabər başqa yoldaşlar da işləyirdi, azərbaycanlı uşaqlar işləyirdik. 1988-ci ildə xəstəxanada işlədiyimiz gün ermənilər tərəfindən bizim ərizəmiz alındı ki, siz işdən azadsınız. Dedilər ki, sizə burada yer yoxdur, sizin yeriniz Azərbaycandadır. Siz köçüb ora gedəcəksiniz, burada sizə yer yoxdur. Bizi öz dədə-baba yurdumuzdan didərgin saldılar. Əliyalın, pis vəziyyətdə 1988-ci ilin dekabr ayında Kəlbəcərə köç etdik. Bizi təkcə 1988-ci ildə yox, 1905, 1918, 1937, 1956 və 1967-ci ildə də köçürüblər. 1988-ci ildə yolda ölən, ayağını don vuran oldu”.

Onun sözlərinə görə, kənddən çıxanda yoldaşının qucağında uşaq qar çovğununa düşüb: “Kəlbəcərə, oradan Gəncəyə, oradan Şuşa şəhərinə və oradan yenidən Gəncəyə qayıtmışıq. Qaçqınlıq bizə çox ağır təsir edib, çox itkilər vermişik. Erməni vandalizmi nəticəsində 17 nəfərə yaxın itki vermişik. Qaçqınlıq həyatı çox çətindir”.

Vətənə qayıtmaq ümidini hələ itirmədiklərini vurğulayan E.Alməmmədov deyib ki, cənab Prezident 44 gün ərzində Qarabağı erməni vandalizmindən azad etdi: “Prezidentimə inanıram. Mən Vətənə ona görə qayıtmaq istəyirəm ki, uşaqlıq illərim Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində keçib. Göyçəyə ayaqyalın qaçaram. Çünki o bizim dədə-baba torpağımızdır. Əminəm ki, o torpaqlar alınacaq və biz o torpaqlara qayıdacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 16-da saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
İqtisadi, Maraqlı, Sosial / 29.10.2026 13:47
Qərbi Azərbaycanın təbiəti: Göyçə gölünün sahilindəki Ardanış/Ardanuc kəndi - FOTO
Siyasi, Sosial / 28.10.2026 12:11
Qərbi Azərbaycan həqiqətləri: Zəngəzurun tarixi kəndi necə məhv edildi? - FOTO
İdman / 28.10.2026 00:16
Xatirə Turnirinin 5-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
Dünya, Təhlil / 27.10.2026 17:27
Avropanın iki dövlətində baş verənlərə qısa ekskurs – TƏHLİL - FOTO
Mətbuat / 27.10.2026 12:27
“Report”un yeni media mühitində 12 illik fəaliyyətinə BAXIŞ - FOTO
Siyasi, Sosial / 27.10.2026 10:16
Qərbi Azərbaycan Həqiqətləri: Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - FOTO - VİDEO
İdman / 27.10.2026 00:04
Beşinci tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Dünya, Təhlil / 26.10.2026 17:18
Tehran rejimi gözündə görmədiyi tiri niyə dəyişmək istəmir? – TƏHLİL - FOTO
Maraqlı, Mədəni / 26.10.2026 12:09
Özünü axmaq və gülünc kimi göstərən Kramarov kim idi? – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 26.10.2026 00:02
Xatirə Turnirində 5-ci turun nəticələri - FOTO
Maraqlı, Siyasi, Sosial / 25.10.2026 10:40
Qərbi Azərbaycan həqiqətləri: Bəriabadın taleyi necə dəyişdi? - FOTO - VİDEO
Sosial / 25.10.2026 08:29
Ailəsi dağıldı, doğmaları xəyanət etdi – “Arzunun vaxtı” - VİDEO
Maraqlı, Siyasi / 24.10.2026 21:23
Qərbi Azərbaycan həqiqətləri: Ərincin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 24.10.2026 11:03
“Qayınanam “kapriznıy” idi, kaş başqa cür danışardım” – O VAXTLAR - VİDEO
Maraqlı, Siyasi / 24.10.2026 09:42
Qərbi Azərbaycan həqiqətləri: Ardanışın unudulmuş Azərbaycan tarixi - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.10.2026 16:37
Paşinyanın ismarışları – demokratiyadan sui-istifadə metodu – TƏHLİL - FOTO
İdman / 23.10.2026 00:01
Şəhid Jurnalistlərin Xatirə Turnirində 5-ci tur həyacanı başlayır - FOTO
Siyasi, Sosial / 21.10.2026 13:31
Qərbi Azərbaycan həqiqətləri: Almalıq kəndinin tarixi sirləri - FOTO - VİDEO
Sosial / 21.10.2026 12:25
Qarabağlı qayınana, ukraynalı gəlin – “Arzunun vaxtı” - VİDEO
İdman / 21.10.2026 00:22
Xatirə Turnirinin 4-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Dünya, Elm və təhsil / 20.10.2026 17:42
Məktəb və məktəblilərin təhlükəsizliyi – ehtiyac duyulan əməkdaşlıq – TƏHLİL
Hərbi / 20.10.2026 12:02
Bir ömrün xatirəsini 32 saniyəyə sığdıran şəhidin son sözləri – REPORTAJ - VİDEO
Siyasi, Sosial / 20.10.2026 11:10
Qərbi Azərbaycan həqiqətləri: “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” - FOTO - VİDEO
İdman / 20.10.2026 10:16
Dördüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Mədəni / 19.10.2026 12:15
Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət – KƏNDİNƏ QAYIT - VİDEO
İdman / 19.10.2026 00:41
Xatirə Turnirində 4-cü turun nəticələri - FOTO