Hərbi 29.08.2024 19:29

Döyüş yoldaşlarını əsir düşməkdən xilas edən Qəhrəman - FOTO - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin anım günüdür.

Rakus.az xəbər verir ki, bununla əlaqədar Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində “23 yaşında qəhrəman – şəhidlik zirvəsinə ucalan Qorxmaz komandir” adlı süjet hazırlanıb.

Süjetdə Milli Qəhrəmanın qardaşı Şəmsi Abdullayev özünün həyat hekayəsində qəlbinin nuruyla əsgərlərini süsləyən, Vətən sevgisindən doğan igidlik nümunəsi olan Şövqiyarı xatırlayır:

“Məndən böyük qardaşım Azərbaycanın Milli Qəhrəmanı 1969-cu il təvəllüdlü Abdullayev Şövqüyar Cəmil oğlu 23 yaşında Birinci Qarabağ savaşında Azərbaycanın torpaqları uğrunda Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Ulu Öndərin təqdim etdiyi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Şəxsən o Milli Qəhrəmanlıq nişanını da, vəsiqəsini də mənim atama Ulu Öndər təqdim eləyib.

23 yaşında bir gəncin Vətən sevgisi, vətən həsrəti nə deməkdir mən indi anlayıram. Niyə məhz indi anlayıram, çünki o zaman çox kiçik idim. Şövqüyar o kəndən Sovet Ordusuna əsgərlik xidmətinə aparıldı və o əsgərlik xidməti çəkdiyi  dövrdə, 1988-ci ildə biz artıq deportasiyaya uğradıq. Şövqüyara məktub yazdıq ki, sən Bakıya gəl. O artıq kəndə gələ bilmədi. Onun içində olan o vətən məhəbbəti, onlara olan kin, torpaqdan qovulmağımızın kini ona imkan vermədi ki, o, sakit otursun.

O, Politexnik Universitetinin sonuncu kursu idi. Sonuncu kursu, sonuncu semestri qoydu könüllü şəkildə Milli orduya yazıldı və tank komandiri idi, tankçı idi. O Dronbon uğrunda gedən döyüşlərdə yoldaşlarını xilas edərkən şəhid oldu və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. İndi anlayıram ki, 23 yaşında bir gəncin bu qədər vətənə olan sevgisi və onlara olan o nifrəti nədən doğurmuş. Yəni vətən həsrəti, bir evdən çıxasan və deyəsən mən ora qayıdacam, və qayıda bilməyəsən, o yurdu itirmiş olasan. Bu həsrət sözsüz ki, onun içərisində o hissləri oyatmışdı”.

Süjet Baku TV-nin yutub kanalında yayımlanıb.

Xatırladaq ki, Şövqiyar Abdullayev 1969-cu il 5 apreldə Qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlib. 1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Politexnik İnstitutuna daxil olub. Birinci kursu bitirdikdən sonra hərbi xidmətə çağırılıb və bu xidməti Monqolustanda tank qoşunları tərkibində edib. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıdıb. 1992-ci ildə Dağlıq Qarabağda döyüşlər başlayanda o, yeni yaradılan Milli Orduya yazılıb, Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilib. Onun tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçib, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparıb. 1992-ci il 23 avqustda Gülablı kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəklikdən onun tank briqadası çıxarılaraq müəmmalı şəkildə Ağdərəyə, Dranbon kəndinin müdafiəsinə kömək üçün göndərilib. Az vaxt içərisində Dranbon kəndi erməni-rus birləşmələrinin müqaviməti qırılaraq azad edilib. Eyni zamanda, mühasirə halqasına düşmüş çox sayda piyada döyüşçülərimiz mühasirədən çıxarılıb. Dranbon kəndi uğrunda gedən döyüşlərdə təkbaşına qalan Şövqiyar Abdullayevin tankı bir neçə dəfə vurulub. Hər iki ayağından yaralanan tank komandiri Ağdam hərbi hospitalına göndərilib. Amma sağalmağa doğru gedən Ş.Abdullayev sonrakı müalicədən imtina edərək yenidən cəbhəyə qayıdıb. 1992-ci il 27 avqustda çox ağır döyüşdə o, öz yoldaşlarını əsir düşməkdən xilas edib, özü isə qəhrəmancasına şəhid olub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. 29 avqust 1992-ci ildə Bakının Şəhidlər xiyabanında dəfn edilib.

