Mədəni 10.05.2019 05:06

Milli kulinarlarımız İzmirdə uğur qazandı - FOTO

Azərbaycan Milli Kulinariya komandası Türkiyənin İzmir şəhərində keçirilən 30 ölkənin iştirak etdiyi “EPAD Kemalpaşa Best Cook Fest 2019”dan qalibiyyətlə dönüb.
Rakus.az xəbər verir ki, 10 nəfərlik nümayəndə heyətinin rəhbəri isə Tahir Əmiraslanov olub. Onlar festival barədə “Halikarnas balıkçısı” restoranında mətbuat konfransı keçirərək məlumat veriblər.

T. Əmiraslanov çıxışı zamanı yarışların ilk günündə münsif heyətinə kapitanlıq etdiyini açıqlayıb. Sonrakı günlərdə isə jüridə əyləşənlər sırasında komandamızın üzvü Leyla Kərimli və Eyyub Niyazov olub. Komanda yarışlarında isə ölkəmizi “Halikarnas balıkçısı”nın üzvləri təmsil edib. Komanda yarışlarda qızıl medal, qara qutu yarışlarında isə ikincilik qazanıb. Ümumilikdə “Halikarnas balıkçısı” komandasının üzvləri Elmar Əliyev və Vurğun Hacızadə 6-sı qızıl olmaqla, 9 medalın sahibi olublar.

 

Tahir Əmiraslanov yarışların olduqca çətin keçdiyini də dilə gətirib:

“Orada ən xırda detallara da diqqət etmək lazım idi. Yarım saat vaxt verilirdi, o zaman kəsiyi ərzində yemək hazır olmalı idi. Əgər isti yeməyi soyuq boşqabda servis edirdinsə, bu, balın aşağı düşməsinə rəvac yaradırdı. Ona görə də düşünürəm ki, komandamız uğurlu nəticə əldə edib. Baxmayaraq ki, onların çoxu hələ tam aşpaz deyil və müəyyən yol qət etməlidirlər. Gələn il bütün qızıl medalları almağı düşünürük”.

Komandanın digər üzvləri Gülnar Mahmudzadə, Lamiə Nəsirova, Gülnur Nağızadə və Mirmövsüm Dadaşov fərdi yarışlarda medallar qazanıb. Ümumilikdə isə komandamız 16 medal və 1 kubokla ən yüksək nəticəni göstərib. Festivalın sonunda iştirakçılar və təşkilatçılar Azərbaycan Milli Kulinariya Assossasiyasının (AMKA) diplomları ilə təltif olunub. EPAD-ın rəhbərinə AMKA-nın plaketi və milli mətbəximizə aid kitab hədiyyə ediblər.

Xatırladaq ki, “Halikarnas balıkçısı”nda baş tutan tədbir Şuşanın işğal gününə təsadüf etdiyindən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO