Qulluq etdiyi itlər onu parçaladı
Masaçusset ştatının Dayton şəhərində Rayan Heyzel ad-soyadlı 14 yaşlı yeniyetmə özünün qulluq etdiyi itlərin ona hücumu nəticəsində həlak olub. Heyzel bu itlərin sahibinin evinə gedib və oradan geri qayıtmayıb: itlər onu parçalayıb.
Rakus.az xəbər verir ki, polisin məlumatına görə, Heyzelin qonşusu onun cəsədini həyətdə tapıb. Oğlanın bədəninin müxtəlif hissələrində it dişlərinin çoxsaylı izləri olub. Dairə prokuroru Tomas Kuinin sözlərinə görə, oğlanın həlak olduğu ərazi son 15 ildə it təlimçiliyi 49 yaşlı ilə məşğul olan Skott Danmora məxsusdur. Hadisə zamanı Danmor Bostonda olub və ehtimal ki, oğlandan o gəlincə itlərə qulluq etməsini xahiş edib.
Prokuror hadisənin təfsilatı barədə bunu deyib ki, Heyzel Danmorun evinə öz nənəsi ilə bərabər qonşu Rehebort şəhərindən gəlib. Nənə maşında əyləşib nəvəsini gözləyirmiş. Heyzelin işi ən çoxu 45 dəqiqə vaxt tələb edirdi. Lakin bir saat keçib və Rayan qayıtmayıb… (Azərtac)