Dünya 27.07.2023 19:38

Qərbi azərbaycanlıların və yəhudilərin oxşar taleyi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Paşinyanın anti-Azərbaycan təbliğatı və yeni havadar axtarışı” adlı süjetdə Qərbi azərbaycanlıların son 100 ildə erməni faşizmindən gördükləri zülmün dunya tarixində törədilmiş çox nadir vəhşiliklərdən olduğu vurğulanır.

Bildirilir ki, Ermənistanın siyasi, ictimai xadimləri hesab olunanlar və havadarları ermənilərin yeni məzlum obrazını yaratmaq üçün yalan danışmaqdan yorulmurlar: “44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ iqtisadi rayonunda və Ermənistanla sərhədyanı sayılan ərazilərdə baş verən hadisələri onların təhrif etməsi buna nümunədir. Nikol Paşinyan özünü Azərbaycanla münasibətlərin normallaşmasına meylli kimi göstərsə də, beynəlxalq səviyyəli tədbirlər və görüşlərdə Azərbaycana qarşı çıxışlar edir, anti-Azərbaycan təbliğatı aparır”.

Qeyd olunur ki, ermənilər 35 il öncə havadarlarının yardımı ilə ölkədən, dədə-baba yurdlarından qovduqları 250 mindən çox qərbi azərbaycanlının insan haqqını unutmağa və ya unutdurmağa çalışır, indi isə Ermənistan hakimiyyəti və havadarlarının müxtəlif tədbirlərdə Azərbaycanın guya erməniləri blokadada saxladıqları ilə bağlı yalan məlumat verirlər.

Həmçinin vurğulanır ki, son 120 ildə yüzminlərlə əhalinin Qərbi Azərbaycandan qovulması yaddan çıxmayacaq real hadisədir və bu faciə miqyasına və faşistlərin yəhudilərin başına açdıqları müsibətə görə yalnız halakostla müqayisə edilə bilər.

Süjetdə Qərbi azərbaycanlıların qovulması prosesi bu əsaslarla izah edilir: “Milli və dini mənsubiyyətə görə sıxışdırılması, gözdən salınması, bu istiqamətdə havadarlarla birgə fəaliyyət göstərilməsi, Qərbi azərbaycanlıların dövlət qurumlarında işləməsinə yolverilməməsi və bunun qarşısının alınması, Azərbaycan türklərinnin ölkənin mədəni, sosial və siyasi həyatında fəaliyyətdən kənar saxlanılması, Azərbaycanlıların milli-mədəni varlığını əks etdirən bütün kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi, Oğuz türklərinin dini-tarixi və mədəni abidələrlə əlaqəsinin maksimum azaldılması və s”.

Sonda Rusiyanın vassalı olan ermənilərin Qərbi azərbaycanlılara qarşı   tətbiq etdikləri pisliklər və faşist əməlləri nəticəsində azərbaycanlıların  indiki Ermənistandan çıxarılaraq, zor gücü ilə vətəndaşlıqdan məhrum edildiyi göstərilir: “Onların Qərbi azərbaycanlılara qarşı faşizmi Xocalı, Ağdaban və Azərbaycanın başqa bölgələrindəki soyqırımılarla davam etdi. Ancaq dünya zaman keçdikcə ermənilərin türklərə, müsəlmanlara qarşı faşist düşüncə və davranışının mahiyyətini, erməni yalanlarını dərk edir. Odur ki, faşist Almaniyası vaxtilə cəzalndığı kimi, faşist Ermənistanının da cəzalandırılacağı gün gələcək, Qərbi azərbaycanlılar öz yurdlarına qayıdıb vətəndaşlıqlarını bərpa edəcəklər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet iyulun 27-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 31.07.2023 20:05
Ermənistan hökumətinin toponim cinayətləri - FOTO - VİDEO
Təhlil / 31.07.2023 16:48
Rəsmi İrəvan və havadarlarının saxta ittihamı – TƏHLİL
Hadisə, Maraqlı, Video müsahibə / 29.07.2023 21:47
1987-ci ildə yazılmış ərizə nədən xəbər verir? - VİDEO
Hadisə, Maraqlı / 28.07.2023 20:07
“Dəmirçiyanın sifarişi ilə bibim oğluna iynə vurub öldürdülər” - FOTO - VİDEO
Hadisə / 28.07.2023 14:19
“Babam 1905-ci ildə daşnakların təqibi ilə qətlə yetirildi”- ANONS
Dünya, Siyasi / 27.07.2023 19:38
Qərbi azərbaycanlıların və yəhudilərin oxşar taleyi - FOTO - VİDEO
Dünya, Siyasi / 27.07.2023 14:14
Paşinyan Qərbi azərbaycanlılardan niyə qorxur? – ANONS - VİDEO
Dünya, Siyasi / 26.07.2023 19:37
Rusiyaya qarşı üsyan qaldıran Pəmbək türkləri - FOTO - VİDEO
Dünya, Təhlil / 26.07.2023 17:40
Moskvanın Brüssel həmləsi – Rusiya sülh tərəfdarıdırmı? – TƏHLİL
Siyasi / 26.07.2023 14:51
Çarın itaətini qəbul etməyən Pəmbək mahalı – ANONS
Hadisə, Mətbuat / 25.07.2023 20:00
Baş redaktorun intihar kimi təqdim olunan müəmmalı qətli - FOTO - VİDEO
Mədəni / 25.07.2023 16:16
Daim axtarışda olan yaradıcı insan – Araz Yaquboğlu 50 - FOTO
Dünya, Təhlil / 25.07.2023 11:29
İrəvanda səslənən ittihamlar – Rusiyada yeni inqilaba eyham – TƏHLİL
Hadisə / 25.07.2023 11:18
Qərbi Azərbaycan Xronikası – 42 il gizli qalan mətləblər – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 24.07.2023 20:03
“Ailəmin məruz qaldığı deportasiyanı mənən yaşayıram” - FOTO - VİDEO
Mədəni / 24.07.2023 13:02
Şahin Əliyev “Hacı Zeynalabdin Tağıyev” medalı ilə təltif olunub - FOTO
Mədəni / 23.07.2023 11:04
Həmişə zirvələrdə ol Vətən oğlu
Maraqlı, Video müsahibə / 22.07.2023 19:52
Qisas almaq üçün 72 nəfəri qətlə yetirdilər - FOTO - VİDEO
Gündəm, Mətbuat / 22.07.2023 09:23
Azərbaycanda Milli Mətbuat Günüdür
Hadisə, Maraqlı / 21.07.2023 20:17
“16 yaşında Vətəni məcburiyyət qarşısında tərk etmişəm” - FOTO - VİDEO
Hadisə / 21.07.2023 12:47
İlhami Hüseynovun “Həyat Hekayəsi” Qərbi Azərbaycan Xronikasında – ANONS
Dünya, Təhlil / 20.07.2023 19:35
“Qayıdış İrəvandan, yoxsa Moskvadan asılıdır? - FOTO - VİDEO
Mədəni / 20.07.2023 17:16
Publisist Araz Yaquboğlu AJB və AAB-a üzv qəbul edilib - FOTO
Dünya, Siyasi / 20.07.2023 12:58
Qərbi azərbaycanlıların Vətənə dönüş ümidi – ANONS
Dünya / 19.07.2023 19:42
Adı 4 dəfə dəyişdirilib 4 rayona bölüşdürülən Loru mahalı - FOTO - VİDEO
Hadisə, Maraqlı / 19.07.2023 13:05
Loru mahalı necə erməniləşdirildi? – ANONS