Dünya 06.10.2023 16:05

Səudiyyə Ərəbistanı-İran – baş vermiş olaylara nümunələr – TƏHLİL

Səudiyyə Ərəbistanı ilə İranın münasibətləri inkişaf edən xətt üzrə olmayıb. Regionun bu iki ölkəsi arasında əlaqələr 2016-cı ildə kəsilmişdi. Buna səbəb krallığın diplomatik missiyasının Tehranda hücuma məruz qalması olmuşdu. Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki Baş konsulluğunun binası yandırılmışdı.

Bunlar iki ölkə arasında baş vermiş olaylara nümunələrdir.

2023-cü il martında Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşmasına dair razılıq əldə edildi. Hazırda ölkələr arasında səfir səviyyəsində diplomatik münasibət bərpa olunub.

Bu günlərdə iki ölkə arasında yeni xoşgəlməz hadisə baş verib.

İdman humanist sahə sayılır. Dövlətlər arasında pozulan münasibətlərin bərpasında ondan normallaşma məqsədi ilə də bəzən istifadə edirlər. Məsələn, Türkiyə ilə Ermənistan arasında futbol qarşılaşmalarını buna nümunə göstərmək olar.

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandası futbol üzrə Asiya Çempionlar Liqasının C qrupunun 2-ci turunun İranın “Sepahan” klubuna qarşı oyununu İsfahandakı “Nəqş-e Cahan” stadionunda keçirməli idi. Səudiyyə təmsilçisi stadionda qoyulmuş İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) Qüds qoşunun komandanı, general Qasem Süleymaninin büstünün qoyulmasına etiraz edərək, son anda meydana çıxmayıb.

Səudiyyə Ərəbistanı KİV-i bunu stadionda futbolla əlaqəsi olmayan siyasi elementin olması ilə əlaqələndirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian hadisəyə münasibət bildirərək deyib ki, idman siyasi alət olmamalıdır. O söyləyib ki, hadisə zamanı stadionda imiş və Səudiyyə Ərəbistanından olan həmkarı ilə telefonla təmasda olub: “İran və Səudiyyə Ərəbistanı matçın hər iki tərəfi qane edəcək vaxtda keçirilməsini razılaşdırıblar”.

Deməli, oyun keçiriləcək. Ancaq idmanın siyasətə alət olmaması prinsipinə İran nə dərəcədə sadiqdir?

Həmin hadisənin ertəsi günü “Sepah”ın sosial şəbəkədəki səhifəsində Qasem Süleymaninin büstü və Səudiyyə Ərəbistanının futbolçusu təsvir edilmiş karikatura yayılıb. Həmin rəsmdə yazılıb: “Qasem Süleymani 3 – Səudiyyə 0”. Bu siyasi deyil?

Hər bir dövlətin stadiona və başqa idman komplekslərinə ad verməsi daxili məsələdir. Bu baxımdan İsfahandakı “Nəqş-e Cahan”a general Süeymaninin büstünün qoyulmasının idmanla nə əlaqəsi var? Tehran daha çox idmanı siyasətə alət edir. Sual yaranır, İsfahanda məşhur idmançılar olmayıb? Niyə həmin kompleksə onlardan birinin büstü qoyulmur? Yaxud xatirəsi əbədiləşdirilmir? Belə olan halda idman daha çox təbliğ edilər. Süleymaninin büstü müharibənin, “Sepah”ın fəaliyyətinin təbliği deməkdir. Bu isə sırf siyasi-ideoloji addımdır.

1998-ci il iyunun 21-də Fransada keçirilən futbol üzrə dünya çempionatında Lion şəhərinin “Jerlan” stadionunda ABŞ-la İran qarşılaşmışdı. Oyunun 40-cı dəqiqəsində İran millisinin oyunçusu Həmid Reza Estili baş zərbəsi ilə hesabı açdı, 84-cü dəqiqədə isə Mehdi Mehdavikiya komandasının ikinci qolunu vurdu. 87-ci dəqiqədə Brayan Makbrayd hesab arasındakı fərqi azaltdı. Oyun İranın qələbəsi ilə başa çatdı – 2:1.

Onda İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei bunu “Böyük şeytan” (onlar ABŞ-ı belə adlandırır) üzərində qələbə” adlandırmışdı. Bu, siyasi bəyanat deyil? Bu, idmanın siyasətə alət edilməsinə ən parlaq nümunədir.

Bu rəqiblər 2022-ci il noyabrın 29-da Qətərin Doha şəhərindəki “Əl-Tumama” stadionunda yenə qarşılaşdılar. Həmin oyun 1:0 hesabı ilə ABŞ komandasının xeyrinə başa çatdı. Xameneinin məntiqi ilə İran “Böyük şeytan”a uduzdu. ABŞ-ın keçmiş Prezidenti Corc Buş İranı “şər bucağı” adlandırırdı. İranın başladığı həmin siyasi yanaşma ilə Ağ ev də “şər bucağına qalib gəldik” açıqlaması verməli idi?

İran idmançılarının siyasi iddialara görə İsraildən olan həmkarları ilə qarşılaşmadan imtina etmələrinə dair çoxsaylı nümunələr var. Bu ilin avqustunda Polşanın Veliçka şəhərində ağırlıqqaldırma üzrə veteranlar arasında turnir keçirilib. Həmin yarışda İsrailli idmançı Maksim Svirski gümüş, onun iranlı həmkarı Mustafa Rəcai isə bürünc medal qazanıb. Mükafatlandırmadan sonra isarilli və iranlı idmançılar əl verib görüşüblər. İranın Ağır Atletika Federasiyası onu bu hərəkətinə görə ömürlük diskvalifikasiya edib.

Seyid Əli Xamenei 2021-ci ildə ölkə idmançılarını “medal almaq xətrinə cinayətkar İsrail rejiminin təmsilçilərinin əllərini sıxmamağa” çağırış etmişdi. Təzyiqlərə məruz qalacaqlarından ehtiyat etdikləri üçün İran idmançıları israilli həmkarları ilə qarşılaşmaqdan imtina edirlər.

Yeri gəlmişkən, sentyabrda Kriştianu Ronaldunun oynadığı Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Tehranın “Azadi” stadionunda yerli “Perspolis”, krallığın “Əl-Hilal”ı isə İranın “Nassac” komandası ilə qarşılaşıb. Oyunlar insidentsiz başa çatıb. Deməli, idmandan siyasi alət kimi istifadə edən boykot olunur. Səudiyyəli futbolçuların etdiyi kimi. İdmanı siyasət oyunu edənlərin ölkəsindən isə idmançılar qaçır…

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Dünya, Təhlil / 06.10.2023 16:05
Səudiyyə Ərəbistanı-İran – baş vermiş olaylara nümunələr – TƏHLİL
Hadisə, Sosial / 06.10.2023 13:19
“Qaçaqaç zamanı itimi açıb buraxdım” – Aydın Əliyevin “Həyat Hekayəsi”- ANONS
Gündəm / 05.10.2023 19:49
Qərbi Azərbaycana təhlükəsiz qayıdışa böyük töhfə - FOTO - VİDEO
Siyasi / 05.10.2023 12:24
Antiterror tədbirləri – Qərbi Azərbaycana təhlükəsiz qayıdış – ANONS - VİDEO
Hərbi / 05.10.2023 12:10
Çar Rusiyasının ilhaq etdiyi Şəmşəddil mahalı - FOTO - VİDEO
Siyasi / 04.10.2023 15:24
Həbs edilən araiklər – separatçı “Qarabağ klanı”nı gözləyən cəza – TƏHLİL - FOTO
Mədəni / 04.10.2023 14:06
Türk düşüncəsi elmi və bədii müstəvidə - FOTO
Hadisə, Sosial / 04.10.2023 13:35
Şəmşəddil mahalı – çarın törətdiyi amansızlıqlar – ANONS
Sosial / 03.10.2023 19:52
Ermənilərin etnik təmizləmə əməllərinin etirafı - FOTO - VİDEO
Təhlil / 03.10.2023 15:23
BMT-də baş tutmayan erməni yalanı – TƏHLİL
Müsahibə, Video müsahibə / 02.10.2023 20:00
“Sülh müqaviləsindən sonra Qərbi Azərbaycana qayıdış mütləqdir” - VİDEO
Sosial / 30.09.2023 20:00
Cildən gətirilən “qara daş”ın möcüzəsi
Hadisə, Maraqlı, Sosial, Təhlil, Video müsahibə / 29.09.2023 19:48
“Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim”
Sosial / 29.09.2023 13:31
“Ermənilər dedilər ki, çıxın, sizi burada məhv edəcəyik” – ANONS
Video müsahibə / 29.09.2023 00:37
Sovet vaxtı azərbaycanlıların soyqırımını əks etdirən 36 cild toplanıb - FOTO - VİDEO
Dünya, Siyasi / 28.09.2023 19:40
Ermənistan Qərbi Azərbaycanı ərazi olaraq tanıyacaq - FOTO - VİDEO
Siyasi / 28.09.2023 12:01
Tatoyan Qərbi Azərbaycan haqqında faktları niyə danır? – ANONS - VİDEO
Siyasi, Sosial / 27.09.2023 19:40
Ruslar Seyidli-Axsaxlı mahalını niyə ləğv edib? - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 27.09.2023 13:23
İki türk tayfasının adını daşıyan mahal – ANONS
Gündəm, Hərbi / 27.09.2023 12:15
Anım günü ilə bağlı ikinci Şəhidlər xiyabanı ziyarət olunur - FOTO
Gündəm, Hərbi / 27.09.2023 12:01
Vətən müharibəsi şəhidlərinin xatirəsi sükutla yad edilib
Hərbi / 27.09.2023 11:13
Şəhid olmuş hərbi qulluqçularımızın SİYAHISI
Gündəm, Hərbi / 27.09.2023 00:02
Bu gün Vətən müharibəsinin başlamasından 3 il ötür
Siyasi, Sosial / 26.09.2023 19:59
Erməni qızlarından etiraf: “Azərbaycana qarşı haqsızlıq edilib” - FOTO - VİDEO
Siyasi, Sosial / 26.09.2023 14:11
Erməni qızlardan Azərbaycan etirafı – ANONS - VİDEO
Müsahibə / 25.09.2023 20:36
“Ermənilər xristian türklərin abidələrini mənimsəyiblər” - FOTO - VİDEO