Siyasi 08.07.2025 22:23

Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “İran ermənilərinin məqsədli yerləşdirildiyi məkan” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı toponimi haqqında söz açılır.

Bildirilir ki, indi adına Ermənistan deyilən Qərbi Azərbaycan bütünlüklə tarixi Azərbaycan ərazisidir: “Tarix boyu burada xalqımızın övladları yaşayıb yaradıblar. 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra bu yerlərə kütləvi şəkildə köçürülən ermənilər XIX əsrin axırlarından başlayaraq Azərbaycan torpaqlarının yaddaşı olan qədim coğrafi adları dəyişdirməyə başlayıblar.

Aşağı Əylənli – Karpibasar mahalının Üçkilsə, sonra Eçmiədzin adlandırılan  rayonda kənd olub. Kəndin digər adı Əylənli-Yasaxlu olub. Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşayıblar. 1826-1830-cu illərdə kəndə İrandan köçürülən ermənilər yerləşdirilib. Azərbaycanlılar 1890-cı illərdə sıxışdırılaraq tarixi-etnik torpaqlarından qovulublar. 1946-cı ildə kəndin adı dəyişdirilib Lenuği, yəni Lenin yolu qoyulub.

Aşağı Əli qrıx – Göyçə mahalının Qaranlıq, sonralar Martuni adlandırılan rayonda kənd olub. Əhalisini Əliqrıx kəndindən köçənlər təşkil edib.

Aşağı Ərmik – Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonda kənd olub. Kənddə 1877-cı ildən yaşayan azərbaycanlılar 1918-ci ildə ermənilər tərəfindən qırğınlarla qovulublar. Onların bir qismi 1920-ci ildə geri qayıtsa da 1948-1949-cu illərdə Azərbaycana köçürülüb və kənd 1949-cu ildə ləğv edilərək xarabalığa çevrilib.

Aşağı Zağalı – Göyçə mahalının Basarkeçər, sonralar Vardenis adlandırılan rayonda kənd adıdır. Bura ermənilər 1830-cu illərdən sonra köçürülüb. Onlar üçün Zağalı kəndinin yaxınlığında ayrıca kənd salınıb və Zağalı kəndindən fərqləndirmək üçün Aşağı Zağalı adlandırılıb. 1946-cı ildə kəndin adı dəyişdirilib Tsovak, yəni Göllü qoyulub.

Sonda vurğulanır ki, izitirmə prosesi sovetlər dönəmində daha geniş şəkil alıb: “Bütün barbarlığa, şovinizmə baxmayaraq, 1991-ci il aprelin 19-na qədər Qərbi Azərbaycan toponimlərinin 88 faizini türk mənşəli coğrafi adlar təşkil edib. Əminik ki, bu tarixi gerçəklik gec-tez öz yerini alacaq, ermənilərin uydurduğu qondarma yer-yurd adları əvvəlki adına qovuşacaq”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında iyulun 8-də saat 20:30-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır
Dünya, Mədəni / 14.09.2026 10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 10.09.2026 16:12
Paşinyanın Paris səfəri – İrəvanın Moskvanı neytrallaşdırma cəhdi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.09.2026 17:50
Üç dövlətin hərbi manevri – Uzaq Şərqdə toqquşan maraqlar – TƏHLİL - FOTO
Dünya, Mətbuat / 08.09.2026 10:20
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür
Dünya, Siyasi, Təhlil / 07.09.2026 16:37
ABŞ-Rusiya görüşü Ukraynaya sülh gətirəcəkmi? – TƏHLİL - FOTO