Üçüncü turun açılışı, epizodlar, qollar, növbəti oyunlar – CƏDVƏL - VİDEO
Zəfər Günü (8 Noyabr) münasibətilə şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə keçirilən həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turniri davam edir,
Rakus.az xəbər verir ki, oktyabrın 23-də turnirin sonuncu 3-cü turu keçirilib, A və B qrupü üzrə iki görüş baş tutub.
Meydana ilk olaraq “Ada Təpə” və “Novoivanovka” komandaları çıxıb. Böyük maraq doğuran bu qarşılaşmada komandalar sülhlə ayrılıblar – 1:1.
“Göyçə” – “Ardanış” oyunu da gərgin keçib. Gərgin mübarizə şəraitində keçən görüşdə qapılardan 4 qol keçib – 2:2.
Oyunlarda ən yaxşı oyunçu “Ada Təpə”dən Şükür Məmmədalıyev, “Novoivanovka”dan Elçin İsmayılov, “Göyçədən”dən Səhman Xasıyev, “Ardanış”dan isə Azər Hüseynov seçiliblər.
B qrupu
“Ada Təpə” – “Novoivanovka” – 1:1
Qollar: Şükür Məmmədalıyev – Vasif Əliyev
A Qrupu
“Göyçə” – “Ardanış” – 2:2
Qollar: Azər Hüseynov (2), İlkin Ağayev, Samir Həsənli
Hazırda bombardirlik siyahısına 4 qolla Rüstəm Abdullayev başçılıq edir. Elmin Əlizadə (2) – Emin İmaməliyev (2), Samir Əliyev (2), Şükür Məmmədalıyev (2), Azər Hüseynov (2), Qasım Məmmədov (1), Emin Qasımov (1), Əsgər İbrahimov (1), Vasif Əliyev (1), Əfqan Əliyev (1), İsa İsayev (1), İlkin Ağayev (1), Nihad Vəliyev (1), Nurlan Aşırov (1), Samir Həsənli (1) qol vurub.
Yarımfinal oyunları həftənin bazar günü keçiriləcək.
30 oktyabr
Yarımfinal
09:30 “Ardanış” – “Novoivanovka”
10:30 “Ada Təpə” – “Göyçə”
6 noyabr
09:30 III yer uğrunda görüş
10:30 Final və bağlanış mərasimi
Xatırladaq ki, turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. Ənənəvi Futbol Turnirində 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” mübarizə aparır.