Hadisə 03.12.2023 19:55

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü - FOTO - VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Fəxriyyə Lilparın müəllifi olduğu verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Ermənilərin İrəvanda öldürmək istədiyi sonuncu türk” adlı veriliş İrəvanda təqiblərə məruz qalan dəyərli alim, tarixçı İsrafil Məmmədovun həyatına və başına gələnlərə həsr olunub.

Bildirilir ki, ermənilər jurnalist, tarixçi alim kimi tarixin müxtəlif dövrlərində ermənilərin törətdiklərini, onların türklərə qarşı tarixi düşmənçiliyini tutarlı fakt və elmi dəlillərlə dünya ictimaiyyətinə çatdıran İsrafil Məmmədovun azyaşlı uşaqları olan zaman evini partladıb, özünü didərgin salıb, hədə-qorxu gəliblər. O isə dəyəri 1000 kiloqramla ölçülən arxivin Bakıya gətirilməsi üçün mübarizə aparıb, səy göstərib.

Diqqətə çatdırılır ki, nasir, publisist, tərcüməçi, tarixçi və dövlət xadimi İsrafil Süleyman oğlu Məmmədov 1927-ci il noyabrın 8-də Zəngəzur qəzası, Meğri rayonunun Əmrəkar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1943-44-cü illərdə qonşu Vardanizor kəndində müəlimlik edib. 1944-48-ci illərdə Meğri rayon komsomol komitəsində, rayon qəzeti redaksiyasında müxtəlif vəzifələrdə çalışmış, 1948-1951-ci illərdə Ermənistan Lenin Kommunist Gənclər İttifaqının Meğri rayon komitəsinin birinci katibi seçilmişdir. 1987-89-cu illərdə Ermənistan SSR Xalq təhsili nazirinin müavini, 1989–90-cı illərdə “Sovet Ermənistanı” qəzetinin redaktoru vəzifələrini icra edib. 1971-ci ildən Ermənistan SSR əməkdar jurnalisti, 1972- ci il tarix elmlər namizədi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2012-ci il Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı olub. Bu ona sovetin kəskin qılıncı altında ermənilərin məkrli siyasətinin, onların qərəzli münasibətinin bədəlini ödəmək sayəsində baş tuta bilirdi. Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edən tarixi mənbələri müxtəlif dillərdə tərcümə etməsi təbii ki, onlara xoş gəlmirdi. Anası Mərzə xanım, atası Süleyman kişi 1905-ci ildə 1918-ci illərdə  qaçqın olublar. İranın Ücdibin kəndinə gedib çatan Süleyman kişi hətta İsrafildən böyük iki oğlunun qəbrini özü qazıb basdırmalı olub.

I Dünya Müharibəsində müəllim kimi fəaliyyət göstərən İsrafil ermənilərin bütün fitnə-fəsadını yaxşı bilirdi. Rus, erməni dilini mükəmməl bildiyini və böyük zehniyyət sahibi olduğunu bilən, anlayan ermənilər, sən çox yaxşı bilicisən, alimsən lakin təəssüf ki, türksən deyirdilər. O zaman Erməni-Azərbaycan münaqişəsinin qızğın çağında köç başlayanda İsrafil Məmmədov  18 yaşlı dünyasını dəyişmiş  oğlunun məzarını belə düşünmədən ancaq arxivi üçün narahat olur və  mən arxivimi götürməmiş heç hara getməyəcəm deyir. Və onun bu arxivi kitablar, sənədlər qarışıq 1000 kq yaxın imiş. Bütün bunlar onun uzun müddət tədqiq etdiyi danılmaz faktlar  idi. Rus və erməni dilində etdiyi tərcümələrı onun ədəbi yaradıcılığını geniş şaxələndirir. Sovet dövründə yazdığı həqiqətlər o zamanlar böyük cəsarət tələb edirdi.

O yazırdı ki, vaxtilə bu yerlər Oğuz türklərinin olub: “Burada ermənilər yaşamayıb, ermənilər sonradan gəlib. Erməni aşıqlarının Azərbaycanca oxumasını, hətta Sayat Novanın azərbaycanlı olmasını qeyd edirdi. Səyyad onun adı Nov isə kiçik bulaq anlamında onun təxəllüsüdür deyirdi. Təbii ki, bu iddia və fakt o dövrün erməni mövqeyini dəstəkləmirdi. Mənim vaxtım az, görəcəyim işlərsə çoxdur deyən alim ömrünü sürəkli işləməyə həsr edir. Daşqarların yəni daş abidəlırin tarixini tədqiq edirdi. İsrafil Məmmədov da tarix yaradan şəxsiyyətlərdən idi. Üstəlik, tarixi yaratmaqla qalmır, həm də onu yazırdı. “Sovet Ermənistanı” qəzetində baş redaktor işlədiyi 35 illik uzun dövr ərzində o Qərbi Azərbaycanda yaşayan vətəndaşlarımızın hüququnu müdafiə edir, onların sözçüsünə çevriliri,  çox zaman Ermənistan rəsmiləri ilə təkbaşına mübarizə aparırdı.  Azərbaycanlıların bu ölkədə qarşılaşdığı problemləri həll etməyə çalışmaqla yanaşı, erməni xəyanətlərini çəkinmədən qələmə alırdı. 1968-ci il… İrəvan… və onun dəqiq tarixi faktlarlnı  üzə çıxaran  İsrafil Məmmədovun bu misilsiz xidmətlərindən hiddətlənən erməni millətçiləri, yaşadığı mənzil… Ermənilər bu mənzili partlatmışdılar. Xoşbəxtlikdən ailə həmin vaxt evdə olmadığından bu terror hadisəsindən sağ-salamat qurtulmuşdular. Bütün bu yaşananlar təbii ki, İsrafil Məmmədovun səhətində də ağır izlər buraxır.  Bakıya sığındıqdan sonra dörd qaçqın ailəsi ilə bir mənzildə yaşayan alim dəfələrlə infakt keçirır,  görmə qabiliyyətinin 80%-ni itirmişdi.

Özünün dediyinə görə, onun ürəyini param-parça edən yurd nisgili yaşamasınonu rahat buraxmır. Doğma yurduna dönmədən həyatla vidalaşmaq istəməyən alim, nə yazıq ki, bu nisgilini də özüylə son mənzilə apardı. Onun erməni dilində minlərlə məqaləsi Azərbaycan radiosunda sələndirilmişdi. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində “Erməni redaksiyası”nın müdiri olan alimin bu əzmkar fəaliyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən təqdirlə qarşılanmışdır. Cənab Prezidentin 25 may 2012-ci il tarixli Sərəncamı ilə İsrafil Məmmədov Azərbaycan Respublikasının elm sahəsində ən yüksək Dövlət Mükafatına layiq görülüb. İrəvanı qədim türk şəhəri,oğuz məskəni, bənzərsiz mədəniyyət mərkəzi adlandıran İsrafil Məmmədov qıribçilik taleyini diz çöküb pərvazlna çıxmaq istədiyim şəhəri yaşadanlara ürəkdən pay olsaydı əsirgəməzdim deyir”.

Sonda vurğulanıb ki, tarixçi alim, gözəl jurnalist, publisist yazar, böyük vətənpərvər olan İsrafil Məmmədov Qərbi Azərbaycan tarixini yazaraq özü də tarixə döndü.

Süjet dekabrın 3-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

 

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO