Müsahibə 19.05.2025 22:40

“Azərbaycanlıların 52 faizi yenidən Qafana qayıtmışdı” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, yazıçı-publisist, jurnalist Tamxil Ziyəddinoğlu olub.

O, Qərbi Azərbaycanın Qafan rayonundan söhbət açıb. Bildirib ki, Qafan Zəngəzurda azərbaycanlıların tarixən ən geniş məskunlaşdığı rayon olub. Onun sözlərinə görə, tarixi mənbələrdə bu yaşayış məntəqəsində məskunlaşma eramızdan əvvəl VI əsrə aid edilir. Sovet hakimiyyəti illərində Zəngəzur qanunsuz olaraq Ermənistana verildikdən sonra Qafan rayonu inzibati ərazi kimi 1930-cu il sentyabrın 9-da təşkil olunub. Qafan rayonu Qubadlı, Qarakilsə, Gorus, Meğri, Ordubad və Zəngilan rayonları ilə həmsərhəddir.

Müsahib deyib ki, gözəl təbiəti, şəfalı havası, bulaqları, çayı ilə Qafan Qərbi Azərbaycanın dilbər guşələrindən biri olub. Bu rayonun Gığı dərəsi adlanan ərazisindəki 18 kənddə ancaq Azərbaycan türkləri yaşayıb. Həmin kəndlərdən biri Kuruddur. Bu yaşayış məntəqəsində də milli-mənəvi dəyərlər, o cümlədən Novruz adət-ənənələri insanlar tərəfindən qorunub, hər il yüksək səviyyədə qeyd edilib.

Ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiyasından, ayrı-seçkiliyindən danışan T.Ziyəddinoğlu diqqətə çatdırıb ki, Ermənistan dövləti şüurlu şəkildə soydaşlarımız yaşayan kəndlərdə bir sıra problemlər yaradıb, insanları basqı altında saxlayaraq ata-baba yurdunu tərk etməyə məcbur qoyub. Məktəblərdə erməni dili bilərəkdən tədris edilməyib ki, azərbaycanlılar rəsmi dövlət dilini bilməsinlər və gələcəkdə İrəvanda, həmçinin digər bölgələrdə iş tapa bilməsinlər. Yazıçı-publisistin dediyinə görə, ötən əsrin əvvəlində Andranik Ozanyanın quldur dəstəsi Oxçu camaatını kənd məscidinə doldurub diri-diri yandırıblar. Bütün bu faciələrə baxmayaraq, qaçqınlıqdan sonra Qafanın azərbaycanlı sakinlərinin 52 faizi yenidən ata-baba yurduna qayıdıb. Bunun qarşısını almaq üçün Anastas Mikoyanın tapşırığı ilə ermənilər soydaşlarımıza qarşı fiziki, mənəvi, psixoloji təzyiqləri daha da artırıblar.

1987-1991-ci il hadisələrinə toxunan T.Ziyəddinoğlu söyləyib ki, o dövrdə azərbaycanlı əhalinin mərkəzlə əlaqəsini kəsmək üçün ermənilər kənd yollarına rus tanklarını yerləşdiriblər. Öz ev-eşiyindən zorla qovulan azərbaycanlıların mal-mülkü əllərindən alınıb. Ermənilərin bu özbaşınalıqlarından mətbuatda yazmaq istəyəndə isə buna imkan verilməyib, “xalqlar dostluğuna” xələl gələr deyə, qarşısı müxtəlif bəhanələrlə alınıb. Müsahib vurğulayıb ki, o qanlı-qadalı illərdə baş verənlərə Fərman Kərimzadə və Hafiz Baxışın ürəyi dözməyib. Hər iki şəxs bizim şəhid ziyalılarımızdır.

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü T.Ziyəddinoğlu sonda qeyd edib ki, Qarabağa qayıtdığımız kimi, Qafana da mütləq qayıdacağıq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 19-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO