Mədəni 23.07.2023 11:04

Həmişə zirvələrdə ol Vətən oğlu

XX əsrin sonlarında cəmiyyətdə modernləşmə yönündə çıxmağa başlayan Vətənpərvərlik ənənəsi tarixi bir yol keçib. Vətənpərvərlik ən məşhur mənası ilə Vətənini sevmək və Vətən üçün hər cür fədakarlığa hazır olmaq hissidir .
Bu gün Vətənpərvərlik hisslərini söz ilə ifadə ediləcək qədər gənc nəslə aşılayan, Qərbi Azərbaycanımıza qayıdış uğrunda dönməz mübariz, Turançı, Göyçə mahalının Ardanış kəndi haqqında çıxan eyni adlı kitabın həmmüəllifi, Ardanış Xeyriyyə Cəmiyyətinin sədri, Göyçə mahalının Ardanış kəndi saytının yaradıcısı Əli Hüseyn oğlu Vəliyevin 60 yaşı tamam olur.
Əli Hüseyn oğlu Vəliyev 23 iyul 1963 – cü ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. 1971-1981-ci illərdə Ardanış kənd orta məktəbində təhsil alıb. 1982-1987-ci illərdə Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitunda ali təhsil alaraq, bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirib. Təyinatla 1987-ci ildə Zərdab rayonuna göndərilib və 1990-cı ilədək burada müəllim işləyib. 1990-cı ildən Bakı şəhəri Binəqədi rayonu (keçmiş Kirov) Dövlət Sığorta Agentliyində sığorta agenti vəzifəsində işləyib.
1993-cü ildən başlayaraq 2002-ci ilədək “Qayğı” Səhmdar Sığorta Cəmiyyətinin direktoru, 2002-2005-ci illərdə isə  “Abşeron” Səhmdar Sığorta Şirkətinin Baş direktoru vəzifəsində işləyib. Mühasibat uçotu üzrə ikinci təhsil aldıqdan sonra Bakı şəhərindəki müxtəlif idarə və təşkilatlarda baş mühasib vəzifəsində çalışıb. “Fidan Sığorta” Açıq Səhmdar Cəmiyyətində İdarə Heyətinin üzvü və baş sığorta mütəxəssisi kimi çalışıb. Əli Vəliyev bu gün də sığorta sahəsində işini davam etdirir.
Qərbi Azərbaycan tarixinin tətqiqi istiqamətində müəyyən uğurlara nail olan, vətənpərvər ziyalı, istedadlı tədqiqatçı Əli Vəliyevin doğum gününü təbrik edir, ona möhkəm cansağlığı, gərgin, yorulmaz axtarışlarının dəyərli yekununu arzulayırıq.
Həmişə zirvələrdə ol Vətən oğlu!
Qoşqar Vəli 

XƏBƏR LENTİ
Mədəni / 23.07.2023 11:04
Həmişə zirvələrdə ol Vətən oğlu
Maraqlı, Video müsahibə / 22.07.2023 19:52
Qisas almaq üçün 72 nəfəri qətlə yetirdilər - FOTO - VİDEO
Gündəm, Mətbuat / 22.07.2023 09:23
Azərbaycanda Milli Mətbuat Günüdür
Hadisə, Maraqlı / 21.07.2023 20:17
“16 yaşında Vətəni məcburiyyət qarşısında tərk etmişəm” - FOTO - VİDEO
Hadisə / 21.07.2023 12:47
İlhami Hüseynovun “Həyat Hekayəsi” Qərbi Azərbaycan Xronikasında – ANONS
Dünya, Təhlil / 20.07.2023 19:35
“Qayıdış İrəvandan, yoxsa Moskvadan asılıdır? - FOTO - VİDEO
Mədəni / 20.07.2023 17:16
Publisist Araz Yaquboğlu AJB və AAB-a üzv qəbul edilib - FOTO
Dünya, Siyasi / 20.07.2023 12:58
Qərbi azərbaycanlıların Vətənə dönüş ümidi – ANONS
Dünya / 19.07.2023 19:42
Adı 4 dəfə dəyişdirilib 4 rayona bölüşdürülən Loru mahalı - FOTO - VİDEO
Hadisə, Maraqlı / 19.07.2023 13:05
Loru mahalı necə erməniləşdirildi? – ANONS
Mədəni / 18.07.2023 19:49
“Göyçə xalçaçılığında “Çələbi” izi” - VİDEO
Hadisə / 17.07.2023 20:02
“Ermənilər 1918-ci ildə babama 8 güllə vurublar…” - FOTO - VİDEO
Maraqlı, Mədəni / 15.07.2023 20:20
Erməniləri 70 il qorxuda saxlayan Qursalı müəmması - VİDEO
Maraqlı, Səhiyyə, Video müsahibə / 14.07.2023 19:51
“Erməni azərbaycanlı tələbə həkimi əməliyyat zamanı qəsdən öldürdü” - FOTO - VİDEO
Səhiyyə / 14.07.2023 13:13
Göyçə həsrəti ilə yaşayan Şəmsi Abdullayevin həyat hekayəsi – ANONS
Dünya, Təhlil / 14.07.2023 10:00
Normallaşması prosesinin danışıqlardan keçdiyi aksiomdur – TƏHLİL
Gündəm, Siyasi / 13.07.2023 19:41
Rəsmi Bakının ermənilərə etibarlı təhlükəsizlik təminatı – ANALİTİKA - FOTO - VİDEO
Dünya, Təhlil / 13.07.2023 14:12
NATO sammiti – İsveçdən vəd, Türkiyədən razılıq – TƏHLİL
Gündəm, Siyasi / 13.07.2023 13:51
“Qarabağ erməniləri Azərbaycan vətəndaşı olacaqlarmı? – ANONS
Dünya, Mətbuat, Video müsahibə / 12.07.2023 19:35
Ermənilər Qırxbulaq mahalına necə yerləşdirilib? - FOTO - VİDEO
Hadisə / 12.07.2023 13:45
Qırxbulaq mahalı – xəyanətin qurbanı – ANONS
Mədəni / 11.07.2023 20:05
Saral xalçasının mistik izahı, gizlədilmiş kodlar - FOTO - VİDEO
Dünya, Təhlil / 11.07.2023 10:09
Ermənilərin bütün hüquqlarının təmini Azərbaycandan keçir – TƏHLİL
Müsahibə, Video müsahibə / 10.07.2023 20:03
“Nüvədililər də öz döğma kəndinə qayıdacaqlar” - FOTO - VİDEO
Təhlil / 10.07.2023 10:02
Rəsmi İrəvana etimadın yaranmasını əngəlləyən ölkə – TƏHLİL
Dünya / 07.07.2023 19:53
“Mən öz torpağımın vətəndaşıyam”- Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO