Dünya 26.05.2023 12:04

Ermənistanın tutduğu mövqe – Paşinyanın etirafları… – TƏHLİL

Deyəsən, Ermənistan və ermənilər reallığı qəbul etməyə başlayıb. Onlar bir müddətdən sonra 200 ildir aldadıldıqlarını da etiraf edəcəklər. Ermənistanın baş naziri Nikol Paşinyanın başçılıq etdiyi siyasi qüvvə hakimiyyətə gəldikdən sonra vəziyyət bir müddət əvvəlki kimi davam etdi. Hətta Paşinyan Şuşada halay vurub, rəqs də elədi. O, “Qarabağ Ermənistandır, nöqtə!” şüarını da verdi. Ancaq 44 günlük müharibə Ermənistanı, erməniləri və havadarlarını qəflət yuxusundan oyatdı.

Azərbaycan hərbçiləri Ermənistan ordusunu pərən-pərən saldı. Ölkənin rəsmi dairələri aldıqları zərbədən sonra bir-birilərini ittiham etməyə başladı. Ölkənin baş naziri ötən üç ilə yaxın müddət ərzində hələ də ordunu formalaşdırmağa çətinlik çəkir. Rəsmi İrəvan düşdüyü böhranlı vəziyyətdən xilas olmaq məqsədilə Azərbaycanla Ermənistan arasında sərhədyanı bölgədə təxribatlara əl atdı. Ancaq bu fitnə və hiylə də baş tutmadı. Beynəlxalq ictimaiyyət reallığı gördü. Odur ki, Nikol Paşinyan artıq reallığı açıq şəkildə etiraf etməyə məcbur olub. O bunu mayın 22-də keçirdiyi mətbuat konfransında daha açıq-aydın bildirib: “Qarabağ Azərbaycan ərazisidir”. Ancaq bu yerdə yalnız “nöqtə” sözünü demədi.

Azərbaycan bunlara Prezident İlham Əliyevin ardıcıl, dönməz xarici və daxili siyasəti nəticəsində nail olub. Dövlət başçısı Nikol Paşinyana və onun havadarlarına Cənubi Qafqazdakı yeni geosiyasi reallığı qəbul etdirdi.

Yeri gəlmişkən, Paşinyan çıxışlarında tez-tez fikirlərinin dəyişdiyinin şahidi olmuşuq. Bu onun erməni xislətindən irəli gələn amildir. Bu etnik qrupu tanıyanlar onların verdikləri sözün ağası olmadıqlarını yaxşı bilir. Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktının bir sıra müddəalarından sonralar imtina etməyə cəhdlərinin şahidiyik. Qeyd edək ki, Ermənistan hərbçiləri hələ də Azərbaycanın Qarabağ iqtisadi rayonundadır, minalanmış ərazilərin xəritəsi hələ də təqdim edilməyib və s.

Cənubi Qafqazdakı vəziyyət Ermənistanın tutduğu mövqe və davranışı səbəbindən daha da ağırlaşa bilər. Belə bir şəraitdən bu ölkənin siyasi hakimiyyəti və müxalifəti çətin xilas olar. Ermənistandakı müxalifət, o cümlədən Xocalı soyqırımını törədənlərə başçılıq etmiş Serj Sarqsyan, Robert Koçaryan və onların dəstəsi revanşist çıxışları ilə Nikol Paşinyana verdiyi sözlərə əməl etməməsi üçün təzyiqlər edirlər. Ancaq indi 1998-ci il deyil…

Azərbaycanın beynəlxalq nüfuzu artıb. Ərazi bütövlüyü, suverenliyi müdafiə olunur və dəstəklənir. Bütün bunlar Prezident İlham Əliyevin ardıcıl, prinsipial, düşünülmüş və məntiqli siyasət yürütdüyünü aydın göstərir. Müharibədən sonrakı dövrdə bəzi xarici KİV nümayəndələri reallıqdan uzaq və əsassız suallar verməklə Azərbaycanın atdığı addımların səhv olduğunu sübut etməyə çalışırdı. Ancaq zaman İlham Əliyevin atdığı və atacağı addımların vaxt-vədəsini yaxşı bildiyini isbatlayıb.

