Dünya 10.05.2019 18:27

Rusiya XİN-i Azərbaycanla Ermənistan münasibətinə şərh yaydı

Rusiya XİN-in İnformasiya və Mətbuat Departamenti Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminin 25 illiyi münasibətilə şərh yayıb.

Rakus.az xəbər verir ki, şərhdə mayın 12-də Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında sazişin qüvvəyə minməsinin 25 ilinin tamam olması qeyd olunur. Rusiya XİN vurğulayır: “Razılaşma Rusiyanın bilavasitə iştirakı ilə əldə olunub. O, kütləvi qan tökülməsinin qarşısını almağa və Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomati yollarla nizama salınması prosesinə başlamağa imkan verib. Mayın 12-də qüvvəyə minmiş saziş indiyədək atəşkəs rejiminin qorunub saxlanılmasının təməlini təşkil edir”.

Şərhdə qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması mürəkkəb prosesdir. “Nizamlanmanın açar aspektləri üzrə razılığa gəlmək üçün zaman və onun iştirakçılarından siyasi iradə tələb olunur. Biz dayanıqlı sülhə nail olmaq üçün tərəflərin birgə fəaliyyəti davam etdirməsi əzmini görürük. Bunu Ermənistan və Azərbaycan liderlərinin bu yaxınlarda Vyanada keçirilmiş görüşünün yekunları və Moskvada xarici işlər nazirlərinin danışıqları da sübut edir.

Öz tərəfimizdən, Bakı və Yerevana kompromis həll yollarının tapılmasında fəal kömək edəcəyik. Əvvəllər olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində ABŞ və Fransa ilə birlikdə ardıcıl vasitəçilik səylərini davam etdirəcəyik”, -deyə Rusiya XİN bildirib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS