Hadisə 15.09.2023 19:54

“Harada pul varsa, ora erməni üçün vətəndir”y - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Ermənilər təbiət insanı deyillər, onlar təbiətin düşmənidilər”adlı veriliş Qərbi Azərbaycanın Zəngəzur mahalının, Qarakilsə (Sisyan) rayonu, Urud kənd sakini Gündüz Tahirovun həyat hekayəsinə həsr olunub.

O, doğulduğu, boya-başa çatdığı kəndin tarixindən, uşaqlıq, orta məktəb, gənclik illərindən danışıb: “Uşaq vaxtı bizim ən çox çiling-ağac, yeddi daş oynayırdıq, at sürərdik. Biz 7 uşaq olmuşuq. Atamın-anamın 7 uşağı olub.  Hamısı təhsilli olub. Mən evin son beşiyi olmuşam, sonuncu övlad olmuşam. Bizim kənddə erməni yox idi, tam türk kəndi idi.  Bizim kənd 1914-1915-ci ildə Çar Rusiyası vaxtında bir dəfə qovulmuşdu. Bizim mahalda erməni qoşunları Darabas, Şam, İrmis, çox kəndləri yox etmişdilər, yer üzündən silmişdilər. O kəndlərin camaatı Uruda yığılmışdı. Urud qala kimi idi. Özü çökəkdə idi, hər tərəfdən dağlarla əhatə olunmuşdu. İşıqlı dağı, Palantökən, Pəriçınqılı, Üçtəpə, Hacallı yaylaqları, Əfşarlar, Yeni məhəllə, Alseyranlı məhəllələri,  Zor-Zor, Damcı bulağı, Yuxarı Kəhriz, Aşağı Kəhriz, Armudlu dərə var idi”.

G.Tahirov yuxuda ancaq kəndi gördüyünü deyib: “Çünki orada anadan olmuşam. O cür gözəl kənddən çıxmışıq. Erməni təbiət düşmənidir. Bizdə üç dənə bağı ermənilər qırıblar. Orada elə ağaclar var idi,  elə qədimi sort ağaclar var idi, indi o yoxdur. Bağları qırandan sonra bulaqlar çəkilib, quruyub”.

Onun sözlərinə görə, kənd cammatı 1905-1916-cı illərdə də qaçqın düşüb, Qubadlıya, Laçına, Füzuliyə qaçıb. Rayonun 165-dən çox kəndində insanlar Çar Rusiyası gələndən sonra Türkiyəyə köçürülüb: “1989-cu ildə rus ordusunun köməyi ilə azərbaycanlılar Uruddan  çıxarılıb, ermənilər insanları soyub, onları tövləyə doldurub yandırmaq istəyiblər. Lakin Şahbuz camaatının yardımı ilə azərbaycanlılar xilas oldular”.

İnsanın doğulduğu yerdən enerji aldığını vurğulayan Urud sakini doğma yurda qayıdacağına əminliyini söyləyib: “Anadan orada olmuşam. Babam, nəsil-nəcabətim orada anadan olub.  Ora mənim yurdumdu. Erməninin Vətəni yoxdur.  Onlar təbiət insanı deyillər, təbiətin düşmənidilər. Onlar çayı, bulaqları qurutdular. Dinc sakinləri – uşaq, cavan, qoca və cavanları qırıblar. Ora onların yurdu deyil. Hər yeri, qəbirləri dağıdıblar. Orada erməni ruhu yoxdu. Ora bizim türkün yurdudu. Orada bizim nəfəsimiz, ruhumuz gəzir. O yurdun hamısı bizə qayıdacaq. Hamısı bizim olacaq. İrəvan da, Zəngəzur da, Göyçə də bizim olacaq.  Mən buna sidq ürəklə inanıram. Bütün övladlara,  nəvələrə gecə-gündüz Urud haqqında danışırıq. Onlar  ora vurğundular.   Çünki ora cənnət yurdudur. Ora qayıdış olacaq, mən buna əminəm”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 15-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO