Dünya 17.11.2023 16:39

Doqquz sentə dəyməyən “907-ci düzəliş” – TƏHLİL

İraq, Suriya, Əfqanıstan, Ukrayna… Amerika Birləşmiş Ştatları (ABŞ) “fəxr” edə bilər ki, bu ölkələrin əhalisi tərəfindən ən çox “hörmətlə yad edilən dövlət” siyahısında birinci yerdə qərarlaşıb. Çünki bu dövlətlərin xalqlarına yaşadılan müsibətlərin, fəlakətlərin səbəbkarı yalnız odur.

ABŞ-nin qurbanlar siyahısını genişləndirmək də olar. Proseslərin gedişi onu deməyə əsas verir ki, fövqəldövlətin növbəti qurbanı Ermənistan olacaq. Son vaxtlar bu ölkə ətrafında təhlükəli oyunlar gedir. Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışan Ağ Ev “zəif bənd” kimi məhz erməniləri seçib.

Yeri gəlmişkən, dünən ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan “S.3000” qanun layihəsini təsdiqləyib. Qanun ABŞ Prezidentinə Azərbaycan ilə bağlı “907-ci düzəliş”i dayandırmağa icazə vermir. Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir.

Qeyd edək ki, “907-ci düzəliş” 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılır. Qərar qüvvəyə minməzdən əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır.

Beləliklə, hədəf bəllidir – Cənubi Qafqazı növbəti gərginlik ocağına çevirmək. Görünür, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi Ermənistandan çox, Birləşmiş Ştatları narahat etməyə başlayıb. Vaşinqton hətta 30 il Fransa ilə birlikdə ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olduğunu da “unudub”. Ermənistan hakimiyyətində təmsil olunan şəxslər belə, sülhdən danışdıqları halda Birləşmiş Ştatlar bölgədə gərginlik yaratmağa çalışır.

Bundan əvvəl Konqresin Nümayəndələr Palatası da “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçirib. Təəccüb doğuran məqam budur ki, hər dəfə keçirilən dinləmələrdə ədalət və beynəlxalq hüquq prinsiplərinə ABŞ dövlətinin maraqları prizmasından yanaşmasının şahidi oluruq. Konqresdəki dinləmələr bir daha keçmiş Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və 27 il ərzində bu istiqamətdə heç bir konstruktiv addım atmayan ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi ABŞ-nin tarixi qələbəmizi, ən əsası, uğurlarımızın əsasında dayanan müstəqil siyasətimizi qısqanclıqla qarşıladığını təsdiqlədi.

Sual olunur, bədnam dinləmələrdə nə üçün keçmiş münaqişənin 30 il həllini gözləməsində Vaşinqton kimi dünya gücünün ikili standartlara əsaslanan siyasətindən bəhs olunmur? Bir milyondan artıq insanın 30 il ərzində pozulmuş hüquqları niyə onları narahat etməyib?

Bədnam “907-ci düzəliş”in bərpasını nəzərdə tutan bu riyakar addımı qəbul etməklə ABŞ öz çirkin xislətini ortaya qoyub. Bunu sadə faktlarla da sübuta yetirmək mümkündür.

Birincisi, bu addım onu göstərir ki, okeanın o tayında hakimiyyətdə olanların 30 il əvvəlki düşüncəsi dəyişməyib. “907-ci düzəliş” qəbul edilən zaman da beynəlxalq ədalət prinsipləri nəzərə alınmadı, işğala məruz qalanla, işğalçı dövlət arasında fərq qoyulmadı. Nəticədə Azərbaycan ABŞ-nin yardımlarından məhrum edildi.

İkincisi, o zaman anti-Azərbaycan qərarı qəbul etməklə hədəf o idi ki, Azərbaycan təzyiqlərə baş əyəcək, ikinci erməni dövlətinin yaradılmasına razılıq verəcək. Nəticə də göz önündədir. Azərbaycan təzyiqlərə tuş gəldi və sonda da separatizmə son qoyan ilk ölkə kimi tarixə düşdü.

Üçüncüsü, ABŞ təzyiqinin əsas səbəbi qarşıdan gələn seçki ilə bağlıdır. Yəni hər dəfə olduğu kimi, bu dəfə də erməni lobbisinin maraqlarından çıxış edilib. Seçki dövründə Azərbaycana qarşı bu tip təzyiqlər və qərarlar dayanmayacaq. Proses başa çatdıqdan sonra erməni lobbisi lazımsız bir əşya kimi kənara atılacaq. Bunu ermənilər özləri də etiraf ediblər. 44 günlük müharibə və sonrakı dövrdə ABŞ-nin bitərəf qalması ermənilərin sərt tənqidlərinə tuş gəlmişdi.

Dördüncüsü, bu gün Azərbaycanı ABŞ yardımlarından məhrum etməklə hədələyənlər unudurlar ki, ölkəmiz artıq özü donor bir dövlətə çevrilib, digər ölkələrə yardımlar edir. Məsələn, Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan ehtiyacı olan ölkələrə vaksin yardımı edir, Ukrayna kimi müharibə zonalarına humanitar yardımlar göndərir. Ağ Evdə oturanlar bir məsələni unudurlar ki, Azərbaycanla güc dilində danışmağın zamanı keçib. Rəsmi Bakı hər zaman dövlət və regional maraqlardan çıxış edir, bu siyasət ABŞ-nin qlobal maraqlarına toxunsa belə.

Birləşmiş Ştatlar etiraf etməlidir ki, artıq yeni qlobal geosiyasətdə, modern düzəndə dünya jandarmı deyil. Britaniya, Rusiya, Türkiyə, Pakistan, Çin, İran, Afrika və ərəb ölkələri indi aktiv şəkildə ABŞ və Avropa İttifaqını, xüsusilə də Fransanı ənənəvi rahat bölgələrindən sıxışdırıb çıxarırlar.

Azərbaycan da növbəti dəfə ikili standartların təzahürü ilə rastlaşdı. Lakin ABŞ unutmamalıdır ki, belə bir yanaşma onun Cənubi Qafqazda nüfuzuna ciddi təsir edəcək. Ən əsas məsələlərdən biri də odur ki, onun bu mövqeyi NATO üzrə əsas müttəfiq dövlətlərdən olan Türkiyə ilə münasibətlərinə təsirsiz ötüşməyəcək. Nəzərə alaq ki, ABŞ son vaxtlar Yaxın Şərqdə aktiv fəaliyyət göstərməyə çalışır. Türkiyəsiz isə bu siyasət iflasla nəticələnəcək.

Nəhayət, başa düşülməlidir ki, “907-ci düzəliş”lə bağlı mülahizələr, Azərbaycana hərbi yardımların dayandırılması, Vaşinqton və İrəvan arasında müdafiə sahəsində kritik addımların koordinasiyası bölgədə sülhün bərqərar olması yerinə, daha ciddi təhdidlər yaradır və Ermənistanda revanşist qüvvələri yeni müharibəyə təhrik edir. Ağ Ev bu davranışlarına davam edərsə, regional siyasətdə ağır məğlubiyyətə düçar olacaq.

“Report” İnformasiya Agentliyi

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO