Şou 14.05.2019 18:36

Samirə 2-ci dəfə ərə gedir

Azərbaycanlı meyxanaçı-müğənni Samirə Yusifqızı 2-ci dəfə ailə qurur.

Rakus.az xəbər verir ki, bu barədə  xanım meyxanaçı özü məlumat verib. O bildirib ki, ailə quracağı şəxs iş adamıdır: “Ailə quracağım şəxs Azərbaycan vətəndaşı deyil, əcnəbidir. İmkanlı şəxsdir. Adının açıqlanmasını istəmir. Evlilik təklifi etdi, düşündüm və müsbət cavab vermək qərarına gəldim. Onun imkanlı olması bu qərarımı verməkdə rol oynadı. Çünki imkan olmayanda ailədə söz-söhbətlərə səbəb olur. Demirəm ki, o milyonçu olmalıdır. Sadəcə ailəyə baxa biləcək gücü olmalıdır. Gördüm ki, o, ailəsindən savayı bir neçə ailəyə baxa bilər, mən də razı oldum. Mənə və sənətimə qadağalar qoymur. Sənətimi başa düşüb və məni bu sənətimlə qəbul edən adamdır. Ona görə də bu evliliyə razı oldum”.

İfaçı bildirib ki, seçimində yaxınlarının da rolu böyük olub: “Oğlum böyüyüb, qızım da ailə qurub. Hərə özü üçün sağ olsun. Yaşlananda insana ürək sirdaşına ehtiyacı olur. Həyat yoldaşım dünyasını dəyişəndən sonra ailə qurmayacağımı demişdim. Mən qocalanda, xəstələnəndə uşaqlarım, doğmalarım gələnə qədər, yanımda bir həyat yoldaşına ehtiyacım var. Heç olmasa o anda mənə bir stəkan çay verən olsun. Yaxınlarımla bir masa arxasında bu mövzunu müzakirə etdik və bir qərara gəldik ki, “hə” deyim. Anamın, övladlarımın razılığı olmasaydı, mən onunla ailə qurmazdım”.

S.Yusifqızı bu qərarına görə onu qınayacaq olan insanlara da sözünü deyib: “Mənim nə yaşım var ki? Ailə qurmaq yaşa baxmır. İnsanın şəxsiyyət vəsiqəsində göstərilən doğum tarixi ilə ürəyi bir ola bilməz. Əgər bir insanın ürəyi cavandırsa,  ruhunu cavan hiss edirsə, enerjilidirsə, ona yaşlı demək olmaz. Özümə yaşlı insan kimi baxmıram. İncəsənət sahəsində elə insanlar var ki, 75 yaşları var, amma özlərini 50 yaşındakı kimi təqdim edirlər və ailə qururlar. Niyə mən ailə qurmayım ki? Məni tənqid edənlər sabah mənə nə çörək, nə də su verməyəcək. Hər kəs ilk öncə öz ailəsinin problemlərini çözsün, daha sonra gəlib mənim həyatımı müzakirə etsin. Mənə pis rəy yazanlara demək istəyirəm ki, ilk öncə özünüzü mənim yerimə qoyun, daha sonra nəsə yazın”.

Müğənni sonda bildirib ki, gələcək həyat yoldaşı evli olub: “O, evli olub, yoldaşı rəhmətə gedib. Çoxdandır ki, mənlə evlənmək fikri var idi. Nəhayət razı oldum”.

Xatırladaq ki, S.Yusifqızı 11 il ailəli olub. Həyat yoldaşı toyda oynayan zaman dünyasını dəyişib. Onun bu evlilikdən bir qızı və bir oğlu var. İfaçı bildirib ki, oğlu və qızını evləndirib, nəvələri var. (ATV.az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO