Müsahibə 01.07.2025 10:22

“Ermənilər Azərbaycanda yaşamaq hüququnu özləri itiriblər” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev olub.

O, ata-baba yurdundan – Qərbi Azərbaycanın Allahverdi rayonunun Böyük Ayrım kəndindən söhbət açıb. Bildirib ki, 17 yaşı tamam olana kimi bu kənddə yaşayıb, sonra isə təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlib. Müsahibin sözlərinə görə, Böyük Ayrım kəndi çox səfalı təbiətə malik olub. Təbii mənzərələrinə görə Azərbaycanın Xankəndi şəhəri ilə oxşarlıq təşkil edib. Böyük Ayrım kəndinin dörd bir tərəfi uca dağlarla əhatələnib, həmçinin mülayim havası, gur axan çayları, kənd təsərrüfatı üçün münbit torpağı olub. Azərbaycan türkləri bu qədim yaşayış məntəqəsində tarixən yurd salıb, yaşayıb-yaradıblar. Təsadüfi deyil ki, Allahverdi rayonundakı coğrafi adlar Azərbaycan türklərinin adı ilə bağlıdır.

Millət vəkili E.Musayev Allahverdi rayonunda qədim Alban kilsələrinin olmasına diqqət çəkib. Qeyd edib ki, Qarakilsədəki kilsədən ermənilər ayaqyolu kimi istifadə ediblər. Bu faktın özü bir daha sübut edir ki, Qərbi Azərbaycandakı tarixi kilsələrin ermənilərə aidiyyəti yoxdur. Çünki heç bir millət özünə məxsus olan dini-tarixi abidəni bu qaydada təhqir etməz. O, sovet illərində ermənilərin soydaşlarımıza qarşı ayrı-seçkiliyinə dair faktları da dilə gətirib. Deyib ki, o dövrdə azərbaycanlıların yüksək vəzifələrə təyinatı qeyri-mümkün olub. Soydaşlarımızın say baxımından üstünlüyü, o cümlədən orta məktəblərdə azərbaycanlı şagirdlərin çoxluğu daim erməniləri narahat edib. Hətta orta məktəbdə azərbaycanlı generalların şəkilləri asıldığı üçün ermənilər böyük səs-küy salıblar. 1987-1991-ci il hadisələrində isə silahlı ermənilər kəndlərə basqın edib azərbaycanlıları öldürüblər.

“Vətən doğulduğun kənddən başlayır”, – söyləyən BAP sədri rəhbərlik etdiyi partiyanın Qərbi Azərbaycan məsələsinə münasibətini də diqqətə çatdırıb. Söyləyib ki, ötən əsrdən bu yana Azərbaycandan zorla qoparılmış tarixi torpaqlarımız geri qaytarılmalıdır. Yalnız bu halda tarixi ədalət bərpa oluna bilər. E.Musayev vurğulayıb ki, ermənilər Azərbaycanda yaşamaq hüququnu özləri itiriblər. Onun qənaətincə, Paşinyan hakimiyyəti hazırda Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır deyil. Erməni hökumət başçısının məqsədi prosesi müxtəlif bəhanələrlə uzatmaqdır. Buna görə də Ermənistanla güzəşt dilində danışmaq olmaz.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Müsahibə iyunun 30-da saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə / 01.07.2025 10:22
“Ermənilər Azərbaycanda yaşamaq hüququnu özləri itiriblər” - VİDEO
Siyasi, Təhlil / 26.06.2025 23:11
“Paşinyanın İstanbul səfərinin pərdəarxası – Ermənistan “Turan”a qoşulur” - VİDEO
Siyasi / 26.06.2025 14:26
Ermənistan “Turan”a qoşulur – ANONS - VİDEO
Elm və təhsil / 25.06.2025 22:13
“Vikinqlər Azərbaycan ərazisindən köçən prototürklərin davamçılarıdır” - VİDEO
Elm və təhsil / 25.06.2025 13:49
“Etrusk yazıları türkcədir” – ANONS
Siyasi, Sosial / 24.06.2025 22:09
Aşağı Qarakoymaz, Aşağı Qaraçimən, Aşağı Qarxın – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Siyasi / 24.06.2025 19:00
“İndiki İrəvanın gerbindəki rəmzlər İrəvan xanlığının bayrağından qəbul edilib” - VİDEO
Sosial / 24.06.2025 14:34
Qarxın tayfasının qurduğu yurd yeri – ANONS - VİDEO
Elm və təhsil / 24.06.2025 13:22
İrəvan gerbindəki türk rəmzləri – ANONS
Müsahibə / 23.06.2025 23:04
“Sayat Nova Azərbaycan dilinin incəliklərinə dərindən bələd olub” - VİDEO
Elm və təhsil / 23.06.2025 11:27
Tarixçi alim beynəlxalq konfransda Azərbaycan xanlıqlarından danışıb
Elm və təhsil / 21.06.2025 22:11
“Qıpçaqlar Qafqazda Albaniya sivilizasiyasını yaradıblar” - VİDEO
Siyasi, Sosial / 20.06.2025 22:25
“Ləlvər dağından axan sudan limonad düzəldirdik” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.06.2025 13:22
“Nənəm çörək bişirəndə ermənilərə də verirdi…” – Sona Əliyevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 19.06.2025 22:50
“İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək” - VİDEO
Siyasi / 19.06.2025 14:36
İrəvanın İran təlaşı – ANONS - VİDEO
Elm və təhsil / 18.06.2025 22:47
“Azərbaycanın böyük mədəniyyət mərkəzi Qərbi və Cənubi Azərbaycan olub” - VİDEO
Elm və təhsil / 18.06.2025 13:44
“Şumerlər türk mənşəlidir” – ANONS
Siyasi, Sosial / 17.06.2025 22:35
Aşağı Qarabağlar, Aşağı Qaraqala, Aşağı Qaranlıq – türk tarixinin izi - VİDEO
Sosial / 17.06.2025 14:32
Başqa adı Çimənkənd olan türk yurdu – ANONS - VİDEO
Müsahibə / 16.06.2025 22:43
“SSRİ dövründə Ermənistan iqtisadiyyatı Azərbaycandan asılı olub” - VİDEO
Elm və təhsil / 14.06.2025 22:49
“Türklərin qədim adları oğuzlar olub” - VİDEO
Siyasi, Sosial / 13.06.2025 22:36
“Hələ 1977-ci ildə marşal Bağramyan demişdi ki, türkləri qovacağıq” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.06.2025 14:29
“Sallı həsrəti ilə böyüyən Afaq Mustafayevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 12.06.2025 22:37
“Ermənistanın Milli Arxivindən Qərbi Azərbaycanla bağlı materiallar Azərbaycana verilib” - VİDEO
Təhlil / 12.06.2025 13:34
İrəvan təşvişdə – ANONS - VİDEO