Mədəni 08.05.2019 06:43

“Eurovision” üçün Təl-Əvivə getdilər -Çingiz ilk məşqə çıxdı - FOTO - VİDEO

İctimai Televiziya və Radio Yayımları Şirkətinin bir qrup əməkdaşı, eləcə də Milli Təşkilat Komitəsinin bəzi üzvləri  “Eurovision 2019” mahnı müsabiqəsində iştirak etmək üçün Təl-Əvivə yola düşüblər.

Rakus.az xəbər verir ki, müsabiqənin ölkəmiz üzrə şərhçisi, müğənni Murad Arifin də yer aldığı nümayəndə heyəti qələbə arzusu ilə yola çıxdıqlarını bildiriblər.

Dəstək heyəti İsrailə Azərbaycanın milli-mədəni dəyələrini, tarixini, turizmini əks etdirən müxtəlif maarifləndirici materiallardan ibarət hədiyyələr də aparıblar.

Əsas məşqlərə start verən təmsilçimiz Çingiz Mustafayev “Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalında 18-ci nömrə altında səhnədə yer alacaq. Bu turda ölkəmizlə birgə, Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya və İsveçrədən olan ifaçılar da çıxış edəcəklər.

Xatırladaq ki, yarışmanın yarımfinal mərhələləri Təl-Əvivin Sərgi Mərkəzində mayın 14-ü və 16-da, finalı isə mayın 18-də reallaşacaq.

1956-cı ildən Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi dünyanın ən uzun ömürlü musiqi yarışması kimi Ginnesin Rekordlar Kitabına düşüb. Azərbaycan bu müsabiqədə 2006-cı ildən iştirak edir.

Bu arada ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayev ilk məşqi üçün Təl-Əviv Expo Mərkəzinin səhnəsinə çıxıb.

Çingiz “Truth” mahnısını canlı ifa edərək şou göstərib.

Səhnədə üçbucaq formalı, işıqlı dekorasiya quraşdırılıb, arxa fonda mavi dalğa effektləri verilib və qadın surəti peyda olub. Səhnədəki robotlar qollarındakı lazerlərlə müğənninin üzərinə ürək şəkli həkk etdirir. Çingizi 5 bek-vokalçı müşayiət edib.

Onun performansı hər kəs tərəfindən alqışlanıb. Çingizin məşqi bukmeyker proqnozlarına da təsir edib. Belə ki, 13-cü sırada qərarlaşan Azərbaycan sürətlə 5-ci pillədə öz yerini tutub.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO