Mədəni 06.06.2023 20:41

Üçkilsədən yadigar qalan xalçalar – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında “Qərbi Azərbaycan ilmələri” adlı veriliş efirə gedib.

 Rakus.az xəbər verir ki, veriliş Zəngibasar mahalının Üçkilsə (indiki Eçmiədzin) rayonunun Qarğabazarı kəndinin sənətkarlıq nümunələrinə həsr olunub.

Ekran işində qədim mədəniyyəti olan Üçkilsənin tarixindən geniş söhbət açılır. Bildirilir ki, sovet  hakimiyyətinin qurulması nisbətən bu əraziyə, xüsusən də, Üçkilsəyə dinclik sabitlik gətirsə də 1947-ci ildən özünü yeni formada büruzə verməyə başlayıb: “Artıq Stalinin birbaşa qayğısı altında olan erməni millətçiliyi azərbaycanlılara qarşı  amansız addımlar atırdı və ermənilərin Qərbi Azərbaycana köçürülmə planı işə salınmışdı. Bunun üçün ilk növbədə azərbaycanlılar öz tarixi torpaqlarından qovulmalı, çıxarılmalı idi. Belə bir zəmin 1947-ci ildə SSRİ  Nazirlər Sovetinin qəbul etdiyi qərar oldu. Həmin qərar əsasına Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların digər bölgələrə köçürülməsi  xüsusən də, Azərbaycanın müxtəlif bölgələrinə  köçürülməsi çox amansız addım idi. Bir neçə gün içində insanlar yük qatarına doldurularaq, əziyyətlərə, çətinliklərə qatlaşaraq Azərbaycanın Sabirabad Salyan, İmişli və digər bölgələrinə gətiriliblər”.

Həmçinin vurğulanır ki, məhz 1947-ci ildən bu günə kimi Qarğabazarda Azərbaycan türkləri yaşamadı, Qarğabazarını tamamilə erməni kəndinə çevirdilər. Qarğabazarını həm də böyuk bir planın tərkib hissəsi kimi, yəni erməniləşdirmə planının  tərkib hissəsi kimi yer üzündən sildilər. Neçə-neçə kəndimiz – Çobankərə, Hamamlı, Göykünbənd bu ərazidə yerləşən başqa kəndlər də insansızlaşdı və ermənilər burda məskunlaşmağa başladı. Özləri üçün uydurma mədəniyyət, uydurma tarix yaratdılar.

Verilişdə deyilir ki, türk inancından, təfəkküründən irəli gələn simvolların istifadə olunması və özünəməxsus simvolların semantik həlli iştirakı Üçkilsə xalçalarında damğalardan tutmuş, həyat ağacına qədər, eyni zamanda, dörd ünsürü, cəhəti əhatə edən elementlərə qədər Azərbaycan incəsənətində xüsusi yer almış buta elementinə xüsusi rast gəlirik: “Rəng həllində Üçkilsə xalçalarının özünəməxsus rəngarəngliyi Azərbaycanın Şirvan xaçalarında da görünür. Diqqət yetirdikdə rənglərin dəyişikliyi, müxtəlif rənglərin bir-birini çox rahatlıqla əvəzləməsi Azərbaycan xalçaçılıq sənətinin mühüm elementlərindən biridir. Üçkilsə xalçalarının bir özəlliyi də var ki, inancların, müxtəlif dini baxışların hamısı bir tabloda sanki toplanır. Burada qədim türk inancı, yaşam tərzi və bolluq işarəsi olan – əliqoynunda işarəsinə rast gəlirik. Göllərin bədii həlli, gözmuncuğu, bədnəzərdən qoruyan elementlərin zənginliyi əhalinin dini inancları ilə bağlı idi. Burada təsərrüfat və yaşam tərzi də bütövlükdə xalçanın elementlərinə köçmüşdür. Al-əlvanlıq xoş günlərin arzusu və xoş rifah elementləri xalçada xüsusi yer tutur. Bədii cəhətdən zəngin kompazisiyaya malik Üçkilsənin, Qarğabazarının xalçaları sənət əsəri hesab oluna bilər”.

Verilişdə vaxtilə Qarğabazarından deportasiya olunaraq 1948-ci ildə Azərbaycanın Sabirabad rayonunda məskunlaşan 1929-cu il təvəllüdlü Səkinə Məhərrəmova ilə söhbət maraq doğurur. O, hazırda ömrünün 94-cü ilini yaşasa da övladları ilə Üçkilsəyə, Qarğabazarına qayıtmaq ümidini hələ itirməyib.

 Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 6-da saat 19:30-da Baku Tv-nin efirində və 20:30-da  Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 06.06.2023 20:41
Üçkilsədən yadigar qalan xalçalar – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Təhlil / 06.06.2023 16:01
Yelisey sarayının “Dirçəliş” əməliyyatı- xaricdə yoxsullara qarşı müharibə -TƏHLİL
İqtisadi / 06.06.2023 11:34
“Azərbaycanı firavan gələcəyə daşıyan yol xəritəsinin konturları müəyyənləşib”- Əli Hüseynli
Müsahibə, Video müsahibə / 05.06.2023 21:08
Deportasiyalar azərbaycanlılara çox böyük zərbələr vurdu - FOTO - VİDEO
Mətbuat / 05.06.2023 10:00
Ölümü ilə yenidən doğulan Məhərrəm İbrahimov
Hərbi, Mətbuat / 04.06.2023 16:46
Baba və nəvənin oxşar həyat hekayəsi – Məhərrəm İbrahimovun şəhidlik yolu - VİDEO
Hərbi, Mətbuat / 04.06.2023 13:05
Məhərrəm şəhidliyinin ikinci ilində məzarı önündə anıldı - FOTO
Mətbuat / 04.06.2023 12:42
Onun ömrünün 40-cı qapısı həmişə bağlı qalacaq…- ANIM MƏRASİMİ - FOTO
Təhlil / 04.06.2023 09:55
Mina terroru: 3 versiya və atasız qalan 3 oğul – ŞƏRH
Mətbuat / 04.06.2023 08:00
Jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun şəhid olmalarından iki il ötür
Maraqlı, Sosial / 02.06.2023 20:50
“Gedib oranın daşını, divarını, torpağını öpərəm…” - FOTO - VİDEO
Gündəm / 02.06.2023 16:03
Güllücə sakini Gülnarə Əliyevanın “Həyat Hekayəsi” – ANONS
Hərbi, Mətbuat / 02.06.2023 15:15
Vətənpərvər böyüyən şagirdlər şəhid jurnalisti andılar - FOTO - VİDEO
Dünya, Gündəm / 01.06.2023 20:35
Ermənistanı Rusiyaya qarşı qoyan səbəblər - VİDEO
Dünya, Siyasi / 01.06.2023 14:30
Üzü Kremlə olan erməni siyasətçilərinin davası – ANONS
Siyasi, Video müsahibə / 31.05.2023 20:35
Rusiya-İran müharibəsində viran qoyulan Qərbi Azərbaycan kəndləri - FOTO - VİDEO
İqtisadi / 31.05.2023 16:01
Ekspert: “Daşınmaz əmlakın sığortalanması üçün yeni elektron sistem iyunun 1-dən işə düşəcək”
Dünya, Siyasi / 31.05.2023 15:14
Parçalanan, saxtalaşdırılan Dərəçiçək mahalı – ANONS
Mətbuat / 31.05.2023 14:43
Vətən müharibəsi veteranı Səbuhi Məmmədov dünyasını dəyişib - FOTO
Siyasi / 31.05.2023 10:06
Əli Hüseynli: “Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”
Mədəni / 30.05.2023 20:51
Göyçənin ilmələrə köçən sirləri – Qərbi Azərbaycan Xronikası - FOTO
Elm və təhsil / 30.05.2023 13:34
Ardanışın yetirmələri – İşığa, aydınlığa gedən yolda - FOTO
Dünya, Siyasi / 30.05.2023 10:26
İran -“Taliban” toqquşması – su problemi həllini tapacaqmı – TƏHLİL
Sosial, Video müsahibə / 29.05.2023 20:38
Ermənilərin qolunu qıran millət vəkili – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Siyasi / 28.05.2023 16:01
Moskva görüşü – Paşinyanın “dəhliz” dərsi alması – TƏHLİL - FOTO
Gündəm / 28.05.2023 09:00
Azərbaycanda Müstəqillik Günü qeyd olunur