On üç rəng harmoniyadan ibarət məkanda 500 min hissədən meydana gətirilən fiqurlar yer alır.
Onların gerçəyə yaxın olması və canlılığı turistləri heyran qoyur.
Muzeyin ən önəmli əsəri II əsrə aid olan “Qaraçı qızı mozaikası”dır.
Xatırladaq ki, 2011-ci ildə açılan muzey üç il dünyanın ən böyük mozaika muzeyi adlandırılıb. Lakin 2014-cü ildə bu ünvana Hatay Arxeologiya Muzeyi sahib olub.