TEXNOXƏBƏR: Alfa-X güllə qatarı sınaqdan keçirildi - FOTO - VİDEO
Bu həftə, Yaponiyanın JR Şərq dəmiryolu şirkəti yüksək sürətli Alfa-X güllə qatarını təqdim edib. Onun sürəti saatda maksimum 400 kilometrə çatacaq və bununla da dünyanın ən sürətli kommersiya sərnişin qatarı olacaq.
Rakus.az xəbər verir ki, Ars Technica portalına görə, gündəlik sərnişinləri saatda 360 kilometr sürətlə aparacaq. Bu cümə günü, JR Şərq, sərnişinlər olmadan Alfa-X-ın ilk testini keçirib.
Bloomberg portalına görə, 10 vaqondan ibarət Alfa-X test mərhələsində, önümüzdəki üç il ərzində “Aomori və Senday şəhərləri arasında bir gecə reysiylə” hərəkət edəcək. JR Şərq şirkəti ümid edir ki, 2030-cu ilədək “Alfa-X-ı kommersiya reyslərinə çıxara biləcək”. Yaponiyanın Yapon xəbər agentliyi Japan News-xəbər verir ki, gələcəkdə güllə qatarının marşrutunun Sapporo şəhərinə uzadılması gözlənilir.
JR Şərq şirkətindən yeni güllə qatarının istismarının belə uzun sürdürməsi, rəqiblərin daha sürətli variantları tətbiq etməsinə səbəb ola bilər.
Yaponiyada ən yüksək sürətli qatarların yerini qısa müddətdə Tokio və Nagoya arasında qurulacaq olan maqnit qatarları ələ keçirə bilər. Onu 2027-ci ildə açacaqlar. Lakin, qəzet qeyd edir ki, bu cür qatarlar üçün xüsusi qapalı tunel xətləri lazımdır. Bunun sayəsində belə qatarların sürəti saatda maksimum 505 kilometrə çatacaq.
Ars Technica xatırladır ki, çox sayda startup-lar saatda 1000 kilometrdən çox sürətə çatmağa imkan verən, maqnit yastığı texnologiyasını istifadə edən, Hyperloop vakuum qatarlarını bazara çıxarmağa çalışır. Doğrudur, Ilon Mask 2013-cü ildə bu konsepsiyanı tanıdıqdan sonra dünyada bir neçə şirkət qapalı vakuum tunellərində çox yüksək sürətlə hərəkət edə biləcək kapsulların əsl prototiplərini təqdim edərək bu konsepsiyanın inkişafında ciddi irəliləyiş nümayiş etdirmişdir. Məsələn, Virgin Hyperloop One tərəfindən Las Vegasın yanında bir test xətt quruldu. 300 metrlik tunel içərisindəki son testlər zamanı Hyperloop kapsulunun prototipi saatda 387 kilometr sürət qazana bilib.
Virgin Hyperloop One-ın marketinq üzrə rəhbəri, Ryan Kelly, Ars Technica jurnalistləri ilə yazışmada deyib ki, “kapsulanın kommersiya versiyası sınaqlarda göstərildiyindən ən azı iki dəfə yüksək sürətlə hərəkət edə bilər”.
Alfa-X güllə qatarının sürücüsünün kabini
Alfa-X yeni güllə qatarına gəlincə, onun çox rahat dizaynı var. Qatarın burnunun uzunluğu 22 metrdir. Bu, külək müqavimətinin səviyyəsini azaltmaq üçün xüsusi olaraq düzəldilmişdir. Bloomberq həmçinin xəbər verir ki, adi əyləc sistemi ilə yanaşı, qatar “hava əyləcləriylə”, həmçinin sürəti azaltmaq üçün xüsusi maqnit plitələrlə təchiz olunacaq. JR East-a görə, xüsusilə zəlzələlər zamanı qatarın sallanmaması üçün Alfa-X qatar gülləsi və vaqonlar yüksək texnologiyalı amortizatorlar ilə təchiz olunacaq.