Mədəni 14.06.2023 14:30

Bir əsrdə üç dəfə qovulan Daşkəndin tarixi ilmələrdə - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında Daşkəndin daşdan ilməyə köçən yaddaşı: xalçaların sirləri” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə Göyçə mahalında fərqli təbiəti ilə seçilən, qayalıqların və daşların arasında olan Daşkənd kəndindən söz açılır: “Daşkənd qədimdən oğuz-türk yurdu hesab olunur. Elə oradakı məhəllə, yer-yurd adları da bizə məxsus olduğunu, orada Azərbaycan türklərinin məskunlaşdığını göstərir. Daşkəndin unikal  təbiəti, unikal insanları və  çox qəribə, fərqli məhəllə, yer-yurd adları bir daha onu göstərir ki, qədimdən Azərbaycan türkləri burada məskunlaşıb. Tarixin əsas hissəsi məhz 1918-ci il hadisələri  ilə bağlıdır. Daşkənd kəndinin əsas faciələrindən biri elə 1948-1953 -cü il köçürülməsi zamanı başladı. Daşkəndlilər də 1953-cü ildə öz doğma yurdlarından – Daşkənddən  qovularaq,  Bərdənin indiki “Daşkənd” adlandırılan kəndinə gəldilər.  Onda o kənd  yox idi, cəmi, yeddi çinardan ibarət  boşluq sahə idi. Bu yeddi çinar, yəni  qovaq ağacının altında daşkəndlilər öz kəndlərini yaratmalı idi. Fərqli təbiət, fərqli hava şəraiti bu insanların sağlamlığına, həyat tərzinə də təsir elədi”.

Verilişdə bildirilir ki, Daşkənd kəndinin xalçaları özünün  unikallığı  ilə  seçilir: “Daşkənd kəndinin məhəllə adlarına baxanda, biz orada Qarabağla, Qazaxla, Gəncə ilə bağlı məhəllə adlarını görürük. Bütün bunlar onların xalçalarına da təsir edib. Bu gün Daşkənd xalçalarından danışanda cəsarətlə demək olar ki, bu xalçalarda Azərbaycanın müxtəlif bölgələrinin elementləri fəal iştirak edir. Misal üçün Qazax və ya Qarabağ xalçaları fəal şəkildə özünü Daşkənd xalçalarının bədii həllində göstətir. Ümumiyyətlə, Göyçə xalçaçılıq məktəbi özünün üstün cəhətləri ilə seçilir. Burada qədim türk inanclarının əyani şəkildə ifadəsi cəsarətlə verilir. Azərbaycanın müxtəlif bölgələrində toxunan xalçalarda istifadə olunan elementlər burada da fəal istifadə olunub. İstər keçidlər, istər həndəsi quruluş, istər rəng kompozisiya həlli bizim inanclarımızın ifadəsidir. Bu xaçalarda bizim əsl keçmişimiz yatır. Türklüyümüz, türk milliyətçiliyimiz, mahiyyətimiz, bizim sülhməramlı, qurucu olmağımız bu mənzərədə açıq görünür. Buradakı elementlərdə təbiət hadisələrinə bağlılığımız, təbiət hadisələrinin mifoloji, mistik, real təqdimatı öz əksini tapıb. Bu xalçalarda rənglərin simfoniyasını, təbiətin stilizə olunmuş formada təqdimatını görürük. Mifoloji elementlərin real həyatla uyğunluğu və inanclarımızın -göy, ağac, daş, torpaq, od inancları bütövlükdə bu xalçalarda öz əksini tapır. Xalça həm də böyük mistikanın, böyük bir mifoloji dünyanın daşıyıcısıdır”.

Sonda diqqətə çatdırılır ki, bu gün 70 il ötür o köçürülmənin, yeni Daşkəndin salınmasının, deportasiyanın amansız  tarixinin 70 ilidir: “Bu illər ərzində, əlbəttə,  insanlar  bu təbiətə dözmədi və  bu şəraitə dözməyən insanlar dünyasını dəyişdi. Amma bu Daşkənddə Göyçənin Daşkəndinin adət-ənənələri yaşayır. Daşkəndlilər əsasən Bərdə rayonunun yeni Daşkəndində məskunlaşıblar. Əlbəttə, Azərbaycanın müxtəlif bölgələrinə, hətta dünyanın müxtəlif bölgələrinə səpələnən daşkəndlilərin hər birinin içində vətənə qayıtmaq, Göyçədəki Daşkəndə qayıtmaq eşqi var. Bu eşq, bu ruh həm də milli kimlik, yurda bağlılıq, vətənə bağlılıq məsələsidir. Göyçə həsrəti, Basarkeçər, Daşkənd həsrəti hər bir daşkəndlinin ürəyində var. Yeni Daşkəndin əsasının qoyulmasının 70 illiyi ilə bağlı tədbirdə də biz bunun şahidi olduq. Bütün bu istəklər, arzular yeni toxunan xalçalarda da öz əksini tapır. Bu ənənə davam edir, nənələr öz nəvələrinə, tələbələrinə ötürürlər bu məlumatları. Bu məlumatların hər birində məhz Göyçə xalça məktəbinin və ayrılıqda götürsək, elə Daşkənd xalçalarının içində olan bizim inanclarımız, ümidlərimiz və arzularımız əks olunur. Bundan sonra toxunan xalçaların hər birində həmdə bir qayıdış istəyi olacaq və bu qayıdış istəyi xalçaçılıqda bir naxış yaradacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 13-də saat 19:30-da Baku Tv-nin efirində və iyunun 14-də saat 14:30-da Youtube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO