Dünya 27.12.2023 10:32

Qərbin Serbiyada “rəngli inqilab” ssenarisi – TƏHLİL

Serbiya daha çox müstəqil siyasət yürütməyə çalışan Avropa ölkəsidir. Yuqoslaviya parçalandıqdan sonra Belqradı Qərb blokuna cəlb etməyə göstərilən cəhdlər hələ ki uğursuzluğa düçar olur.

Dekabrın 17-də Serbiyada keçirilən parlament seçkilərindən sonra təşkil olunan aksiyalar oxşar ssenariləri, ictimai-siyasi proseslərə təsir baxımından eyni texnologiyaları xatırladır.

Seçkilərin nəticələrinə əsasən, hakim Serbiya Tərəqqi Partiyası və “Serbiya dayanmamalıdır” koalisiyası qalib gəlib, ötən seçkilərlə müqayisədə parlamentdə 128 yer, yaxud seçicilərin səslərinin 48,01 faizini qazanıb və daha 8 mandat əldə edib. Bununla da Serbiya Prezidenti Aleksandr Vuçiçin rəhbərlik etdiyi koalisiya qalib gəlib.

Müxalifətdə olan Azadlıq və Ədalət Partiyası isə 24,36 faiz səslə 65 yer əldə edib. Müxalif partiyanın qanunverici orqandakı deputatlarının sayı 25 nəfər artıb.

Ancaq müxalifət keçmiş sovet respublikalarında çoxdan köhnəlmiş sayılan texnologiya, şüarlar və amillərlə etiraz aksiyası keçirir, seçkilərin nəticələrinin ləğvini istəyir.

Bu ölkə keçmiş sosialist düşərgəsində belə müstəqilliyə üstünük verirdi. O vaxtkı rəsmi Belqrad Moskvanın tələblərinə birmənalı olaraq müsbət yanaşmayıb. Məsələn, keçmiş Yuqoslaviya SSRİ-nin etirazlarına baxmayaraq Avropanın kapitalist ölkələri ilə münasibətlər saxlayırdı. Yaxud Kremlin yaratdığı Qarşılıqlı İqtisadi Yardım Şurasına üzv olmaqdan imtina edib, faşizmə qarşı müstəqil şəkildə partizan müharibəsi aparıb. Bu mübarizənin qəhrəmanı İosip Broz Tito özünü SSRİ rəhbəri İosif Stalindən heç də zəif fiqur saymayıb. 1948-1953-cü illərdə Stalin SSRİ-si ilə Yuqoslaviya arasında konflikt tarixdən məlumdur. Bu ziddiyyət Yuqoslaviyanın ABŞ, Türkiyə və Yunanıstanla yaxınlaşmasına səbəb olub.

Ancaq 1990-cı illərin hadisələri Yuqoslaviya Sosialist Federativ Respublikasının dağılması ilə nəticələndi. SSRİ boyda qüdrətli imperiya ilə ziddiyyətlər yaşamış bu ölkəni o illərdə Qərb bloku öz maraqlarına satdı. Halbuki bu dövlət könüllü olaraq Qərbə meyillənmişdi.

Ötən əsrin 90-cı illərin hadisələri Bosniyada müsəlmanların soyqırımına səbəb oldu. Minlərlə insan yurd-yuvasından qaçqın düşdü. Bosniyanın dini-etnik baxımından parçalayanlar hələ də bu ölkəni nə Avropa İttifaqına, nə də NATO-ya qəbul edib. Oxşar şirnikləndirici təkliflə Kosovo Serbiyaya qarşı qoyulmaqdadır. Bunun üçün alban müsəlmanlarla xristian serblərin milli-dini heysiyyatlarında sui-istifadə edilir. Bu kimi çirkin işləri Serbiyada fəaliyyət göstərən, xarici institutların maliyyələşdirdikləri qeyri-hökumət təşkilatları və KİV təmsilçiləri həyata keçirir.

Qərb bloku xarici siyasət kursunun dəyişmək üçün A.Vuçiçə təzyiqlər edir. Qarşı tərəf rəsmi Belqradın Rusiya-Qərb qarşıdurmasında onlara qoşulub, Moskvanın siyasətinə qarşı çıxış etməsini istəyir. Kosovo məsələsindən Serbiya hakimiyyətinə qarşı istifadə edir, özlərini tolerant kimi göstərməyə çalışırlar. Halbuki ki bosniyalı müsəlmanlara qarşı soyqırımı törədənlər arasında NATO və Avropa İttifaqına üzv dövlətlərin hərbçiləri də olub.

Xatırladaq ki, A.Vuçiç bosniyalı müsəlmanların soyqırımına məruz qaldığı Srebrenitsaya səfər edərək qurbanların xatirəsini yad edib. O, bu cinayətə görə dövləti adından bosniyalı müsəlmanlardan üzr istəyib. Yeri gəlmişkən, ABŞ-nin keçmiş Prezidenti Bill Klinton da bosniyalı müsəlmanlardan üzrə istəmişdi.

Seçkilərdən sonra baş verənlər sübut edir ki, Qərb institutları Serbiyada “rəngli inqilab” ssenarisini həyata keçirməyə çalışır. Bunu xarici qüvvələrin ölkədəki siyasi-ictimai proseslərə, seçkilərin nəticələrinə müdaxiləsi olaraq da dəyərləndirmək olar.

Serbiyada vəziyyətin gərginləşməsində maraqlı tərəf kimi Almaniya və Fransa daha çox canfəşanlıq edir. Çünki bu cütlük özlərini Avropa İttifaqının aparıcı fiquru, sahibi sayır. Ona görə də Kosovonun ittifaqa üzvlüyü məsələsindən sui-istifadə edərək rəsmi Belqrada təzyiqlər göstərirlər. Bu ilin noyabrında Fransa, Almaniya liderləri açıq şəkildə Belqradı Kosovonun müstəqilliyini tanımağa çağırmışdı. Serbiya hökumətinin bu tələbə əməl etməməsi isə iğtişaşlara start verilməsinə gətirib çıxarıb.

Yəni məsələ seçkilərin nəticələri deyil, Berlin və Paris ittifaqda güc göstərməyə cəhd edirlər. Xatırladaq ki, USAİD, NED, NDİ kimi təşkilatlar Qərbin diktəsini yerinə yetirməyən ölkələrə təzyiq etmək məqsədi ilə oxşar aksiyaların törədilməsində maraqlı olurlar. Oxşar hadisələri Azərbaycan cəmiyyəti dəfələrlə yaşayıb. Belə təşkilatlar və institutlar uzun illər rəsmi Bakını ərazilərinin itirilməsi, işğalla barışmağa məcbur etmək istəyirdilər. Müxtəlif dini təriqətlər isə erməni işğalçılara haqq qazandıraraq, onlarla qarşı döyüşməməyi təbliğ edirdi.

Serbiyada baş verənlər də “kiminlə eyni sıradasan” sualına cavabını aktuallaşdırır. Bosniya müsəlmanları, Ukrayna, Gürcüstan və başqaları onları seçdiklərinin acı nəticələrini yaşayır. Bosniya və Herseqovina hələ də NATO üzvlüyünə namizəd, Avropa İttifaqının isə müsəlman sayaraq qəbul etmədiyi dövlətdir.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Maraqlı, Siyasi / 27.12.2023 13:27
Çəmbərəyin Azərbaycandan qoparılma müəmması – ANONS
Dünya, Təhlil / 27.12.2023 10:32
Qərbin Serbiyada “rəngli inqilab” ssenarisi – TƏHLİL
Siyasi / 26.12.2023 21:07
“Basarkeçərdə erməni vandalizmi” - FOTO - VİDEO
Müsahibə, Mədəni, Video müsahibə / 26.12.2023 19:19
“Ermənilər ictimai şüurunu dəyişməyincə onlar üçün yaxşı heç nə olmayacaq” – MÜSAHİBƏ - VİDEO
Elm və təhsil, Maraqlı / 26.12.2023 14:01
Antropoloq Yeviya Hovanesyanın etirafı – ANONS
Müsahibə, Video müsahibə / 26.12.2023 12:29
“Sayat Nova Azərbaycan dilində daha çox şeir yazıb” – ANONS - VİDEO
Mədəni / 26.12.2023 12:01
Növrəs İman möcüzəsi – 120 illik yubiley mənzərəsi - FOTO
Müsahibə, Video müsahibə / 25.12.2023 21:16
“Erməni qonşumuz Heydər Əliyevin şəklini evimizdən oğurlamışdı”- MÜSAHİBƏ
Elm və təhsil, Mədəni / 25.12.2023 17:23
“Nakam Aşiq” kitabı çapdan çıxıb
Sosial / 25.12.2023 16:59
Əmirxeyir kənd icmasının təsis iclası olub - FOTO
Siyasi, Sosial / 24.12.2023 16:05
Qayabaşı kənd icmasının ilk iclası keçirilib
Hadisə, Mətbuat / 23.12.2023 21:04
Zəngəzurda azərbaycanlıların ən geniş məskunlaşdığı Qafan rayonu - FOTO - VİDEO
Elm və təhsil, İdman / 23.12.2023 10:00
Möhtəşəm bir gün – Xalqın Xankəndi sevgisi
Elm və təhsil, Gündəm, Video müsahibə / 22.12.2023 21:30
“Ləmbəlidən gətirilən torpağı hələ də evimdə saxlamışam” - FOTO - VİDEO
Dünya, Təhlil / 22.12.2023 16:37
İrəvan-Tehran dostluğu – Acın canı yalançının əlindədir – TƏHLİL
Maraqlı, Sosial / 22.12.2023 13:02
“Ermənilər dedilər ki, çıxıb getməlisiniz” – Ceyran Ənsərin “Həyat Hekayəsi – ANONS - VİDEO
Siyasi / 21.12.2023 21:19
İrəvan, Zəngəzur və Göyçə danışıqlar masasına çıxarılır - FOTO - VİDEO
Təhlil / 21.12.2023 16:41
“exitMDB”yə ismarış – KTMT-dən uzaqlaşan Ermənistan“ – TƏHLİL
Dünya, Siyasi, Təhlil / 21.12.2023 13:36
Paşinyanın xəritə oyunu – Qərbi Azərbaycan Xronikası – ANONS - FOTO - VİDEO
Maraqlı, Siyasi / 20.12.2023 20:55
Cəlaloğlunun Stepanavan adlandırılmasının sirri - FOTO - VİDEO
Siyasi / 20.12.2023 13:14
Əli Hüseynli: “Seçkiləri boykot etmək siyasi mədəniyyətsizlikdir”
Siyasi, Sosial / 20.12.2023 12:54
Cəlaloğlu niyə Stepanavan oldu? – ANONS - VİDEO
Siyasi / 20.12.2023 10:30
İrəvanın növbəti riyakarlığı – QAİ bəyanat yaydı
Elm və təhsil, Sosial / 19.12.2023 22:58
Beş dinin adətlərini yaşadan Kürmük və Baba Hacını nə birləşdirir? - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 19.12.2023 19:05
“Erməni tarixçiləri də Njdenin qanlı hərəkətlərini təsdiq edirlər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm, Siyasi / 19.12.2023 17:04
Paşinyanın yalanları və səfirlərə “əriştə qonaqlığı” – TƏHLİL - FOTO