Mədəni 05.06.2024 22:35

“Göyçənin təbiəti Dədə Ələsgər kimi böyük şəxsiyyət yetişdirdi” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Deportasiya böyük dərddir, bizə çox pis təsir edib” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Ağkilsə kənd sakini Xətai Ələsgərlinin həyat hekayəsinə həsr olunub.

O, Ağkilsə kəndinin tarixindən, uşaqlıq, orta məktəb, gənclik illərindən, eləcə də 1988-ci ildə baş verən deportasiyadan söz açıb: “Kəndimizdə bir alban kilisəsi var idi. O, ağ daşdan tikildiyinə görə, rəngi ağ olduğuna görə Ağkilisə deyərdik. Bu, təxminən, haradasa 6-cı, 7-ci əsrdə inşa olunmuşdu. Onun qarşısında bir lövhə var idi. O lövhədə düzdür, ərəb əlifbası ilə yazılmışdı,- yazılar var idi. Uşaqlıq xatirələri hər zaman adamın gözünün qabağında olduqca canlanır. Uşaq olarkən qarın içərisində tunellər düzəldərdik”.

Onun sözlərinə görə, ermənilər Ağkilsədəki abidələri texnika ilə aparırdılar: “Ermənilər tarixi abidələr üzərindəki yazıları pozub öz əlifbaları ilə yazırdılar. Tarixi saxtalaşdırmaq həmişə ermənilərin xislətində olub. Onlar idmanda uğur qazanan uşaqlarımızın xlını bilərəkdən vermirdilər. Rayona gedəndə bizə kinlə baxırdılar”.

X.Ələsgərli doğulduğu kəndin məhəllələrini, təbiətini, bulaq və dağlarını xatırladıb, adətlərindən söz açıb: “Novruz bayramı çox maraqlı keçirdi. Martın 20-dən 21-də keçən gecəsi və yaxud da 21-dən 22-nə keçən gecə, gecə ilə gündüz bərabərləşəndə sulaşma olardı. Hər kəs bir-birini suluyardı. Kəndə qonaq gələndə qonşular növbə ilə qonaq çağırar, heyvan kəsərdilər. Göyçədə yazda gülün-çiçəyin iyisindən adam bihuş olardı. Göyçədə arıların səsi sanki bir musiqi idi. Musiqi eşidən kimi gözüm qabağına Göyçə gəlir. Orada qara zurnanın səsinə at belə oynayırdı”.

Ağkilsə sakini diqqətə çatdırıb ki, mənfur ermənilər bizim başımıza min bəla gətirib: “1988-ci ildə baş verən deportasiya bizə çox pis təsir etdi. Bu, insanlar üçün çox ağır, böyük dərddir.Deportasiyadan sonra sanki məhv olduq, qol-qanadımız sındı. Göyçə həsrətində qalan insanlar o dərdə dözə bilmədilər”.

O sonda Göyçə mühitinin mütləq qayıdacağına əminliyini bildirib: “Erməni vəhşiləri Ağkilsədə Aşıq Ələsgərin qəbirüstü abidəsini dağıtdılar. Ora qayıdanda ilk növbədə Aşıq Ələsgərin heykəlini bərpa edəcəyik. Biz inanırıq ki, mütləq Göyçəyə, o torpaqlara qaydacağıq. O gün gələcək və biz orada gözəl şərait yaradacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 5-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO