Dünya 25.05.2023 21:05

Ermənilərin azərbaycanlılara qarşı işgəncə növləri - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

 Rakus.az xəbər verir ki, “Ermənilərin azərbaycanlılara qarşı işgəncə növləri” adlı süjetdə Rusiya və Avropadan olan havadarların, türk düşmənlərinin yardımı ilə ermənilərə qurulan qondarma dövlət yarandığı tarixdən mülki azərbaycanlılara qarşı törədilən vəhşiliklərdən, indiki Ermənistan ərazisindən məcburi didərgin düşən azərbaycanlılara dəyən ziyandan söz açılır.

Bildirilir ki, bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən çox azərbaycanlı didərgin salınıb: “Təkcə 1988-ci ildə Ermənistandan 250 min azərbaycanlı məcburən qaçqın vəziyyətə düşüb.  Ermənistanın bu qanunazidd və insanlıqdan uzaq fəaliyyəti nəticəsində azərbaycanlılar 8 min kvadrat kilometr ərazidən, 172 yaşayış məntəqəsindən, yəni tarixi torpaqlarından çıxarılıblar. Bu cinayət zamanı 216 azərbaycanlı qətlə yetirilib, o cümlədən 2 nəfərin başı kəsilib. 13 nəfər yandırılıb, 1 nəfər asılıb, 3 nəfər doğranıb. Bununla digər əsir və girovlara göz dağı verilib”.

Həmçinin qeyd olunur ki, 1988-ci ildən bu günə kimi Ermənistanda bir nəfər azərbaycanlının yaşamaması işğalçı “dövlətin” apardığı soyqırımın, etnik təmizləmə siyasətinin təsdiqi olduğu vurğulanır: “Ermənilər və havadarları saxta “soyqırımı” ideyası ilə türklərə daim təzyiq ediblər. Ancaq azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi, yaxud qovulması uzaq tarix deyil və unudulmağa çalışılır. Boş qalan yurd yerləri, dağıdılmış evlər, 35 ildir əkilməyən, şumlanmayan torpaqlar tarixi, faciəni təsdiqləyən faktlardır. Bu məsələlərdə dünyanın gözü sanki kor kimi görünür. Ədalətlini yox, ədalətsizi qoruyur, ona dəstək verir. Bütün bu haqsızlıqlar 30 il Qarabağda və ətraf rayonların işğalı zamanı davam etdi. Bu mənzərə 35 ildir Qərbi Azərbaycandan didərgin salınan azərbaycanlıların hüquqlarının pozulmasında da aydın görünür.

Diqqətə çatdırılır ki, vaxtilə Azərbaycan Qaçqınlar Cəmiyyəti, hazırda isə Qərbi Azərbaycan İcmasının hesablamalarına görə, 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından çoxdur: “Beynəlxalq qiymətləndirmə standartlarına görə, 33-35 ildən sonra bu rəqəm 1 trilyon ABŞ dollarını keçib. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə ölçüyə gəlməzdir”.

Süjet bu fikirlə tamamlanır: “Ermənistanın dəyən maddi və mənəvi ziyanın ödənilməsi barədə düşünməsi qaçılmazdır. Çünki, bu, “Türksüz Ermənistan” ideyasının müəlliflərinə, onların yaxın və uzaq xaricdəki havadarlarına əsl dərs olacaq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 25-də saat 19:30-da Baku Tv-nin efirində və 21:00-da isə Youtube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO