Dünya 01.06.2023 20:35

Ermənistanı Rusiyaya qarşı qoyan səbəblər - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Korçaryan, Sarqsyan və Vanesyanın Qərbi Azərbaycan “sevdası” adlı süjetdə  Qərbi Azərbaycan türklərinin 35 ildir tapdanan hüquqlarının bərpa olunmasının, vətənə dönüş prosesinin baş tutmasının Ermənistanın demokratik, müstəqil olmasından keçdiyi vurğulanır.

Bildirilir ki, 2018-ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyi nəticəsində ölkədə demokratik rejimin yaranacağına ümid edilsə də,  hakimiyyətə gələn Nikol Paşinyan və komandası Ermənistanda sabitliyə və demokratikləşməyə nail ola bilməyib, əksinə, vəziyyəti daha da ağırlaşdırıb.

Diqqətə çatdırılır ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tərəfi Qarabağdan olan məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması ilə yanaşı, Qərbi azərbaycanlıların da didərgin düşdükləri torpaqlarına qayıdışını, yəni repatriasiyasını gündəliyə gətirib.

Süjetdə yaranmış şəraitə uyğun olaraq Ermənistanda Rusiyaya sədaqətli olmaq uğrunda mübarizədə Nikol Paşniyanın da yer almaq istəyi bildirilir: “Üzü Kremlə olan Ermənistan siyasətçilərinin siyahısı isə çox uzundur. Onların  arasında adları daha çox hallananlar keçmiş prezidentlər Robert Koçaryan, Serj Sarqsyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan və Ruben Vardanyandır. Bu baxımdan mübarizənin daha çox Korçaryan, Sarqsyan və Vanesyan arasında getdiyi müşahidə olunur. Bu üçlüyün Rusiyanın  yetirməsi olduğuna kimsənin şübhəsi yoxdur. Onların hər üçü Qərbi azərbaycanlıların dogma yurda qayıdışına Ermənistanın məğlubiyyəti kimi baxır. Əslində isə, bu qayıdış, zamanın gerçəkliyi olmaqla yanaşı, bu ölkənin demokratik və iqtisadi inkişafı üçün çox önəmlidir”.

Qeyd olunur ki, baş verənlərə əsasən, onları bir-biri ilə daha çox boğuşdurmaq rəsmi Moskvaya sərf etmir: “Çünki, bu, Ermənistanda anti-Rusiya ovqatını gücləndirə bilər. Beləliklə, bu ölkədəki hakimiyyət daxilindəki didişmələr, terrorlar və digər hadisələr Ermənistanda vəziyyətin normallaşmasına mane olur.

Belə bir vəziyyət ölkənin bütün vətəndaşlarının,  o cümlədən Qərbi azərbaycanlıların maraqlarına ziddir. Ona görə də Ermənistan hökuməti “demokratiya mühiti”nin yalançı görüntüsünü yaratmaq üçün boş yerə cəhdlər etmək əvəzinə, öz vətəndaşlarının aktual problemləri, o cümlədən Qərbi azərbaycanlıların qayıdışının təmin olunması barədə ciddi düşünməlidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet iyunun 1-də saat 19:30-da Baku Tv-nin efirində və 20:30-da  Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Dünya, Gündəm / 01.06.2023 20:35
Ermənistanı Rusiyaya qarşı qoyan səbəblər - VİDEO
Dünya, Siyasi / 01.06.2023 14:30
Üzü Kremlə olan erməni siyasətçilərinin davası – ANONS
Siyasi, Video müsahibə / 31.05.2023 20:35
Rusiya-İran müharibəsində viran qoyulan Qərbi Azərbaycan kəndləri - FOTO - VİDEO
İqtisadi / 31.05.2023 16:01
Ekspert: “Daşınmaz əmlakın sığortalanması üçün yeni elektron sistem iyunun 1-dən işə düşəcək”
Dünya, Siyasi / 31.05.2023 15:14
Parçalanan, saxtalaşdırılan Dərəçiçək mahalı – ANONS
Mətbuat / 31.05.2023 14:43
Vətən müharibəsi veteranı Səbuhi Məmmədov dünyasını dəyişib - FOTO
Siyasi / 31.05.2023 10:06
Əli Hüseynli: “Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”
Mədəni / 30.05.2023 20:51
Göyçənin ilmələrə köçən sirləri – Qərbi Azərbaycan Xronikası - FOTO
Elm və təhsil / 30.05.2023 13:34
Ardanışın yetirmələri – İşığa, aydınlığa gedən yolda - FOTO
Dünya, Siyasi / 30.05.2023 10:26
İran -“Taliban” toqquşması – su problemi həllini tapacaqmı – TƏHLİL
Sosial, Video müsahibə / 29.05.2023 20:38
Ermənilərin qolunu qıran millət vəkili – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Siyasi / 28.05.2023 16:01
Moskva görüşü – Paşinyanın “dəhliz” dərsi alması – TƏHLİL - FOTO
Gündəm / 28.05.2023 09:00
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Siyasi, Təhlil / 27.05.2023 12:05
Qarabağın Azərbaycanın tərkib hissəsi – İrəvanın reallığı qəbul etməsi – TƏHLİL - FOTO
Maraqlı, Video müsahibə / 26.05.2023 21:07
Ailəmizin 60 faizdən çoxu erməni mənfurlarının əlində can verib - FOTO - VİDEO
Maraqlı / 26.05.2023 13:35
Ailəsi 3 dəfə deportasiya olunub, özü isə qatarda dünyay göz açıb – ANONS
Dünya, Təhlil / 26.05.2023 12:04
Ermənistanın tutduğu mövqe – Paşinyanın etirafları… – TƏHLİL
Dünya, Gündəm, Video müsahibə / 25.05.2023 21:05
Ermənilərin azərbaycanlılara qarşı işgəncə növləri - FOTO - VİDEO
Siyasi / 25.05.2023 14:48
Qondarma dövlətin insanlıq suçu – ANONS
Gündəm, Sosial, Video müsahibə / 24.05.2023 20:35
Ağbaba mahalı necə parça-parça edildi? - FOTO - VİDEO
Siyasi / 24.05.2023 15:19
Qərbi Azərbaycan Xronikası – ANONS
Mədəni, Video müsahibə / 24.05.2023 11:48
Zəngəzurun qanlı tarixi ilmələrdə - FOTO - VİDEO
Dünya, Təhlil / 23.05.2023 16:03
Politoloq: “Moskva görüşü Vaşinqtonda keçirilən görüşün davamı olacaq”
Gündəm, Video müsahibə / 22.05.2023 19:43
Ermənistanda zəlzələ olmasaydı azərbaycanlıları qıracaqdılar  - FOTO - VİDEO
Hərbi, Səhiyyə / 22.05.2023 15:49
Qərbi Azərbaycan Xronikası – ANONS
Hadisə, Maraqlı, Video müsahibə / 19.05.2023 19:43
Evini məcburi tərk edən hamilə qadın oğlunu qatarda dünyaya gətirib - FOTO - VİDEO