Dünya 14.07.2023 10:00

Normallaşması prosesinin danışıqlardan keçdiyi aksiomdur – TƏHLİL

Bütün müharibə və münaqişələrə ara verildikdə danışıqlar davam edir. Odur ki, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması prosesinin danışıqlardan keçdiyi aksiomdur. Son illər, xüsusən, 44 günlük müharibədən sonra iki ölkə arasındakı danışıqlar intesviləşməklə yanaşı, daha da konkretləşib. Ən əsas amillərdən biri rəsmi Bakı və İrəvan arasında ikitərəfli görüşlərin keçirilməsidir.

Azərbaycan regionda təhlükəsizlik və əməkdaşlıq üçün başlıca şərtlərdən biri kimi iki ölkə arasında sülh müqaviləsinin bağlanmasını görür və görüşlərdə bunu dəfələrlə vurğulayır. Azərbaycan tərəfi bu istiqamətdə qarşı tərəfə və beynəlxalq ictimaiyyətə 5 maddəlik təkliflər paketi təqdim edib.

Bu gün Prezident İlham Əliyevlə ABŞ-nin dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Dövlət başçısı Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev A.Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edərək yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan da bu barədə açıqlama verərək, görüşdə iştirak edəcəyini təsdiqləyib.

Prezident telefon danışığı zamanı Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilən silahlı təxribat və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini ABŞ dövlət katibinin diqqətinə çatdırıb.

A.Blinken rəsmi Vaşinqtonun Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib.

Yeri gəlmişkən, bu il mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olub. Həmçinin, 2023-cü il iyunun 27-29-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.

Heç şübhəsiz, normallaşma və sülh müqaviləsinin imzalanması sərhədlərin delimitasiya və demarkasiyasından, müəyyənləşməsindən sonra mümkündür.

İyulun 12-də Azərbaycan və Ermənistan arasında sərhədyanı bölgədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və ermənistanlı Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın dördüncü görüşü olub.

Tərəflər Azərbaycan və Ermənistan liderləri səviyyəsində müxtəlif formatlarda əldə edilmiş razılaşmaları nəzərə alaraq delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Bütün bu danışıqlar, görüşlər müsbət qarşılanır. Ermənistan tərəfi də xoşməramlı açıqlamalar verir. Ancaq sərhədyanı bölgədə və Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan Ordusunun mövqelərinə atəş açması davam edir. Yaxud Azərbaycan ərazisindəki bu qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri ordunun mövqeləri qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərirlər.

İyulun 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb.

Şahin Mustafayevlə Mher Qriqoryan arasında görüş olan gündə belə Ermənistan tərəfdən atəş açılıb.

Bu, Ermənistan hakimiyyətinin normallaşma və sülh prosesinə qarşı təxribatı da sayıla bilər. Rəsmi İrəvan sözdə bu prosesi alqışlasa da, əməldə bunun əksini edir. Ermənistan ərazisində yerləşən Avropa İttifaqı mülki müşahidə missiyası da erməni silahlılarının sərhədyanı bölgədə törətdiyi pozuntulara göz yumur.

Bununla belə, rəsmi Bakı, beynəlxalq vasitəçi statusunda çıxış edənlər İrəvanla görüşlərdən imtina etmir. Qırmızı Xaçın yardımı ilə qaçaqmalçılıq, sülhməramlıların müşayiəti ilə Qarabağda olan erməni terrorçularına hərbi texnikanın daşınması, sərhədyanı bölgədə atəşin açılması, bölgədə Ermənistan hərbçilərinin qalması və qanunsuz silahlı dəstələrin fəaliyyəti, rəsmi İrəvanın fəaliyyətində ikiüzlülük, revanşist qüvvələrin və müxalifətin fəaliyyəti sərhədlərin müəyyənləşməsinə, normallaşma prosesinə və sülh müqaviləsinin imzalanmasına maneədir. Yaranmış vəziyyət isə beynəlxalq vasitəçi rolunda çıxış edənlərin bu istiqamətdə səylərinə zərbə vurur.

XƏBƏR LENTİ
Dünya, Təhlil / 14.07.2023 10:00
Normallaşması prosesinin danışıqlardan keçdiyi aksiomdur – TƏHLİL
Gündəm, Siyasi / 13.07.2023 19:41
Rəsmi Bakının ermənilərə etibarlı təhlükəsizlik təminatı – ANALİTİKA - FOTO - VİDEO
Dünya, Təhlil / 13.07.2023 14:12
NATO sammiti – İsveçdən vəd, Türkiyədən razılıq – TƏHLİL
Gündəm, Siyasi / 13.07.2023 13:51
“Qarabağ erməniləri Azərbaycan vətəndaşı olacaqlarmı? – ANONS
Dünya, Mətbuat, Video müsahibə / 12.07.2023 19:35
Ermənilər Qırxbulaq mahalına necə yerləşdirilib? - FOTO - VİDEO
Hadisə / 12.07.2023 13:45
Qırxbulaq mahalı – xəyanətin qurbanı – ANONS
Mədəni / 11.07.2023 20:05
Saral xalçasının mistik izahı, gizlədilmiş kodlar - FOTO - VİDEO
Dünya, Təhlil / 11.07.2023 10:09
Ermənilərin bütün hüquqlarının təmini Azərbaycandan keçir – TƏHLİL
Müsahibə, Video müsahibə / 10.07.2023 20:03
“Nüvədililər də öz döğma kəndinə qayıdacaqlar” - FOTO - VİDEO
Təhlil / 10.07.2023 10:02
Rəsmi İrəvana etimadın yaranmasını əngəlləyən ölkə – TƏHLİL
Dünya / 07.07.2023 19:53
“Mən öz torpağımın vətəndaşıyam”- Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Hadisə / 07.07.2023 14:19
Parisdə yaşayan Qərbi azərbaycanlı: “Güllübulağa qayıdacağıq” – ANONS
Dünya, Siyasi, Təhlil, Video müsahibə / 06.07.2023 19:36
Ermənistanı və erməniləri həqiqətə boyun əydirəcək plan - FOTO - VİDEO
Dünya, Siyasi / 06.07.2023 15:06
Ermənistanın barışıq çağırışlarına cavab verməməsinin sirri – ANONS
İdman / 06.07.2023 12:44
Azərbaycanlı futbolçu Orxan Fərəcov Polşada klubunu dəyişib - FOTO
Siyasi, Video müsahibə / 05.07.2023 19:41
Erməniləşdirilən Karbibasarda “yerləşdirmə əməliyyatı” - FOTO - VİDEO
Siyasi / 05.07.2023 14:53
Ermənilər Karbibasar mahalını necə parçaladılar? – ANONS - VİDEO
Mədəni, Video müsahibə / 04.07.2023 20:03
Vedibasar xalçasının digər xalçalardan fərqi - VİDEO
Sosial / 03.07.2023 20:03
Ermənistan 700 milyard dollar həcmində təzminat ödəməlidir - FOTO - VİDEO
Dünya, Təhlil / 03.07.2023 15:22
“Fransa xalqı yenidən kef edəcəkmi?” – TƏHLİL
Mətbuat / 01.07.2023 11:17
Oxu.az xəbər saytı 10 illiyini qeyd edir - FOTO - VİDEO
Gündəm / 01.07.2023 06:57
Erməniləşən Makron – iflasa uğrayan Cənubi Qafqaz siyasəti – TƏHLİL
Maraqlı, Sosial, Video müsahibə / 30.06.2023 20:00
Bazarda torba satan kor erməni pulu daşnaklara verirdi - FOTO - VİDEO
Hadisə / 30.06.2023 14:38
Saralda erməni qətliamı – Azərbaycanlı poçtalyonun dramı – ANONS
Gündəm / 28.06.2023 06:03
Azərbaycanda Qurban bayramıdır
Sosial / 27.06.2023 19:51
Şəhid anasının Vətən acısı - VİDEO