XƏBƏR LENTİ
Hərbi / 29.08.2024 19:29
Döyüş yoldaşlarını əsir düşməkdən xilas edən Qəhrəman - FOTO - VİDEO
Siyasi, Sosial / 29.08.2024 17:39
Yeni dövrə layiqli namizədlə
Siyasi / 29.08.2024 14:31
“Elmi, diplomatik və ictimai fəaliyyətimiz yalnız dövlətimizə və xalqımıza xidmət üçündür” – Rizvan Nəbiyev - FOTO
Siyasi, Təhlil / 29.08.2024 13:43
Moskva Zəngəzurla bağlı sirləri açır – ANONS
Siyasi, Sosial / 28.08.2024 22:08
Ağbulaq toponimləri və hidronimləri – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi / 28.08.2024 19:05
Əli Hüseynli Mingəçevirdə gənc seçicilərlə görüşüb - FOTO
Siyasi / 28.08.2024 18:59
Rizvan Nəbiyev: “Abşeronlu gənclərin xaricdə təhsil almasına nail olmalıyıq” - FOTO
Siyasi / 28.08.2024 16:00
Rayon seçiciləri: “Bizim seçim Tamam Cəfərovadır” - FOTO
Siyasi / 28.08.2024 14:56
Erməni Prezidentin adını dəyişdirdiyi kənd – ANONS - VİDEO
Elm və təhsil, Sosial / 27.08.2024 22:23
“Ermənilər Göyçə-Şəmşəddil bölgələrində qazıntıları fəallaşdırıb” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 27.08.2024 19:00
“Ermənistan başa düşməlidir ki, “yaxın qonşu uzaq qohumdan yaxşıdır” - VİDEO
Elm və təhsil, Maraqlı / 27.08.2024 14:18
Ermənilər Qərbi Azərbaycanı “qazır” – ANONS - VİDEO
Müsahibə / 27.08.2024 13:29
Sülh müqaviləsi İrəvana nə vəd edir? – ANONS - VİDEO
Siyasi / 27.08.2024 12:35
Rizvan Nəbiyev: “Şagird-millət vəkili dialoqu müsbət nəticələr verə bilər” - FOTO
Siyasi / 27.08.2024 12:20
Naqif Həmzəyev Yeni Gəncə yaşayış massivində seçicilərlə görüşüb – YENİLƏNİB - FOTO
Gündəm / 27.08.2024 11:40
Qərbi Azərbaycan İcması AŞPA ilə bağlı BƏYANAT yayıb
Siyasi / 27.08.2024 11:18
Biləcəri seçiciləri layiqli namizədinə səs verəcəklər - FOTO
Elm və təhsil, Müsahibə / 26.08.2024 22:29
“Mığrı rayonunun adı Muğ türk tayfasının adı ilə bağlıdır” - VİDEO
Siyasi / 26.08.2024 13:22
Gəncədə seçicilərin sevdiyi namizəd - FOTO
Siyasi / 25.08.2024 17:37
Seçicilər Hümbət Hüseynova inanırlar - FOTO
Mədəni / 24.08.2024 21:40
“Qərbi Azərbaycan geyimləri türk dünyasının tərkib hissəsidir” - FOTO - VİDEO
Siyasi / 24.08.2024 14:14
Tamam Cəfərova seçicilərlə görüşünü davam etdirir - FOTO
Mədəni / 24.08.2024 10:56
Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş konsert - FOTO
Maraqlı, Siyasi / 23.08.2024 22:01
“Raykomdan deyirdilər ki, Qazax tərəfə getməyin, ermənilər əlisilahlı yolda hazır durublar” - FOTO - VİDEO
Siyasi / 23.08.2024 19:30
Hümbət Hüseynovun seçicilərlə növbəti görüşü - FOTO
Müsahibə, Siyasi / 23.08.2024 17:35
Rizvan Nəbiyev: “Güclü təhsil al, özünə güvən, Qalib Dövlətdə yerini qazan” - VİDEO