Mədəni 02.09.2023 19:42

Nərimanlıda toy günü gəlini niyə suya salırdılar? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Nərimanlı kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, “Göyçəyə qayıdış üçün səfərbərlik istəyi” adlı verilişdə Nərimanlı kəndinin tarixi, etnoqrafiyası, mədəniyyəti, xalçaçılığı, mətbəxi, toyları, aşıq sənəti, bayram ənənələri, kənd təsərrüfatı və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, Nərimanlı kəndinin adı yarandığı ilk gündən XIV əsrin axırı  XV əsrin əvvələrindən 1988-ci ilin dekabrına qədər dəfələrlə dəyişdirilərək Hüseynquluağalı, Çuxurlu, Çamırlı, və Ortakənd olub. Kəndin sonuncu adı Nərimanlı isə böyük partiya və dövlət xadimi olan Nəriman Nərimanovun adı ilə bağlıdır. 1991-ci ildən isə ermənilər bu adı dəyişdirilib Şatvan qoyublar.

Qeyd olunub ki, relyefi tam düzənlik olan kəndin ərazisi 40 hektar sahədə yerləşib və 3500 hektar torpaq sahəsi olub. Ondan 1750 hektarı yaylaq, 150 hektarı əkənək, 1600 hektarı isə otaraq sahələridir. Kəndin ərazisində adları türk toponimlərindən ibarət çox gəzməli və mənzərəli yerlər var. Onlardan Ağ çay, Qara çay, Qaraqoyunlu çay, Bağda çay və kəndin yaxınlığındakı Sünnü dərənin bulağı, Yellinin bulağı, Qıvla bulaq, Sarının bulağı, Dar dərənin bulağı, Telişin bulağı, Südlü bulaqlarını göstərmək olar. Kəndin 1920-ci ilə qədər 7 su ilə işləyən un dəyirmanı olub.

Ümumiyyətlə, Nərimanlı kənd əhalisi 1905–1907, 1918–1920, 1948–1953-cü illərdə doğma yurdlarından çıxarılaraq 3 dəfə qaçqın düşüb. 1988–1991-ci illərdəki dördüncü qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılaraq Daşkəsən, Gəncə, Şəmkir, Xanlar (Göygöl), Bakı, Sumqayıt, Mingəçevir, Samux və başqa yerlərdə məskunlaşıb. Əhali bu günə qədər həmin yerlərdə yaşayır. Qaçqınlıq vaxtı kəndin 450–500 evi, 2500–3000 nəfərə yaxın əhalisi olub.

Verilişdə Nərimanlıda olan qoç daşları, Alban məzarlığı, kəndin memarlıq və tikinti mədəniyyətinə, eləcə də toy günü gəlinin suya salınması kimi maraqlı məlumatlar verilir.

Vurğulanıb ki, Nərrimanlı kəndi bu gün də milli adət-ənənələrini, yaşam tərzini qoruyub saxlayır və hər bir sakin Vətənə qayıdış istəyi ilə yaşayır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 2-də saat 19:30-da “Baku TV”nin efirində və yutub kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO