Mədəni 08.08.2023 10:05

ASKEF-in Balkan turu – 3-cü yazı - FOTO

Avroasiya Sanat Kultur Edebiyyat ve Bilim Federasyonu (ASKEF) bu il iyulun 14-dən 24-dək Balkan turu təşkil edib.

Turun iştirakçısı Əli Vəliyev və Vüqar Abduyev səfərlə bağlı 3-cü  yazını Rakus.az-a təqdim edib:

SERBİYA – Avtobusumuz saat 13-00-da Bolqarıstandan Serbiyaya çıxış gömrüyünə çatsa da, burada yoğun quyruqdan dolayı saatlarca gözləməli olduq. Onu da deyək ki, quyruqda dayanan avtobus, TIR və minik maşınlarının 80%-i Türk maşınları idi. Hətta söhbətlərdə bunun qəsdən edildiyi də danışılırdı.3 saat gözlədikdən sonra nəhayət Serbiya gömrüyünün ərazisinə keçdik. Serbiya gömrüyində avtobusu cərimə edəcəklər deyə əlavə 50 dəqiqə də saxladılar. Saat artıq 18-00 olurdu və biz yorğun-arğın gözləməkdə davam edirdik.

Gömrük sərhəddini keçdikdən sonra bir az da irəliləyib avtobus yolayrıcında  saxladı. Burada xeyli vaxt bələdçimiz Sedat bəyi gözlədik. Vüqar müəllim da fürsəti fövtə vermədi və yaxınlıqdakı ağaclardan alça, qoz və s. meyvələr topladı. Nəhayət Niş şəhərindən o da gəlib çıxdı və bizə qoşuldu. Onun müşayəti ilə yolumuza davam etdik.

Axşam hava qaralmamış Serbiyanın paytaxtı Belqrada yetişdik. Şəhərə daxil olanda şəhər ilk baxışdan bizə tipik sovet dönəminin şəhərini xatırlatdı. Trolleybusları görəndə Sumqayıta oxşar bir şəhər olduğunu zənn etdik. Lakin səhərisi gün zənnimizin bizi aldatdığını, Balkanların Qapısı adlanan Belqradın gözəl bir şəhər olduğunu gördük. Burda yerli saat Bakı ilə müqayisədə 2 saat geri idi. Yerli vaxtla saat 21-00-da şəhərin mərkəzinə gəldik. Burada polis kardonu bizi saxladı. Məlumat aldıq ki, maskalanmış şəxslər mitinq etdiyindən yolları bağlayıblar. Bir saat ərzində şəhərin mərkəzində çıxış üçün 3 dəfə dolandıq. Nəhayətində mehmanxanaya gedən yolu naviqasiya vasitəsi ilə müəyyən etsək də, bu dəfə də tıxaca düşdük, nə isə yeni günə qədəm basarkən gecələyəcəyimiz “Tripadvisor” mehmanxanaya çatdıq. Gecə vaxtı tez-tələsik axşam yeməyi yeyib, açarları alıb otaqlarımıza çəkildik.

Mehmanxanadakı səhər yeməyindən sonra şəhərə gəzintiyə çıxdıq. Bu zaman da bir xeyli gecikdik. Buna səbəb dünənki səyahətimizin  çox yorucu olması,  hələ hamının tam özünə gələ bilməməsi idi. Gülməli hal yaranmışdı, hətta bəziləri özlərini unudub müəyyən əşyalarını belə oteldə qoymuşdular.

Bir daha xatırladaq ki, Balkan turumuz ASKEF-in (Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu), onun yaradıçısı və başqanı Savaş bəy Ünalın təşəbbüsü ilə  həyata keçirilirdi. Səfərimizin bir qayəsi də Balkanlarda dərin iz buraxmış Türk mədəniyyətini keçdiyimiz yerlərdə gözlərimiz ilə görüb öyrənmək idi. Ona görə də, Balkanların hər yerində  əcdadlarımızın imzalarını axtarırdıq. 1459-1878-ci illərdə Osmanlı İmperatorluğunun hakimiyyəti altında olduğundan Serbiyada da islam həyat tərzini də mənimsəmişdilər. Serb nüfuzunun bir qismi islamiyyəti belə qəbul etmişdir. Ona görə Türk ətkisini şəhər və kənd yapısında, yeyəcək-içəcəklərdə, geyim, dil və ədəbiyyatda görmək mümkün idi. Demək olar ki, Serbiyadakı həyatın çeşidli alanlarında Türk damğasını görə bilirdik. Biz Belqradın bugünkü yer adlarında buna rast gəldik. Məsələn: Ada-Çingənə adası, Dorcol-dörd yol, Taşmaydan –daş meydanı, Konak-Prens Miloşun qonağı, Cami, Mescid və s. demək olar ki. Türklərin gətirdiyi yiyəcək və içəcək çeşitləri Serb mətbəxinin təməlini təşkil edir. Sarma (dolama), bibər dolması, plov, börək (xəmir), paxlava, bəhməz, şərbət, qəhvə, reçel (mürəbbə) burda çox sevilir. Evlərdə Türklərə xas sandıqdan, kilimdən və səccadələrdən istifadə edilir. Keçmişdən səkkiz mindən çox Türk sözü Serb dilinə keçmişdir. Günümüzdə burada həyatın bütün sahələrində Türk sözlərinə rast gəlmək mümkündür. Bunlar serbcə də eyni məna verirlər: yastıq, yorğan, qaşıq, corab, boya, para, çardaq, kapı, qüllə, uğursuz və s, və s. kimi sözlər.

Amma bunlarla yanaşı bir şeyi heç zaman unutmaq lazım deyildir ki, 1807-ci ildə Belqrad şəhəri Osmanlıların əlindən alındığında üsyançılar şəhərdə yaşayan bütün Türkləri qətl etmiş, ən gözəl qadın və qızları  isə seçərək özlərinə hərəm etmişdirlər. Bəzilərini isə hədiyyə edərək qulluqçuları ilə evləndirmişdirlər.

Seblərin indi də millətçilik hirsləri, çatışmalar, zorbalıqları qalmaqdadır. Kosovo albanları və serblər üçün hələ də münaqişə həll edilməyib. Görünür ki, 1999-cu ildə NATO qüvvələrinin Serbiyanı bombalamasını tez unudublar.

Nə isə… Biz vaxtımızı əsasən Dunay çayının sahilində, Dunay çayı ilə Sava çayının birləşdiyi ərazidə keçirdik. Bir az da şəhərin bəzi yerlərində olduq. Biz serblərin 1-ci və 2-ci dünya müharbələri zamanı istifadə olunan ağır silahlarından təşkil olunmuş açıq muzeyini də gəzdik.Bu muzey olduqca maraqlı idi.

Serbiyanın pul vahidi dinar adlanırdı. Serblər ancaq dinarla bizim alış-veriş etməmizi istəyirdilər. Avro işlənsə də avro ilə alver etmək istəmirdilər. Avro ilə hər şeyi çox baha satırdılar. Adi tualet xidməti belə bir avro idi. Bizim bir manat hardasa 62-63 dinar təşkil edirdi. O üzdən burda alış-veriş etməyə dəymirdi. Amma şəhərin olduğumuz görkəmli yerlərində gəzi yoldaşlarımız “ Mən burda olmuşam”-deyəcəklərini təstiqləmək üçün  tez-tələsik selfi və şəkil də çəkə bildilər.

Vaxt darlığından Osmanlı dönəmində təmir edilərək gücləndirilmiş Belqrad qalasını, Belqrad Bayraqlı Camini görə bilmədik. Həm də buna gəzi yoldaşlarımızın bəzilərinin dəstədən ayrılıb yad şəhərdə geri qalmaları da nədən oldu. Elə Belqrad şəhərində də vaxtımızın bir saatı Gülyanaz xanım və Nailə xanımın axtarışına getdi. Sağ olsun Vüqar müəllimi, onların axırıncı olaraq hansı mağazaya girdilkərini gördüyündən gedib tapıb gətirə bildi. Xeyli sevindik ki, deyəsən bir az tez gedə biləcəyik. Beləliklə, 16 iyulun saat 13-00 radələrində Bosniya-Herseqovinaya getmək üçün yola rəvan ola bildik.

Bir daha əmin olduq ki, Türk(Osmanlı) mirası bizim ən qalıcı mirasımızdır. Balkan türk sözü olub “dağ” mənasını verir. Balkanlarda ən dərin izlər buraxan, şübhəsiz ki, Türk (Osmanlı)  mədəniyyətidir (sivilizasiyasıdır). Ona görə də bölgənin “Türk (Osmanlı) Balkanı” olduğunu söyləyə bilərik. Balkanları Balkan edən hələ də mövcud olan Türk (Osmanlı) izləridir. Balkan bu düşüncələrsiz düşünülə bilməz. Yazımızın məqsədi də bir neçə nümunəyə və gördüklərimizə əsaslanaraq bu gerçəkliyi Sizlərə yaxından izah etmək və işıqlandırmaq idi.

Əli Vəliyev, Vüqar Abduyev

XƏBƏR LENTİ
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO
Siyasi, Sosial / 21.11.2025 23:38
“Yerli ermənilər bizə deyirdilər ki, Gorus, Qafan erməniləri qorxuludur” - FOTO - VİDEO
Sosial / 21.11.2025 14:22
Meğriyə qovuşub torpağımı öpəcəm – Elmira Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 20.11.2025 23:26
“Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır” - VİDEO
Siyasi / 20.11.2025 14:22
Ermənistan iki hissəyə bölünəcək – ANONS - VİDEO