Seçicilərin iradəsi qəsb edilib – Ərdoğan
Etirazımızın arxasında inkarı mümkün olmayan əyani dəlillər var.
Rakus.az yerli KİV-lərə istinadla xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında deyib.
Prezident bildirib ki, 15 min seçicinin iradəsi qəsb edilib:
“Bunların bir qismi səhvən olsa da, önəmli bir bölümü qəsdən törədilib. Xətalar, yanlışlar digər partiyalarda eyni dərəcədə olmayıb, sadəcə, AKP-nin səslərində müəyyən fərqlər üzə çıxıb”.
Xatırladaq ki, martın 31-də keçirilmiş seçkilərdə İstanbul bələdiyyəsi uğrunda hakim AKP (namizədi Binəli Yıldırım) və CHP (Cümhuriyyət Halk Partisi, namizədi Ekrem İmamoğlu) mübarizə aparıblar, cüzi fərqlə Ekrem İmamoğlu qalib gəlib.
İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilərin iyunun 23-də keçiriləcək.