Siyasi 20.06.2025 22:25

“Ləlvər dağından axan sudan limonad düzəldirdik” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilər sənədlərə adlarımızı qəsdən səhv yazırdılar” adlı veriliş əslən Loru mahalı Allahverdi rayonunun Şamlıq qəsəbə sakini Sona Əliyevanın həyat hekayəsinə həsr olunub.

O, 1957-ci ildə anadan olduğunu, uşaqlıq, orta məktəb illərini, kənd həyatını xatırladıb: “Ləlvər dağının ətəyindən çıxan sudan limonad düzəldirdik. Müşədən meyvə, bənövşə, nərgiz, lalə, çöl armudu, fıstıq, kəklikotu, nanə-cövhər, yarpız, əvəlik yığardıq. Şamlıq şəhərtipli qəsəbə idi və 19 millət yaşayırdı. Erməni ailəsi çox az idi, əsasən, yunanlar və azərbaycanlılar idi. Məktəblərarası yarışlarda azərbaycanlılar ilə yunanlar birlikdə qalib gələndə ermənilərin dava salırdılar. Ermənilər azərbaycanlıların doğum haqqında şəhadətnəməsini qəsdən səhv yazırdılar. Bizim öz doğma soyadımız Səfixanova  olmalıdır, amma Sepxanova yazıblar. Müəllim mənimlə mübahisə edirdi ki, sizin soyad Sepxanyan olmalıdır. Deyirdim, necə olur, ana-ata azərbaycanlı, müsəlman, Sepxanyan necə ola bilər?!”

Onun sözlərinə görə, nənəsi çörək bişirəndə həmişə ermənilərə verirdi ki, yazıqdılar, qoy yesinlər: “Amma onlardan bizə qarşı qarşılıqlı bir şey olmayıb. Novruz bayramını həmişə təmtaraqlı keçirirdik, Bütün qonşulara, yunanlara qabda pay göndərərdik. Bizim aramızda fərqlilik yox idi”.

Şamlıq sakini deportasiya həyatından da söz açıb: “1988-ci ilin dekabrında azərbaycanlıları qovdular: “Bizim orada kənd sovetinin sədri yunan idi. O  atama dedi ki, bizə xəbər gəlib, çıxmalısınız. Ermənilər kəndlərə silahlı basqın edəcəklər. Atam, anam heç bir əşya götürmədən Axtala meşələri ilə Sadaxlıya gəldilər. Ayağı protez olan qohumumuz əşyalarını Allahverdi rayonundan keçən yol ilə aparmaq istəyirdi. Qızı ilə rayondan keçəndə  ermənilər hücum edib əşyalarını yandırıb, onlara işgəncə verdilər”.

S.Əliyeva sonda Vətənə qayıdış istəyindən bəhs edib: “Vətəni unutmaq mümkün deyil. Orada dünyaya göz açmışam, təmiz hava udmuşam, saf meyvələr yemişəm, bulaqdan su içmişəm. Vətəni heç nəyə dəyişmək olmaz. Orada qəbirlərimiz var, ata-baba yurdumuzdur. Biz o yerlərə mütləq qaydacağıq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 20-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 20.06.2025 22:25
“Ləlvər dağından axan sudan limonad düzəldirdik” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.06.2025 13:22
“Nənəm çörək bişirəndə ermənilərə də verirdi…” – Sona Əliyevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 19.06.2025 22:50
“İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək” - VİDEO
Siyasi / 19.06.2025 14:36
İrəvanın İran təlaşı – ANONS - VİDEO
Elm və təhsil / 18.06.2025 22:47
“Azərbaycanın böyük mədəniyyət mərkəzi Qərbi və Cənubi Azərbaycan olub” - VİDEO
Elm və təhsil / 18.06.2025 13:44
“Şumerlər türk mənşəlidir” – ANONS
Siyasi, Sosial / 17.06.2025 22:35
Aşağı Qarabağlar, Aşağı Qaraqala, Aşağı Qaranlıq – türk tarixinin izi - VİDEO
Sosial / 17.06.2025 14:32
Başqa adı Çimənkənd olan türk yurdu – ANONS - VİDEO
Müsahibə / 16.06.2025 22:43
“SSRİ dövründə Ermənistan iqtisadiyyatı Azərbaycandan asılı olub” - VİDEO
Elm və təhsil / 14.06.2025 22:49
“Türklərin qədim adları oğuzlar olub” - VİDEO
Siyasi, Sosial / 13.06.2025 22:36
“Hələ 1977-ci ildə marşal Bağramyan demişdi ki, türkləri qovacağıq” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.06.2025 14:29
“Sallı həsrəti ilə böyüyən Afaq Mustafayevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 12.06.2025 22:37
“Ermənistanın Milli Arxivindən Qərbi Azərbaycanla bağlı materiallar Azərbaycana verilib” - VİDEO
Təhlil / 12.06.2025 13:34
İrəvan təşvişdə – ANONS - VİDEO
Elm və təhsil / 11.06.2025 23:10
“Türk mədəniyyətinin izləri Qafqazda 6 min ildir var” - VİDEO
Elm və təhsil / 11.06.2025 13:22
Türk tarixini dəyişdirən sikkə – ANONS - VİDEO
Mədəni / 11.06.2025 12:44
Bəstəkar Ruhin İsmayılov Londonda “Böyük Mükafat”a layiq görülüb - FOTO - VİDEO
Siyasi, Sosial / 10.06.2025 22:33
Aşağı Axtala, Aşağı Bədili, Aşağı Qanlıca – türk tarixinin izi - VİDEO
Siyasi, Video müsahibə / 10.06.2025 19:59
“Ermənilərin fikri: “Azərbaycanlıların qayıdışı erməni dövlətçiliyinin sonudur” - VİDEO
Sosial / 10.06.2025 14:35
Yunanların yerləşdirildiyi türk yurdu – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 10.06.2025 13:22
“İrəvanda daxili siyasi gərginlik artır” – ANONS - VİDEO
Müsahibə, Mətbuat / 09.06.2025 22:28
“Göyçəni görmək, oradan reportaj hazırlamaq istəyirəm” - VİDEO
Gündəm / 06.06.2025 00:01
Azərbaycanda Qurban bayramı qeyd olunur
Siyasi, Təhlil / 05.06.2025 22:29
“Paşinyan seçkilərdə əlavə 10 faiz səsi Qərbi Azərbaycanlılardan toplamağa çalışır?“ - VİDEO
Siyasi, Təhlil / 05.06.2025 14:21
Alen Simonyanın iddiası: “Azərbaycanlılar qayıdır” – ANONS
Hərbi, Sosial / 05.06.2025 00:02
Susuzluq kəndi şəhidləri xatirə lövhəsində yaşadır - FOTO