Ermənistana canıyananlıq edənlər Nikol Paşinyanın demokratik yolla seçildiyini iddia edirlər. Bu həm də onun səs çoxluğu ilə baş nazir olması deməkdir. Yəni Ermənistan vətəndaşları təmsilçiliyi qanunla Paşinyana verib. Deməli, xaricdə özünü erməni və Ermənistanın havadarı kimi göstərmək istəyənlərin Nikoldan artıq Nikol olmaq istəməsi yersiz, gülüncdür. Paşinyan Ermənistanın qurtuluşunu, yeganə çıxış yolunu yuxarıda qeyd etdiyimiz və son açıqlamalarında görür. Bu, doğrudan da, daha realist addım sayılır. Ona qarşı çıxanlar və onu bu yoldan döndərmək istəyənlər isə ilk növbədə erməni xalqının düşmənidir.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Dünya, Təhlil / 26.05.2023 12:04
Ermənistanın tutduğu mövqe – Paşinyanın etirafları… – TƏHLİL
Dünya, Gündəm, Video müsahibə / 25.05.2023 21:05
Ermənilərin azərbaycanlılara qarşı işgəncə növləri - FOTO - VİDEO
Siyasi / 25.05.2023 14:48
Qondarma dövlətin insanlıq suçu – ANONS
Gündəm, Sosial, Video müsahibə / 24.05.2023 20:35
Ağbaba mahalı necə parça-parça edildi? - FOTO - VİDEO
Siyasi / 24.05.2023 15:19
Qərbi Azərbaycan Xronikası – ANONS
Mədəni, Video müsahibə / 24.05.2023 11:48
Zəngəzurun qanlı tarixi ilmələrdə - FOTO - VİDEO
Dünya, Təhlil / 23.05.2023 16:03
Politoloq: “Moskva görüşü Vaşinqtonda keçirilən görüşün davamı olacaq”
Gündəm, Video müsahibə / 22.05.2023 19:43
Ermənistanda zəlzələ olmasaydı azərbaycanlıları qıracaqdılar  - FOTO - VİDEO
Hərbi, Səhiyyə / 22.05.2023 15:49
Qərbi Azərbaycan Xronikası – ANONS
Hadisə, Maraqlı, Video müsahibə / 19.05.2023 19:43
Evini məcburi tərk edən hamilə qadın oğlunu qatarda dünyaya gətirib - FOTO - VİDEO
Hadisə / 19.05.2023 14:50
Qırx kilometr piyada yol gələn hamilə qadının “Həyat Hekayəsi” – ANONS 
Dünya / 19.05.2023 10:39
Hansı sənəd azərbaycanlıları Ermənistana qaytara bilər? - FOTO - VİDEO
Gündəm, Siyasi, Video müsahibə / 18.05.2023 19:36
Azərbaycanlıları Ermənistanda kim qoruyacaq? - FOTO - VİDEO
Təhlil / 18.05.2023 16:11
Saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında Qərbi Azərbaycan Xronikası – ANONS
İqtisadi, Sosial, Video müsahibə / 17.05.2023 19:42
Ermənistanda yaşayan ermənilərlə azərbaycanlıların say fərqi - FOTO - VİDEO
Sosial / 17.05.2023 13:03
Qərbi Azərbaycan Xronikası – ANONS
İqtisadi / 17.05.2023 12:43
Ekspert: “Sığorta ölkənin maliyyə sistemini təşkil edən zəncirin əsas halqalarındandır”
Dünya, Siyasi / 16.05.2023 11:46
Türkiyə seçkiləri-demokratiyaya sadiqliklə bağlı sınaq – TƏHLİL
Dünya, Siyasi, Video müsahibə / 15.05.2023 19:51
Türkiyə və Azərbaycanın birləşməsinə mane olan plan - FOTO - VİDEO
Təhlil / 15.05.2023 16:46
Fransa regionda vəziyyəti gərginləşdirir, sülhü təhdid edir – TƏHLİL - FOTO
Hadisə / 15.05.2023 14:58
Qərbi Azərbaycan Xronikası – ANONS
İdman / 15.05.2023 13:51
Yoldaşlıq görüşü: Göyçə və Borçalı təmsilçiləri sahədən sülhlə ayrıldılar - FOTO - VİDEO
Hadisə, Sosial, Video müsahibə / 12.05.2023 19:40
Mənim öz kəndimizin suyu üçün ürəyim əsir… - FOTO - VİDEO
Maraqlı, Sosial / 12.05.2023 18:14
Qərbi Azərbaycan Xronikası – ANONS
İqtisadi / 12.05.2023 16:59
Fariz Hacızadə: “Avtomobillərin icbari sığortası ilə bağlı ciddi irəliləyiş var”
Təhlil / 11.05.2023 16:29
Tehran rejimi – pəhləvilərdən qalma panfarsçılıq siyasəti – TƏHLİL