Mədəni 16.01.2024 09:50

Təəssübkeşlik və elə-obaya bağlılıq – 60 ilin həyat kredosu - VİDEO

Bismillahir-Rəhmanir-Rəhim!

İbtida dilimdə olub “Bismillah”

Sığınmışam ol Xudaya, gəlmişəm.

Mənim əzbərimdi “La fəta illa”

Əxz eləyib yüz min ayə, gəlmişəm

(Novrəs İman)

Altmış il ciddi bir rəqəmdi. İnsanın müdriklik yaşı və bir qədər də kövrək dövrdü. Mənim nəzərimdə yubileylərin bəlkə də ən yaxşısıdır. Bütün doğum günlərində insanın kövrəldiyini, arxaya boylandığını hiss etmişəm. Qəlbində hesabat verdiyini duymuşam.

Çox yaxşı dostlardan biri – Rəşid Süleymanovun 2024-cü il yanvar ayının 16-da 60 yaşı tamam olur… Şablon olsa da doğru ifadədir: “İllər nə tez keçdi”.

1964-cü ildə Göyçə mahalında dünyaya göz açdı. Miladi təqvimlə əjdaha ilinin oğlaq bürcüdü. Bu 60 ilin nə bir ayı, nə bir günü boş keçmədi. Oğlaqlar təbiətən ciddi, bir qədər sərt, ən çox isə olduqca işgüzar insanlardır. Ətrafda olanlar onlardan daim iş qurmaq, təşkilatçılıq, idarəetmə, faydalı olmağı gözləyir. Onlar isə öz növbəsində bu “etimadı” o qədər yüksək səviyyədə yerinə yetirir ki, zamanın necə keçib getdiyinin fərqində olmazlar. Başqalarını xoşbəxt edəndə özləri də xoşbəxt olurlar. Əjdaha ili ona bir qədər də güc əlavə edir. Beləliklə, onlar liderə çevrilirlər.

Rəşid Süleymanov ixtisasca iqtisadçıdır. Tam xarakterinə uyğun ixtisas seçib. Öz bisnesini qurmuş uğurlu iş adamıdır. İqtisadiyyatı yaxşı bilməsi, gözəl təhsil alması, əla təşkilatçılıq bacarığı uğurunun bünövrəsidir. Nə qədər iş adamı olsa da incə ruhu da var. Rəhbərlik etdiyi “Şahənşah” Şadlıq Sarayında mütəmadi xeyriyyə tədbirlərinin təşkili bunun bariz nümunəsidir. Bu tədbirlər yalnız xeyriyyəçilik və maliyə dəstəyi məqsədi daşımır. Rəşid müəllim çox nadir şəxslərdəndir ki, incəsənəti anlayır, sənəti sevir və özü də yazır və oxuyur. Yorğun iş həyatını elm və sənətdən aldığı həzzlə aradan qaldırır.

Əliağa Vahid yazır:

Musiqiylə məni dəfn eyləsələr Vahid əgər,

Qəbrimin torpağı min rövzeyi-rizvana dəyər.

Milyonçu Hacı Zeynalabdin Tağıyev və müasir dövrdə Şüvəlanlı xeyriyyəçi Hacı İntiqam Atayev də şairlər məclisini maliyyələşdirir, istedadlı, parlaq zəkalarla cəmiyyətin işıqlanmasına yardım edərdi. Həmçinin Rəşid Süleymanov da sənətə dəyər verməklə yanaşı, onu qəlbən hiss edir və sevir. Mənəvi qidanın insan yaşayışı üçün böyük əhəmiyyətini unutmur.

Rəşid müəllim olduqca çalışqan bir insandır. Bu çalışmağın içində mütləq mənəvi dəyərlər üstünlük təşkil edir. Vətən və el təəssübkeşliyi, maddi və mənəvi borclar onun üçün prioritet təşkil edir.

Göyçənin və Azərbaycanın aşıq sənətinin fəxri, haqq aşiqi Dədə Ələsgərin 200 illik yubileyi ölkə səviyyəsində qeyd olunarkən ona həsr etdiyim “Əhli-beyt (ə) aşiqi Dədə Ələsgər” kitabımı maliyyələşdirdi və təqdimatını təşkil etdi. Özü də şəxsən həmin tədbirdə iştirak etməklə aşığın qoşmalarını həvəs və sevgi ilə ifa etməsiylə hər kəsin rəğbət və məhəbbətini qazandı.

Mənim “Şahənşah” Sarayında bir neçə tədbirim keçirilib. Hamısında da rəhbərliyin şəxsi dəstəyini görmüşəm. Bu yaxınlarda son tədqiqat əsərim olan Növrəs İmanın həyat və yaradıcılığından bəhs edən “Nakam aşiq” (Məqalələr toplusu) kitabımın himayədarlığını da Rəşid müəllim öz üzərinə götürmüş və olduqca səviyyəli bir formada həyata keçirmişdir. Mənsub olduğu elə-obaya bağlılıq, təəssübkeşlik Rəşid müəllimin həyat kredosudur. Bu səbəbdən Göyçə ədəbi məktəbini, aşıq sənətini, elm və sənət adamlarını dəstəkləməkdən yorulmur. Göyçə itirilsə də ənənələrini qoruyur ki, bir gün Göyçəyə qayıtmaq ümidi var. Bu arzu onu daim tətikləyir. Xüsusilə, 44 günlük müharibədə uğurlarımız və Azərbaycanın itirilmiş ərazilərinin bərpası uğrunda davam edən mübarizə və qələbəyə zəmin onu daha da ruhlandırır.

Qələminə hörmət etdiyim, gənc şair Tahir Fikri bir şeirində ağıl-kamal sahiblərinin səbr və inadla hədəfə odaklanmış mübarizəsini belə nəzmə çəkib:

Xəlq edib Xaliq səni hikmət dolu niyyət ilə,

Etmə tərk haqqın yolun, şeytandakı tüğyana bax.

Sən bu yolda sabit ol, aldanma eyşü işrətə,

Dönmə həqdən, qıl nəzər, hey dövr edən dövrana bax.

Gör bu fani mülkə bir kimlər gəlib, kimlər gedib,

Fikri, gəl et bir təfəkkür, rəhm edən Sübhanə bax.

Rəşid müəllim o insanlardandır ki, lap əvvəldən bəşəri hisslərin dəyərini anladı. Həyat insanın qarşısına çox əlvan, növbənöv sınaqlar çıxarıb onu əyləndirir. Xoş o kəsin halına ki, bunun sınaq olduğunu anlaya. Rəşid Süleymanov kimi:

Məhəbbət aləmi bir imtahandır aşiq üçün,

Bu eşq çox çəkəcək sorğuya, sualə səni.

O qan çanağı şərab ilə olma məstü xumar,

Xumari-eşq görüm, ey gözü piyalə, səni.

Gəl, Ənvər, eşq təriqində qalma cahiltək,

Kamalə meyl elə ki, çatdırar vüsalə səni.

(Ənvər Nəzərli)

Bu zəhmətkeş, uzaqgörən, elm, sənət hamisi olan insanın 60 yaşına alnıaçıq, şərəfli adla çatmasını alqışlayıram.

Şair Osman Sarıvəlli yaşla bağlı gözəl deyib:

Heç əlinə alma əsa,

Yetmişində batma yasa,

Hər kəs yüz il yaşamasa,

Günah onun özündədir.

Bu hesabla Rəşid müəllimlə hələ uzun bir yolumuz var. Bizə yalnız ona can sağlığı arzulamaq qalır.

Mənə elə ömür arzulayın ki,

Ölüncə ümmantək çağlaya bilim.

Qapı-pəncərəni öz evimdəki,

Özüm aça bilim, bağlaya bilim.

Yaş faktdır. Amma yaş artmaqla, ağıl artmaz. Əgər o ağılın keşiyində duran yoxsa illər insanı sadəcə qocalığa götürər. Ağılla yaşlanma insanı sərvətə və əbədiyyətə götürər.

Rəşid müəllim, Allah sənə indikindən də barlı-bərəkətli ömür və dünyanın ən qiymətli neməti olan cansağlığı nəsib etsin. Elmdən və sənətdən aldığın mənəvi zövq də ömrünə daha fərqli bir dəyər qatsın.

Amin!

Hacı Həsən Hüseyni – Qazi, Qarabağ müharibəsi əlili

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO