“Azərbaycan öz xalqının təhlükəsizliyini təmin etmək üçün silahlanır” - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov olub.
O, dünyada gərgin hərbi-siyasi proseslər getməsi, yeni münaqişə, müharibə ocaqlarının yaradılması, gərginliyin artmasından söz açıb, bu il sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyevin çıxışında bir nömrəli vəzifənin hərbi gücün artırılması ilə bağlı düşüncələrini bölüşüb.
Onun sözlərinə görə, bu gün Ermənistanda xülyalarla yaşayan revanşist qüvvələr baş qaldırır: “Ermənistanda müşahidə olunan bu mənzərə Cənubi Qafqazda təhlükəsizliyə mənfi təsir göstərir. Ermənistan niyə və necə silahlanır? Bilirik ki, Ermənistan kütləvi surətdə silahlanır, böyük dövlətlərlə hərbi təlimlər keçirir. Bəzi Qərb dövlətləri Ermənistanı Azərbaycana qarşı yönəltmək üçün planlar hazırlayır, silah, sursat göndərir. Çünki Ermənistan bir-birinə zidd olan xarici güclərə arxalanır”.
Azərbaycanın öz xalqının təhlükəsizliyini təmin etmək üçün silahlandığını söyləyən hərbi ekspert vurğulayıb ki, müasir dünyada yalnız güclü dövlətlər öz suverenliyini qoruya bilər: “Müstəqillik hər bir dövlətin əsas məqsədidir. Azərbaycanın silahlı qüvvələri öz torpağını müdafiə etməyə qadirdir. İsti başları soyutmaq üçün Azərbaycanın gücü lazımdır”.
Ş.Ramaldanov “əgər Azərbaycan Ermənistandan real təhdid görərsə, indiki halda Ermənistandan təxribat gözləmək, hansısa yeni hərbi insidentlərin baş verməsi mümkündürmü” sualına cavabında diqqətə çatdırıb ki, Ermənistan qırmızı xətti keçərsə, Azərbaycan hərəkətə keçəcək. Hazırda Qərbi azərbaycanlıların qayıdışı məsələsi gündəmdədir. Gələcəkdə bu işin reallaşdırılması, təhlükəsizliyin yaradılması üçün hərbi amildən istifadə mümkünsüz deyil. Çünki qələm zərbəsi ilə həll olunmayanı məcbur etməklə həll etmək olar”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə oktyabrın 1-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.
XXX
«Азербайджан вооружается с целью обеспечить безопасность своего народа» – Хроника Западного Азербайджана
Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.
Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был военный эксперт, полковник запаса Шаир Рамалданов.
Он говорил о продолжающихся напряженных военно-политических процессах в мире, новых конфликтах, создании очагов войны и нарастании напряженности. 23 сентября этого года в выступлении Президента Ильхама Алиева на первом заседании Милли Меджлиса Азербайджанской Республики седьмого созыва было отмечено, что задачей номер один является наращивание нашей военной мощи. Рамалданов отметил, что сегодня в Армении возникают реваншистские силы, живущие в иллюзиях: “Ситуация, наблюдаемая в Армении, негативно влияет на безопасность на Южном Кавказе. Почему и как вооружается Армения? Мы знаем, что Армения массово вооружается и проводит военные учения с крупными державами. Некоторые западные страны готовят планы и отправляют оружие и боеприпасы, чтобы направить Армению против Азербайджана. Армения опирается на иностранные державы, которые противоречат друг другу».
Заявив, что Азербайджан вооружен для обеспечения безопасности своего народа, военный эксперт подчеркнул, что только сильные государства могут защитить свой суверенитет в современном мире: «Независимость – главная цель каждого государства. Вооруженные силы Азербайджана способны защитить свою землю. Сила Азербайджана нужна, чтобы остудить горячие головы».
На вопрос «Можно ли ожидать провокаций и каких-то новых военных инцидентов со стороны Армении?” Ш.Рамалданов отметил, что если Армения пересечет красную линию, то Азербайджан примет меры. В настоящее время на повестке дня стоит вопрос возвращения западных азербайджанцев. В дальнейшем не исключается возможность использования военного фактора для реализации этой работы и создания безопасности. Потому что то, что нельзя решить росчерком пера, решится методом принуждения».
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.
Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.
А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.
Интервью транслировалось 1 октября в 18:30 на YouTube канале и в 19:30 в эфире Baku TV на русском языке.