Dünya 10.05.2019 10:03

Efiopiyada silsilə tədbirlər təşkil olundu - FOTO

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ölkəmizin Efiopiyadakı səfirliyi tərəfindən silsilə tədbirlər təşkil edilib.

Rakus.az xəbər verir ki, qeyd olunan fəaliyyət çərçivəsində ilk olaraq səfir Elman Abdullayev Efiopiyanın, eləcə də Afrikanın ən böyük radiostansiyalarından biri olan və 30 milyondan artıq dinləyiciyə malik “AFRO” FM-də çıxış edib. O, çıxışında müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi və əvəzsiz xidmətlərindən danışıb. Ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, iqtisadiyyatın, elmin, mədəniyyətin və digər sahələrdə inkişafın təmin edilməsi ilə əlaqədar ümummilli lider Heydər Əliyevin xidmətlərinin Azərbaycan xalqı tərəfindən minnətdarlıqla xatırlandığını qeyd edib.

Bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun müəyyən edilməsi, Azərbaycanın dünya birliyinə uğurla inteqrasiya olunması və beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasına, eləcə də bərabərhüquqlu və qarşılıqlı faydalı prinsiplər əsasında dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarla münasibətlər qurulmasına səbəb olub. O, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli hədəflər müəyyən edən uğurlu enerji və nəqliyyat strategiyası Azərbaycanda, eləcə də regionun tərəfdaş ölkələrində inkişafın, rifahın və əmin-amanlığın təmin edilməsində, ölkəmizin regiondakı strateji və iqtisadi əhəmiyyətini artırmaqla yanaşı, həm də beynəlxalq enerji-nəqliyyat təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynadığını vurğulayıb.

Səfir Elman Abdullayev ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının ölkədə tolerantlığın və multikulturalizmin əsasını təşkil etdiyini və respublikamızda milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların mədəni dəyərlərinin dövlət tərəfindən qorunduğunu və inkişaf etdirildiyini qeyd edib.

Diplomat Əddis-Əbəbə şəhərinin orta məktəblərinin birində ümummilli lider Heydər Əliyevin zəngin siyasi və ictimai irsinin təbliği məqsədi ilə məktəbin müəllim heyəti və şagirdləri qarşısında çıxış edərək, Ulu Öndərin uşaqların sağlam, firavan böyüməsi və yaxşı təhsil alması istiqamətində gördüyü işlərdən danışıb, Heydər Əliyevin Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarı olduğunu vurğulayıb.

Diqqətə çatdırıb ki, Ulu Öndər tərəfindən qoyulmuş böyük mərhəmətlik və humanistlik irsinin davamı kimi, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində təhsilin, elmin, mədəniyyətin inkişafı, uşaqlara diqqət və qayğı göstərilməsi ilə bağlı çoxlu sayda layihələr həyata keçirilib.

Səfirlik tərəfindən ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq bu ay ərzində E.Abdullayev tərəfindən Əddis-Əbəbə Universitetində “Dövlətçiliyin inkişafında liderliyin rolu” mövzusunda açıq mühazirə təşkil edilməsi planlaşdırılır.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS