Siyasi 10.07.2025 23:35

ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Ermənistan Türkiyə ilə münasibətləri niyə normallaşdırmağa çalışır?” adlı süjetdə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə toplantısından, Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəviyə çıxarılmasından bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycana qayıdışla bağlı hədəflər Xankəndidən edildi. Zirvə toplantısında Prezident İlham Əliyevin çıxışı, xüsusilə Qərbi Azərbaycanla bağlı dedikləri soydaşlarımızın öz ata-baba yurduna qayıdışının real olduğuna bir daha əminlik yaradır. Bu, həm İƏT-ə üzv ölkələrinə Qərbi Azərbaycan məsələsinin təqdim edilməsi, həm də bu məsələnin beynəlxalq müstəviyə çıxarıldığı mesajının verilməsi deməkdir.  İƏT-in 17-ci Zirvə toplantısının yekunlarına dair qəbul edilən Xankəndi Kommunikesində də Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib.

Qeyd olunur ki, Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəviyə çıxarılması və qəbul edilməsi Ermənistanda narahatlıqla izlənilir. Ermənistan mediasının “ictimai xadim” kimi təqdim etdiyi Armen Hovasapyan deyir ki, Qərbi Azərbaycan ifadəsi beynəlxalq ritorikaya tam şəkildə daxil edilib və bu reallıqlar Paşinyan hakimiyyətinin bacarıqsızlığının nəticəsidir.

Diqqətə çatdırılır ki, Ermənistanda əsas müzakirə mövzularından biri də Zəngəzur dəhlizi ətrafında baş verənlərdir.  “Karnegi” Fondunun yayımladığı “Ermənistan Türkiyə ilə münasibətləri niyə normallaşdırmağa çalışır?” adlı məqalədə qeyd olunur ki, Cənubi Qafqazda həll olunmamış əsas məsələ Asiyanı Avropa ilə birləşdirən nəqliyyat marşrutlarının taleyidir: “Bu marşrutların bəziləri Ermənistandan da keçə, Türkiyəni Azərbaycanla, daha sonra Ankaranın xüsusi marağı olan Mərkəzi Asiya ilə birləşdirə bilər. Ermənistan üçün bu layihədə iştirak son dərəcə vacibdir”.

Azərbaycan üzrə erməni ekspert Armine Adibekyanın fikrincə, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizi məsələsində razılaşacaq: “Paşinyan hakimiyyətinin icra edəcəyi tələblərdən biri də 300 min azərbaycanlının geri qayıtmasıdır. Onlar Paşinyanın yeni seçiciləri olacaqlar və daha sonra muxtariyyət məsələsi gündəmə gələcək”.

Sonda vurğulanır ki, baç verən hadisələr bunu deməyə əsas verir: “Zəngəzur dəhlizinin açılması, Qərbi Azərbaycana qayıdış yaxın gələcəkdə reallaşa bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında iyulun 10-da saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO
Mədəni, Sosial / 04.07.2025 13:54
“Kliplərimi Nüvədidə çəkəcəm” – Sevinc Abbasovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 03.07.2025 22:43
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları” - VİDEO
Siyasi / 03.07.2025 14:40
İrəvanda çevriliş planı – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2025 22:33
“Piotrovski ermənilərin qədim sikkə yalanını ifşa etdi” - VİDEO
Elm və təhsil / 02.07.2025 14:31
Ermənilərin 12 min yalanı – ANONS
Siyasi, Sosial / 01.07.2025 22:59
Aşağı Qızqala, Aşağı Qoylasar, Aşağı Qulubəyli, Aşağı Darğalı – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 01.07.2025 19:12
“Xalçalarda ikibaşlı və üçbaşlı quşların simvollarının mənası” - VİDEO
Sosial / 01.07.2025 14:35
Çarın erməniləşdirdiyi yaşayış məskəni – ANONS - VİDEO
Mədəni / 01.07.2025 13:22
Zəngəzurda deşifrə edilmiş rəmzlər – ANONS - VİDEO
Müsahibə / 01.07.2025 10:22
“Ermənilər Azərbaycanda yaşamaq hüququnu özləri itiriblər” - VİDEO
Siyasi, Təhlil / 26.06.2025 23:11
“Paşinyanın İstanbul səfərinin pərdəarxası – Ermənistan “Turan”a qoşulur” - VİDEO
Siyasi / 26.06.2025 14:26
Ermənistan “Turan”a qoşulur – ANONS - VİDEO
Elm və təhsil / 25.06.2025 22:13
“Vikinqlər Azərbaycan ərazisindən köçən prototürklərin davamçılarıdır” - VİDEO
Elm və təhsil / 25.06.2025 13:49
“Etrusk yazıları türkcədir” – ANONS
Siyasi, Sosial / 24.06.2025 22:09
Aşağı Qarakoymaz, Aşağı Qaraçimən, Aşağı Qarxın – türk tarixinin izi - VİDEO