Təhlil 24.02.2025 14:40

Ankaranın Kiyevə vəkillik rolu – TƏHLİL

Keçmiş SSRİ-nin dağılması ilə dünyanın yenidən bölünməsi prosesi başlayıb. Bununla da təkqütblülük ortaya çıxıb. Dünyanın bir “böyük dövlət”in istəyi ilə idarə edilməsi düşüncəsi hakim kəsilməyə başlayıb.

Dəstəkləri ilə yaranan münaqişələri də onlar idarə edirlər. Halbuki münaqişələr əsasən, onların maraqlarının toqquşması nəticəsində baş verir. Başqa sözlə, güclər öz aralarında müharibəni kiçikli, böyüklü münaqişələrlə aparır. Postsovet məkanındakı mövcud münaqişələr də SSRİ-nin varisi, böyük dövlət olduğunu nümayiş etdirən Rusiya (ona bu qarşıdurmada Çin yardım edir) ilə Qərb bloku (ABŞ-nin başçılığı altında) arasında davam edir.

Gürcüstan, Ukrayna, Moldovadakı münaqişə və müharibələrin yaranma səbəbinə, hələ də sürməsinə nəzər salmaqla mənzərə aydın görünər. Bu qarşıdurmaların aradan qaldırılmasında böyük dövlətlərin, güclərin razılaşması istisna edilmir. Güclü iqtisadiyyat, geniş ərazi, qüdrətli ordu, demokratik idarəetmə sistemi böyük dövlət olmaq üçün hələ kifayət etmir. Bosniya, Kosovo, Suriya (Bəşşar Əsədin süqutu və İŞİD-in sıradan çıxarılması) Suriya, İraq, Liviya, Misir, Tunis, Fələstin (Qəzza zolağı), Livan (“hizbullah” faktoru) və s. ölkələrdə, bölgələrdə qarşıdurma, silahlı münaqişələr sübut edir ki, onların aradan qalxmasında böyük güclərin rolu həlledici olsa da, böyük dövlət olmaq istəyən dövlətlərin iştirakı problemlərin həllinə təkan verir. Azərbaycan torpaqları işğal altında olduğu illərdə rəsmi Ankaranın haqlı mövqeyi Ermənistanı və havadarlarını çəkindirirdi. Türkiyə bu mövqeyini Moldova və Gürcüstanın ərazi bütövlüyünü müdafiə edəndə sərgiləyib.

Keçmiş Yuqoslaviya dağılan zaman müsəlmanlara qarşı soyqırımı cinayəti baş verib. Bu cinayətin qarşısının alınmasında, ona qarşı çıxan əsas dövlət Türkiyə olub. Bu ona beynəlxalq münaqişələrdə sözün demək, böyük dövlət olmağa haqq etdiyini göstərmək üçün bir fürsət idi. Düzdür, əvvəllər də Türkiyə dünyanın bir sıra bölgələrində, məsələn, Koreya yarımadasındakı müharibədə də iştirak edib. Ancaq Cümhuriyyət yaranandan sonra bir sıra hadisələrə müdaxilə etməməklə özünü qoruma taktikasını seçib. Ancaq 1980-ci illərdən Türkiyəyə qarşı törədilən terror cinayətləri rəsmi Ankaranı özünə qapanmadan çıxardı. Dünyanın indiki aparıcı gücləri ilə eyni səfdə bir vaxtlar Osmanlı da olub.

Bu imperatorluq dağıdılandan sonra Türkiyənin başını daxili intriqalara qatmaqla onun aparıcılar sırasında yer almasına maneələr yaradılıb. 2000-ci ilin, yeni əsrin və eranın başlaması ilə Türkiyə üçün də yeni dövr başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Böyük Türkiyə”dən bəhs edəndə bəziləri onun Osmanlını bərpa etməyi hədəflədiyini iddia edirdi. Ancaq son on illərdə baş verənlər bunun doğruluğunu isbatlayır. 2013-cü il oktyabrın 22-də o, “X” səhifəsində yazmışdı: “Böyük dövlət olmağın yükü olduğu kimi bərəkəti də var. Yükdən qorxanlar nemətə nail ola bilməzlər”. Türkiyə Suriyanın, İraqın ərazi bütövlüyünün qorunması və dəstəklənməsində, Fələstinin tanınmasında, habelə Qəzza zolağına humanitar yardımın edilməsində, Liviya, Misir, Tunis hadisələrində tutduğu mövqe onun böyük dövlət olmaq imkanını artırıb. Torpaqlarının işğaldan azad olunmasında onun Azərbaycana verdiyi dəstək əvəzedilməz olub. Suriyada yeni qüvvələrin hakimiyyətə gəlməsi, Türkiyənin dövlət quruculuğunun bütün istiqamətlərində onlara dəstək vermək, yardım etmək istəyi də onun qlobal və regional nüfuzunu göstərir.

İŞİD terror qruplaşmasına qarşı mübarizədə NATO-dan olan müttəfiqləri ilə birgə mübarizəsi də artıq tarixə çevrilmiş hadisələrdəndir. Rusiya Ukraynada müharibəyə başlayanda rəsmi Ankara məsələnin dinc, danışıqlar yolu ilə həllinə dair təkliflər irəli sürdü. Ukraynanın taxıl ixracının qarşısını Rusiya alanda da Türkiyə tərəflər arasında uğurlu vasitəçilik etmişdi. Fevralın 18-də Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətinin görüşdüyü gün Ukrayna lideri Volodimir Zelenski Türkiyəyə səfər edib. Dövlət başçılarının görüşündə strateji tərəfdaşlığın bütün aspektləri nəzərdən keçirilib, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılası lazım olan addımlar müzakirə olunub. Səfər çərçivəsində həmçinin Ukraynada baş verən son hadisələr, başqa regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rəcəb Tayyib Əroğan ukraynalı həmkarı ilə görüşdən sonra NATO-nun baş katibi Rütte ilə danışıqda görüşüb.

O, Rusiya-Ukrayna savaşının başa çatması üçün əlindən gələni etdiyini, bununla bağlı dünyanın bir çox liderləri ilə təmasda olduğunu söyləyib. Ukrayna Prezidenti Türkiyədən təhlükəsizliyə təminat almaq üzərində işləməyi planlaşdırır. O, Ukrayna və Türkiyə ordusunun Avropada ən güclü olduğunu da vurğulayıb: “Bu, bir faktdır və ona görə də əlaqələrimizi qoruyub saxlamağımız vacibdir”. Xəbərlərə əsasən, Ərdoğanla Zelenski arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın davam etməsinə dair müzakirə olub. Rusiya Krımı işğal və ilhaq etdikdən sonra 2014-cü ildə tərəflər arasında hərbi sahədə əməkdaşlıq başlayıb. 2022-ci ildən bu sahədə əməkdaşlığın fərqli istiqamətdə inkişaf etdiyi bildirilib. Türkiyə Ukraynaya dronlar tədarük və orada bu qurğuların zavodunun tikintisinə yardım edib. “Bayraktar” və korvetlər istehsal edəcək zavodları 2025-2026-cı illərdə istismara veriləcəyi gözlənilir.

Yeri gəlmişkən 2024-cü ilin martında Volodimir Zelenski İstanbula səfəri zamanı müdafiə şirkətləri müəyyən razılaşmalar imzalayıb. Onda tərəflər arasında Rusiya-Ukrayna müharibəsinin gedişi, Qara dənizdə vəziyyət və taxıl dəhlizi, dayanıqlı sülhün əldə edilməsi yollarının axtarılması kimi məsələlər müzakirə edilib. Ukrayna müharibəsi ABŞ ilə Avropa İttifaqı arasında da ziddiyyət yaratdığından bu istiqamətdə vəziyyət daha da ağırlaşıb. Rəsmi Vaşinqton Ukrayna prezidentinə seçkiyə getmək və atəşkəslə bağlı təzyiqlər edir. Rusiya Prezidenti Vladimir Putin üçillik izolyasiyadan çıxır. Avropa İttifaqı Zelenskini müdafiə edir. Belə qarışıq vəziyyətdə Türkiyə “dünyada sülh” prinsipinə əsasən Ukraynanın ərazi bütövlüyü çərçivəsində münaqişənin danışıqlar yolu ilə həllini istəyir. Rəsmi Kiyev ABŞ, RF ilə danışıqlarda Türkiyənin də iştirakı təklifinin irəli sürür.

Ukrayna hakimiyyəti Vaşinqton və Moskvanın məsələnin həllində obyektivliyinə haqlı olaraq etibar etmir. Fransanın ötən üç ildə müharibə ilə bağlı səbatsız, dəyişkən mövqeyinə, Almaniyanın Rusiya ilə son ilədək əməkdaşlıq etdiyinə görə Avropa İttifaqına etibarı azdır. O da doğrudur ki, Böyük Britaniya, Almaniya və Fransa Donald Trampın indiki şəraitdə Ukraynada prezident seçkisinin keçirilməsinə dair təkidini qəbul etmir. Bu şəraitdə seçkilərin keçirilməsinin doğru olmadığını bildirirlər. Bununla belə Kiyev onlara axıradək etibar etmir. Türkiyə bütün bu qüvvələrlə eyni məsafədə yaxındır.

Rəsmi Ankara Ukrayna-ABŞ, Ukrayna-Rusiya, Ukrayna-Avropa İttifaqı arasında anlaşılmazılıqların aradan qaldırılmasında Kiyevə vasitəçilik edə bilər. Başqa sözlə, Türkiyə yaxın dövr üzrə Ukrayna dövlətinin vəkili ola biləcək. Zelenski Səudiyyə Ərəbistanındakı görüşə dəvət almamasını “sürpriz” adlandırıb. Elə ona görə də Türkiyəyə səfər etməklə etibar etdiyi dövləti bütün tərəflərə göstərib. Türkiyə Suriyanın ərazi bütövlüyünü müdafiə etməsi, bu ölkədə terror qarşı mübarizədə hakimiyyət gələn qüvvələrlə əməkdaşlıq edəcəyini bildirməklə böyük dövlət istəyinin təsadüfi olmadığını bir daha təsdiqləyib. Ukrayna onun üçün yeni bir sınaqdır. Onun Rusiyaya qarşı müharibə aparmayacağı istisna deyil. Ankara regional və qlobal səviyyədə etibar və etimadından istifadə etməklə vasitəçilik missiyasının üzərinə götürə bilər. Bunun üçün Türkiyənin sammitə ev sahibliyi etmək təklifi də şəraitin sifarişi sayıla bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada müharibənin başlamasının üçüncü ildönümü günü Türkiyəyə səfər edib. O, Ankarada Ukrayanda müharibənin dinc yolla tənzimlənməsi, Suriyadakı vəziyyəti müzakirə edəcək.

Türkiyə bu Ərəb Respublikası ilə bağlı məsələlərdə aparıcı rol oynayır. Ankaranın hər iki məsələdə Kremlin bu mövqeyinə görə XİN başçısı Türkiyədədir.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Elm və təhsil / 07.02.2026 23:37
Azərbaycanın alt qatlarında gizlənən 5000 illik tarixi - VİDEO
Siyasi, Sosial / 06.02.2026 23:58
“Dörd yaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.02.2026 14:22
“Bizim də yurd həsrətimiz bir gün bitəcək” – Şakir Mikayılovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 05.02.2026 22:38
“Erməni ritorikasında yeni xətt: sülh adı ilə dilənçilik” - VİDEO
Siyasi / 05.02.2026 14:22
İrəvanın qorxusu: torpaq, yoxsa həqiqət? – ANONS - VİDEO
Siyasi / 04.02.2026 23:43
“Osmanlıda alınmayan planlar Cənubi Qafqaza daşındı” - VİDEO
Siyasi / 04.02.2026 14:22
“Çar Rusiyası erməni terroruna niyə dözdü?” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO