Mədəni 21.02.2023 15:17

Bu gün Novruzun ilk Su çərşənbəsidir

Novruz bayramı xalqımızın zəngin və bəşəri məna daşıyan bayramlarından biridir. Yüzilliklər boyu xalqımızın ruhunu qidalandıran bu bayramda daxili aləmimizin bütün zənginliyi yaşanır.

Həyat göstərir ki, ictimai-siyasi, maddi və mənəvi sıxıntılara baxmayaraq bu bayram xalqımızın ən gözəl adət – ənənəsi olaraq qalmaqdadır. Bu adət- ənənənin davamçısı olaraq Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kəndinin sakinləri də əsirlikdə qalan yurd yerimizdə milli dəyərlərimizi saxlamaqla bu adət-ənənəyə daha orjinal, özünəməxsus cizgilər gətirmişlər.

Şimal yarımkürəsində yazın başlandığı, gecə ilə gündüzün bərabərləşdiyi gündə keçrilən Novruz bayramında yazın gəlişi, təbiətin oyanması qeyd edilir.

Novruz bayramı günü küsülülərin barışığı, qızlara nişan üzüyünün, qonşulara, kirvələrə bayram payının aparıldığı bir bayramdır. Ardanış kəndində də Novruz bayramı xüsusi təmtəraqla keçirilirdi. Böyüklərin dediyi kimi, Boz ay daxil olduqdan sonra birinci çərşənbədən başlayaraq dörd çərşənbə ərzində müxtəlif ayin və mərasimlər keçrilərdi. İlk çərşənbədə ən yaxşı buğda yuyulub təmizlənər, səməni qoyulardı.

İlk çərşənbə – Su çərşənbəsi adlanır. Bu çərşənbə suya tapınmaq inamı ilə başlayır. İnama görə Su çərşənbəsi günü su üstündən keçənlər azar-bezarını suya tökər, il boyu xəstələnməzdilər. Bu çərşənbədə gənc qızlar sübh tezdən bulaqdan, çaydan, arxdan su gətirirdilər. Yığışıb öz bəxtlərini yoxlayardılar. Qızlar üzüklərini qabdakı suya atardılar. Üzük qabın divarlarına dəyib neçə dəfə cingildəsə idi, qız həmin sayda ildən sonra gəlin köçəcəkdi.

Su çərşənbəsində özünəməxsusluğu ilə fərqlənən Ardanışda xüsusi şövqlə həyata keçrilən bir ənənə var idi ki, buna sulaşma deyərdilər.

“Sulaşma”nın qaydalarına görə, ya aşkar, ya gizli şəkildə cavanlar, uşaqlar bir – birini üstünə bacardıqları qədər su atardılar və bundan heç kim inciməzdi.

Bu gün Su çərşənbəsi günüdür. Bayramınız mübarək!

Qoşqar Vəli 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO