Hərbi 09.04.2024 18:52

“Ermənilərə görə, azərbaycanlı traktorçu, erməni tankçı olmalı idi” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi tanınmış cərrah, travmatoloq-ortoped, ehtiyatda olan tibb xidməti polkovniki, Qarabağ müharibəsi veteranı, professor  Məcid Məsimov olub.

O, indiki Ermənistanın Qərbi Azərbaycan torpaqları əsasında qurulan dövlət olduğunu söyləyib və deyib ki, ermənilərin zaman-zaman azərbaycanlıları pərən-pərən salıb toponimləri məhv edib, həm tarixi şəxsiyyətləri, həm də etnik tərkibi ilə məhz azərbaycanlılara, türklərə məxsus əraziyə sahib çıxmağa çalışıblar: “Ermənistan türk dünyasını parçalamaq üçün yaradılıb. Ermənilər bərabər yaşayış şəraiti yaradan türklərin sayəsində sağ qalıblar. Ermənilər həmişə xəyanət ediblər. Dili, yazını, əlifbanı əlindən alıb axırda bütün azərbaycanlıları qovdular”.

M.Məsimov regional və beynəlxalq tədbirlərdə erməni məkrliyinin dəfələrlə şahidi olduğunu deyib: “Moskvada, Pekində keçirilən travmatoloqların elmi konfranslarında ermənilər yalan, saxta məlumatlar yaymağa çalışıblar. Onların bu saxtakarlığını tutarlı faktlarla dəfələrlə ifşa etmişəm. Ermənilər təbliğat aparırdılar ki, guya Azərbaycan onları məhv edir. Amma, əksinə, Azərbaycan həmişə sülh tərəfdarı olub”.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda səhiyyə-tibb sektorunda  çoxsayda mütəxəssiz yetişib: “Lakin o zamanlar indiki Ermənistanın tibb müəssisələrində işləyən, çalışan azərbaycanlı demək olar çox az olub. Bunun bir çox səbəbləri var. Azərbaycanlılar həmişə Ermənistandan kənarda təhsil almağa məcbur edilirdilər. Bunun bircə məqsədi vardı: azərbaycanlılar Ermənistana qayıtmasınlar. Biz onlardan  həmişə təhqir eşitmişik. Onların düşüncəsinə görə, azərbaycanlı traktorçu, erməni tankçı olmalıdır”.

O, Göyçə mahalının Çəmbərək rayonunun Şorca kənd icmasının Ağsaqqallar Şurasının sədri kimi Vətənə qayıdışın zərurət olduğunu vurğulayıb, bu məsələ ilə bağlı görülən işləri yüksək  dəyərləndirib və bildirib ki, hazırda bunun üçün təkcə informasiya müharibəsi deyil, həm də ideoloji müharibə davam edir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə aprelin 9-da saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.

Xxx

«По мнению армян, азербайджанец должен был стать трактористом, армянин – танкистом» 

Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван стал известный хирург, травматолог-ортопед, полковник запаса медицинской службы, ветеран Карабахской войны, профессор Меджид Масимов.

Он отметил, что сегодняшняя Армения – это государство, построенное на землях Западного Азербайджана, что армяне время от времени рассеяли азербайджанцев, уничтожали топонимы и пытались завладеть территориями, принадлежащими азербайджанцам и туркам, по их историческим данным и этническому составу: «Армения была создана для того, чтобы разделить тюркский мир. Армяне выжили благодаря туркам, создавшим равные условия для жизни. Армяне всегда предавали свою родину. На протяжении многих лет они отбирали сначала язык, затем письменность, алфавит азербайджанцев, и в итоге изгнали всех азербайджанцев с их Родины».

М.Масимов сообщил, что неоднократно был свидетелем армянского обмана и фальсификаций на региональных и международных мероприятиях: «На научных конференциях травматологов, проходивших в Москве и Пекине, армяне пытались распространять ложную и фейковую информацию. Я неоднократно разоблачал их мошенничество с помощью убедительных фактов. Армяне пропагандировали, что Азербайджан их уничтожает. Но, наоборот, Азербайджан всегда был сторонником мира».

По его словам, в медико-здравоохранительном секторе Западного Азербайджана выросло большое количество специалистов: “Однако в то время, азербайджанцев, работавших в медицинских учреждениях нынешней Армении, почти не было. Есть много причин для этого. Азербайджанцы вынужденно учились за пределами Армении. Цель одна – не допустить возвращения азербайджанцев в Армению. Мы всегда слышали от них оскорбления. По их мнению азербайджанец должен был быть трактористом, а армянин – танкистом.

Он, будучи председателем Совета старейшин сельской общины Шорджа Чамбаракского района Гейчинского махала, подчеркнул необходимость возвращения на Родину, высоко оценил проделанную работу по этому вопросу и заявил, что идет не только информационная, но и идеологическая война.

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество”, – по его мнению, он продвигает задачи, вытекающие из “Концепции возвращения”, подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось 9 апреля в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO