Mədəni 04.10.2023 14:06

Türk düşüncəsi elmi və bədii müstəvidə - FOTO

Professor Zakir Kaya türk milli düşüncəsinin​ və etno -kultoroloji fikrinin çox dəyərli araşdırmacılarından və görkəmli aydınlarındandır.

Ərsəyə gətirdiyi​ sanballı kitablar ulu türk tarixinə ayna tutur və milli ruhumuzun oyanışına vəsilə olur. Kitab da insan kimidir; səmimi, mehriban, söhbətcil, olanı da var, səmimiyyətdən, təvazökarlıqdan uzaq, süni ibarələrlə, yeknəsək fikirlərlə dolu olanı da…

Birinci qisim kitabı oxumaq, sanki yaxşı bir insanla yol-yoldaşı olmaq qədər maraqlıdır. Bu səmimi, kövrək yolçunun düşüncələri, könül rahatlığı ilə bir yanaşı, həm də cəmiyyət, vətən, dünya haqqında çox mətləblərdən xəbər verir, insana həyat enerjisi aşılayır.

Dünən Respublika Prezident Kitabxanasına təqdim etdiyim kitablar da birinci qism kitablardan idi. Tarixi və dini keçmişimizə​ dair​ araşdırma və milli düşüncə​ aydınlığı ilə diqqət cəkən​ Professor Dr.Zakir Kayanın​ «Ərəblərin türklərə zülmü» tarixi araşdırma səciyyəsi daşıyan kitabını, Sona Abbasəliqızının “Sözün xaqanı”, ” Ürəyin sevgi işığı”, istedadlı şair,böyük irfan mütəfəkkiri,haqq aşığı​ Dədə Ələsgər nəslinin davamçılarından olan Sima xanım Azadqızının​ «Qürbətdə parlayan qığılcım» poeziya tolusunu, kitablarını prezident kitabxanasına hədiyyə etdim.​
Ölkəmizin ən mötəbər bədii,elmi​ xəzinəlsi olan Püspublika kitabxanasina təqdim etdiyim kitabların​ ​ qısa​ səciyyəsini oxuculara çatdırmağı vacib bildim. Öncə türk düşüncəsinin elmi və dini müstəvidə dərin araşdırmaçılarından biri olan hörmətli professor​ Zakir Kayanın kitabından başlayıram.
​ ​ Zakir Kayanın kitabı tarixi və dini​ mənbələri istinad edən​ ​ müəllifin​ elmi və tarixi​ dünyagörüşünün səciyyəsini​ ​ maraqla ehtiva edir.Tarixi qaynaqlara əsaslanan professor tarixə əsaslanıb yazır: «Seyun və Ceyhun çayları arasında yerləşən ərazi tarixi ipək yolu üzərindədir və bu ərazidə türk bəylikləri,Buxara,Səmərqənd,Talkan,Baykənd və s. kimi iqtisadi cəhətdən inkişaf etmiş şəhərlər yerləşirdi.
Türkləri sözün əsl mənasında Qılınc gücü ilə müsəlmanlaşdırılmağa başlanması Kuteybə zamanında olmuşdur. ( Kuteybənin ordusunun bayrağında Allah öz dinini müqəddəs olması üçün sizə bu torpaxları halal etdi ! yazılmışdır )Bu mövzuda ​ mənbələr islam və Türk tarixində kifayət qədərdir.»
​ «Qürbətdə parlayan qığılcım» şeir kitabı öz poetik səciyyəsi ilə diqqətəlayiqdir.​ Müəllifi​ Sima Azadqızı Göyçəli 1974-cü ildə Ulu Göyçə mahalının Ağkilsə kəndində müəllim ailəsində dünyaya göz açıb..Sima xanim​ ​ 01.12.1988-ci ildə ata-baba yurdundan didərgin düşüb.

Gənc yaşlarından ədəbi-bədii yaradıcılığa maraq göstərən Sima Azadqizi Saz-Söz sənətinin ,irfan elminin böyük bilicilərindən olan​ Aşıq​ ​ ​ Ələsgərin​ kötücəsidir.r.

Onun poeziyasının əsas mövzusu vətənpərvərlik duyğularının poetik ehtivası, böyük Yaradana, İslam dininə dərin məhəbbətin təcəssümü, həmçinin ləyaqətli insan şəxsiyyətinin səmimi və obrazlı tərənnümü, bununla yanaşı, əzəmət və gözəlliyin, həssaslıq və qayğıkeşliyin təbliğidir.

Şairin əsərləri bədii sənətkarlıq, poetika baxımından nəzəri cəlb etməklə bərabər, həm də məxsusi yaradıcılıq fəaliyyətinin xüsusiyyətləri ilə də maraq doğurur. Səmimi ahəngdarlığı, rəvanlığı ilə seçilən,Aşıq Ələsgər babasının 200 illiyinə yazılan ilk şeirləri vətəndaşlıq möhürü ilə təsdiqlənərək, xalqın ruhunu oxşayan şair dəst-xəttini müəyyənləşdirir və geniş oxucu sevgisinin ünvanına çevrilir.

“Qürbətdə Parlayan Qığılcım” kitabına toplanmış poetik nümunələr yetkin şair düşüncəsinin sənət müstəvisində əyaniləşməsidir. Sima Azadqizinin​ şair kimi fərdi yaradıcılıq manerasını səciyyələndirən önəmli xüsusiyyət onun vətəndaşlıq qayəsinin səmimiyyəti və dolğunluğudur.

​ İstedadlı alim Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabı bədii-elmi sanbalı ilə secilən ələsgərşünaslığa töhfə sayıla bləcək əsərlərdəndir.
Ölkə Prezidenti Aşıq Ələsgərin 200-illik yubileyi ilə bağlı sərəncamında onun yaradıcılığını bu cür qiymətləndirir: “Aşıq​ Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir”.​ Belə bir yüksək dəyər ələsgərşünaslarımızı yeni tədqiqat əsərləri yazmağa sövq etmiş, ruhlandırmışdır. Bu əsərlər içərisində, ümumiyyətlə, bu günə qədər Aşıq Ələsgər haqqında yazılmış elmi kitablar, məqalələr sırasında bu gün təqdimatı keçirilən istedadlı alim – ədəbiyyatşünas, musiqişünas hörmətli Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” fundamental elmi monoqrafiyası birmənalı olaraq öz tarixi, elmi, bədii dəyərinə görə milli ədəbiyyatşünaslıqda özünəməxsus yüksək, müstəsna yer tutacaqdır! Fəxrəddin Salim bu kitabında uzun illər boyu apardığı tədqiqatlar, axtarışlar əsasında Dədə Qorquddan bu günümüzə qədər aşıq saz-zöz sənətinin görkəmli nümayəndələrinin rəngarəng, çoxşaxəli yaradıcılıqlarının geniş panoramasını yaradaraq, bu koloritli mənzərədə ən yüksək zirvəyə ucalan Dədə Ələsgərin poetik heykəlini yaratmış, oxucusuna onun möhtəşəm poeziyasının möcüzələrini, sirlərini, müəmmalarını açmağa cəhd etmiş və ona qarşısına qoyduğu səviyyədə nail ola bilmişdir.​
İlk dəfə olaraq Fəxrəddin Salim Dədə Ələsgər yaradıcılığında zəngin​ sufizm elementlərin məxsusi yanaşma arealında​ tədqiq etmiş alimdir .İnanırıq ki,görkəmli alim bu sahədəki yeniliklərini daha da artıracaq və ələsgərsevərləri sevindirəcək.

Sona Abbasəliqızı – yazıçı, jurnalist

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO